Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   120

 
60 
 
 
 
 Qərbi Hun imperatorluğu Atillanın hakimiyyəti dövründə (434-453) 
Atillanın hakimiyyəti  dövründə  Qərbi  Hun  dövləti  qüdrətli  imperatorluğa  çevrildi.  İmperatorluğun  sərhədləri  şərqdə 
Volqa çayından qərbdə Reyn çayına, cənubda Balkan yarımadasından şimalda Baltik sahillərinə qədər böyük bir ərazini 
əhatə  edirdi.  İmperatorluğun  ərazisinə  müasir  Rumıniya,  Macarıstan,  Avstriya,  Çexiya,  Slovakiya,  Cənubi  Rusiya  və 
Almaniyanın bir hissəsi daxil idi. 
Atillanın  ordusunda  hunlarla  yanaşı,  bir  çox  tayfa  və  xalqların  döyüşçüləri  vuruşurdular.  Hər  bir  tayfanın  Atillanın 
yanında nümayəndəsi var idi. Qərb dövlətlərində yaşayan əhali bu sərkərdəni «Tanrı qırmancı Atilla» adlandırırdı. 
Avropa mənbələrində Atillanın şəxsiyyəti haqqında yazılır ki, Atilla möhkəm iradə və xarakterə, iti ağıla malik idi. O, 
düşməninə qarşı amansız, silahdaşları ilə münasibətdə alicənab və xeyirxah olmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hun tayfalarının yürüşləri.Qərbi Hun imperatorluğunun ərazisi 
 


 
61 
 
 
 
Qərbi Hun imperatorluğunun Bizansla münasibətləri 
Atilla  sələfləri  kimi  Bizansı  təzyiq  altında  saxlayaraq  onu  sülh  bağlamağa  məcbur  etmişdi.  Lakin    sülh  bağladıqdan 
sonra 
Bizans Qərbi Hun imperatorluğu ilə bağladığı barışıq şərtlərini pozur, illik vergini əskik ödəyir və gecikdirir, qaçqınları 
himayə edirdi. Odur ki, Atilla ordusu ilə yenə də Bizansa yürüşə başladı.  
447-ci  ildə
  Atilla  yenicə  təşkil  olunmuş  ordusu  ilə  Bizansa  yürüş  etdi.  Yürüş  zamanı  Atilla  yolu  üzərindəki  bütün 
şəhərləri ələ  keçirdi və Konstantinopolu  mühasirəyə aldı.  Bizans imperatoru ölkəni xilas etmək üçün təcili olaraq Atillanın 
yanına elçi göndərdi və Atillanın tələb etdiyi bütün şərtlərə əməl edəcəyini bildirdi. Elçilər çox ağır şərtlərlə sülh müqaviləsi 
imzaladılar.Bundan sonra Atilla Konstantinopoluun mühasirəsini dayandıraraq geri çəkildi. 
 
 
 
 
 
Qərbi Roma ilə münasibətlər. Katalaun döyüşü (451) 
Bizans  yürüşündən  sonra 
Atillanın  əsas  məqsədlərindən  biri  Qərbi 
Roma  imperiyasını  tabe  etmək  idi.  Bu  məqsədlə 
Atilla 
451-ci  ildə 
200  min 
ordu  ilə  Qalliyaya  doğru  irəlləyərək  Orlean  şəhərinə  çatdı.  Burada  451-ci 
ildə 
Katalaun ərazisində 
Aetsinin  başçılıq  etdiyi  Roma  ordusu  ilə  qanlı 
döyüş 
baş verdi
. Qot tarixçisinin məlumatına görə döyüş nəticəsində: 

 
Hər iki tərəfdən 160 min əsgər öldürüldü. 

 
Atilla ordusunun yenilməzliyin görən Aetsi geri çəkildi. 
Atilla Katalaun döyüşündən sonra hərbi əməliyyatları davam etdirərək 
452-ci  ildə  Roma  şəhərinin  darvazaları  qarşısına  gəldi.  Bu  zaman  papa  III 
Leon  böyük  bir  elçi  ilə  Atillanın  yanına  gələrək  ondan  şəhəri  dağıtmamağı 
xahiş  etdi.  Romalılar  hunların  bütün    şərtlərini  qəbul  etdi.  Atilla  isə  Roma 
şəhərinə toxunmayıb oranı tərk etdi. 
 
Qərbi Hun imperatorluğunun süqutu (470-ci il) 
Atilla İtaliyadan 
zəfərlə
 qayıtdıqdan sonra İrana hücum edib sasaniləri özündən asılı vəziyyətə salmaq istəyirdi. Lakin 
453-cü  ildə  Atilla  qəfildən  öldü.  Atillanın  ölümündən  sonra 
ölkədə  hakimiyyət  onun  oğlanları  arasında  bölündü.  Bundan 
sonra Qərbi Hun imperatorluğu tədricən zəifləməyə başladı və
  470-ci ildə süqut etdi. 
Qərbi Hun imperiyasından sonra onun yerində Avropada Avar, Xəzər  Bulqar türk dövlətləri yarandı. 
 
 
 
 
 
 
 
 
 
 
 
Bizansın illik vergini gecikdirməsi və qaçqınları 
himayə etməsi
 
 
 
 
 
 
 
Atillanın Bizansa qarşı yürüşə çıxmasının səbəbləri
 
 
 
 
 
 
 
 
 
 
Bizansın lunlarla bağladığı sülhünün şərtlərini 
pozması
 
 
 
 
 
 
Almaniyanın  
bir hissəsi 
 
 
Qərbi Hun 
imperiyası
 
Macarıstan 
 
Avstriya  
 
Yuqoslaviya 
 
 
Rumıniya
 
 


 
62 
 
Hun imperatorluğu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağ Hun imperatorluğunun yaranması (IV əsrin sonları) 
Qərbi Türküstan ətrafına köç edən hunlar IV əsrin sonlarında burada Ağ Hun dövlətini yaratdılar. Ağ Hun dövləti: 

 
Ərazisi Mərkəzi Asiya, Əfqanıstan  Şimal-Şərqi Hindistanın bir hissəsini əhatə edirdi. 

 
Sərhədləri şimalda Seyhun çayı və Səmərqənd ətrafından, qərbdə Xəzər dənizinin cənubuna qədər uzanırdı. 

 
V  əsrdən etibarən hakimiyyətdə olan Eftal xanın adı ilə  Eftalit dövləti adlanırdı. 

 
Ağsuvar xanın dövründə Sasaniləri özündən asılı hala salmışdı. 

 
I Göytürk dövləti və Sasanilərlə müharibə aparmışdı. 

 
Paytaxtı Sakala şəhəri olmuşdur. 
 
 
 
 
 
Ağsuvar xanın hakimiyyəti dövrü. Sasanilərlə mübarizə   
V  əsrdə  Ağ  hunların  qərbdə  sərhəd  qonşusu  və  əsas  rəqibi  Sasani  imperiyası  idi.    Bu 
dövrdə hunlar tez tez İran üzərinə yürüşlər edirdilər. 
Ağsuvar xanın hakimiyyəti dövründə: 

 
430-cu ildə Ağ hunlar Sasanilərə sarsıdıcı zərbələr endirdilər. 

 
Sasanilər Ağ Hun imperatorluğundan asılı vəziyyətə salındı. 
 
Mihuraqula xanın hakimiyyəti (515-550). İmperatorluğunun ən qüdrətli dövrü 
Mihiraqula xanın hakimiyyəti dövründə: 

 
Ağ Hun imperatorluğu öz qüdrətininən ən yüksək zirvəsinə çatdı. 

 
Ağ Hun imperatorluğu yaxşı təlim görmüş nizami orduya və 700 döyüş filinə malik idi. 

 
Ağ hunlar Hindistan üzərinə aramsız yürüşləri davam etdirdilər. 

 
Ağ hunlar Şimal-Qərbi Hindistanı tamamilə özlərinə tabe etdilər. 
550-ci  ildə  Mihiraqula  xan  vəfat  etdikdən  sonra  Ağ  Hun  imperatorluğunda  yüksəliş 
dayanmağa başladı. 
 
Ağ Hun imperatorları 
 
Ağsuvar xan  
(V əsr)
 
 
Mihiraqula xan  
(515-550)
 
 
Eftal xan  
( V əsr) 
 
 
Qərbi Hun dövləti 
 
 
Ağ Hun dövləti
 
IV əsrdə yaranmış türk dövlətləri 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə