246
YENİ DÖVR
1722-ci il
Əfqanlar İsfahan şəhərini ələ keçirdi.
1724-cü il, iyun
Osmanlı ilə Rusiya arasında
İstanbul müqaviləsi imzalandı.
1731-ci il
Şah II Təhmasib İrəvan yaxınlığında döyüşdə osmanlılar tərəfindən
məğlubiyyətə uğradıldı.
1732-ci il
II Təhmasib Nadir xan tərəfindən hakimiyyətdən kənarlaşdırıldı və onun oğlunu
III Abbas adı ilə şah elan edi. Səfəvilər dövlətində real hakimiyyət Nadir xanın
əlinə keçdi.
1733-cü il
Nadir xan osmanlılarla sülh bağladı.
1736-cı il, mart
Muğan qurultayını çağırıldı.
Nadir xan şah
seçildi. Səfəvilər sülaləsinin
hakimiyyətinə son qoyuldu. Nadir xan tərəfindən Azərbaycan Əfşarlar
imperiyasının əsası qoyuldu.
1736-1747-ci illər
Nadir Şah Əfşar İmperiyasının mövcud olması dövrü.
1737-ci il
Nadir şah Əfqanıstana yürüş etdi.
Qəndəhar və Kabul ələ keçirildi.
1738-ci il
Nadir şah Hindistana yürüş etdi.
1739-cu il
Karnal döyüşü
. Nadir şah moğol qoşunlarını məğlub edərək Dehlini tutdu.
1740-cı il
Nadir şah Türküstana yürüş etdi.
Buxara xanı və
Xivə xanlıqları Nadir şahın
hakimiyyətini qəbul etdi.
1743-1746-cı illər
Nadir şah Osmanlı imperiyası ilə müharibə apardı.
1747-ci il
Nadir şah sui-qəsdi nəticəsində öldürüldü. Əfşar İmperiyası süqut etdi.
XVIII əsrin 50-ci illəri
İran və Azərbaycanda mərkəzi hakimiyyəti ələ keçirmək uğrunda Məhəmməd
Həsən xan Qacar, Kərim xan Zənd və Fətəli xan Əfşar arasında mübarizə
başladı.
1759-cu il
Məhəmməd Həsən xan Qacar öldürüldü.
1763-cü il
Kərim xan Zənd Urmiya xanı Fətəli xan Əfşarı məğlub edərək Azərbaycan və
İranda hakimiyyəti ələ keçirdi.
1785-ci il
Ağa Məhəmməd xan Qacar Zəndlər üzərində qələbə çaldı.
1794-cü il
Azərbaycan-türk soyundan olan Qacarlar sülaləsi hakimiyyətə gəldi.
1795-ci il
Ağa Məhəmməd xan Qacarın Qafqaza birinci yürüşü. İrəvan və Tiflis şəhərləri
ələ keçirildi. Şuşanın 33 günlük mühasirəsi isə uğursizluqla nəticələndi.
1796-cı il
Ağa Məhəmməd xan Qacar özünü şah elan etdi. İranda Qacarlar sülaləsinin
hakimiyyəti başladı.
1796-1925-ci illlər
İranda Qacarlar sülaləsinin hakimiyyəti dövrü.
1797-ci il
Ağa Məhəmməd xan Qacarın Qafqaza ikinci yürüşü. Ağa Məhəmməd şah
Şuşada sui-qəsd nəticəsində öldürüldü.
1800-cü il
Malkolmun başçılıq etdiyi İngiltərə nümayəndə heyəti İrana gəldi. İranla
ingilislər arasında siyasi və ticarət müqaviləsi imzalandı. Qacarlar dövlətinin
İngiltərədən asılılığının əsası qoyuldu.
***
1674-cü il
Hindistanda Maratx dövləti
yarandı.
1658-1707-ci illər
Moğol imperatoru Övrəngzəbin hakimiyyəti illəri.
XVII əsrin əvvəlləri
İngilislər moğollardan Suratda ticarət məntəqəsi yaratmağa icazə aldı.