249
1768-1774-cü illər
Rusiya ilə Osmanlı dövləti arasında müharibə baş verdi.
1770-ci il
Osmanlı ilə Rusiya arasında Larqa, Kaqul və Çeşmə dəniz döyüşü baş verdi.
1774-cü il, 10 iyul
Osmanlı dövləti ilə Rusiya arasında Kiçik Qaynarca sülhü imzalandı.
XVIII əsrin sonları
«Şərq məsələsi» Rusiya xarici siyasətinin ana xəttinə çevrildi.
1783-cü il
Krım xanlığı Rusiyanın tərkibinə qatıldı.
1787-1791-ci illər
Rusiya-Osmanlı müharibəsi baş verdi.
1791-ci il, dekabr
Rusiya ilə Osmanlı dövləti arasında Yassı sülhü imzalandı.
1792-1793-cü illər
Osmanlı dövlətində Sultan III Səlim tərəfindən «Nizami-cədid» (yeni qayda)
adlanan islahatlar həyata keçirildi.
***
XV əsr
Qazax xanlığı meydana gəldi.
XVI əsr
Qazax xanlığı
iki orduya, daha sonra üç müstəqil orduya (juza) bölündü.
XVI əsrin əvvəlləri
Xivə xanlığı yarandı.
XVI-XVII əsrlər
Sibir türkləri Rusiyanın müstəmləkə əsarətinə düşdülər.
XVII əsrin ikinci yarısı
Xakaslarda feodal münasibətləri yarandı.
XVIII əsrin əvvəlləri
Kokand xanlığı yarandı.
XVIII əsrin əvvəlləri
Seyid Batırın baçşılığı ilə Rusiyanın müstəmləkə siyasətinə qarşı üsyan baş
verdi.
1723-cü il
Qazax tarixində
«böyük fəlakət» dövrü. Qazax orduları Qərbi Monqolustanda
yaranan Cunqar xanlığının qarətçi hücumlarına məruz qaldı. Orta Ordunun
mərkəzi Türküstan şəhəri ələ keçirilərək dağıdıldı, Böyük Ordu (juz) cunqarların
hakimiyyəti altına keçdi, üç ordu arasında ittifaq dağıldı.
1731-ci il
Sibir türkləri Rusiyanın müstəmləkə zülmünə qarşı üsyan qaldırdılar.
1731-ci il
Kiçik Ordunun başçısı Əbülxeyir xan Rusiyanın tərkibinə daxil olmaq haqqında
akt imzaladı. Orenburq şəhər-qalası salındı.
1740-cı il
Orta Ordu və Böyük Ordunun şimal hissəsi Rusiya birləşdirildi. Qazaxıstanın
cənubu Kokand və Buxara xanlıqları arasında bölüşdürüldü.
1740-cı il
Nadir şah Əfşar Xivə xanlığına hücum etdi.
1747-ci il
Məhəmməd Əmin xan Xivə xanlığını yenidən bərpa etdi.
XVIII əsrin ortaları
Tatar və başqırdlar Abdulla Qaliyanın (Batirşahın) başçılığı ilə
Rusiyanın
müstəmləkə zülmünə qarşı üsyan qaldırdı.
XVIII əsr
Rusiyanın Avropa hissəsindən ruslar Sibirə köçürüldü.
XVIII əsr
Sibirdə
ilk sənaye müəssisələri işə salındı. Sibir kəndləri təhkimli işçilərə
çevrildi.
1783-cü il
Kiçik Orduda Batır Srımın başçılığı ilə rus müstəmləkəçiliyinə və yerli
hakimiyyətə qarşı üsyan baş verdi.
***
XVII-XVIII əsrlər
Şimali Qafqaz müstəqil və yarımmüstəqil siyasi qurumlara parçalandı.
XVIII əsrin 60-cı illəri
Rusiya Qızlyardan Azov dənizi sahillərinə kimi uzanan Qafqaz xəttini yaratdı.
1774-cü il
Rusiya Azov dənizi sahillərini ələ keçirdi.
1783-cü il
Krım xanlığı, Taman yarımadası və Kubanboyu ərazilər Rusiyaya birləşdirildi.
XVIII əsrin sonları
Kabarda knyazları, Çeçen-İnquş hakimləri, Tarku şamxalı Rusiya çarına sədaqət
andı içdilər.
250
1722-1723-cü illər
I Pyotr Xəzərsahili bölgələri ələ keçirdi.
1783-cü il
Georgiyevsk müqaviləsi ilə Şərqi Gürcüstan Rusiyanın himayəsinə keçdi.
1785-ci il
Şeyx Mənsurun başçılığı ilə Qafqaz xalqları Rusiyanın müstəmləkəçilik
siyasətinə qarşı üsyan qaldırdı.
1795-ci il
Ağa Məhəmməd xan Qacar Şərqi Gürcüstana yürüş etdi.
1796-cı il
Rus ordusu Valerian Zubovun başçılığı ilə Cənubi Qafqaza yürüş etdi.
1796-cı il, noyabr
Rus qoşunları Cənubi Qafqazdan geri çağırıldı.
***
XVII əsr
Çin memarlığında monumental binaların inşasına başlanıldı. Pekin sarayı,
Mukdendəki (indi Şenyan) imperator mavzoleyi inşa edildi.
XVII əsr
Yaponiyada «şəkilli hekayələr» janrı meydana gəldi.
1609-1616-cı illər
Memar Mehmet Ağa tərəfindən Sultan Əhməd məscidi
inşa edildi.
XVII-XVIII əsrlər
Dellidə Cümə məscidi inşa edildi.
XVII-XVIII əsrlər
Ağn şəhərində İshak Paşa sarayı inşa edildi.
1709-cu il
Gürcüstanda mətbəənin əsası qoyuldu.
1712-ci il
Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» əsəri
daşbasma üsulu ilə çap
edildi.
1727-ci il
Osmanlı dövlətində ilk mətbəə yaradıldı.
1784-cü il
Uilyam Consun tərəfindən «Benqal-Asiya cəmiyyəti» (Kral cəmiyyəti) yaradıldı.
XVIII əsr
Mirzə Mehdi xan tərəfindən «Dünyanı fəth edən Nadirin tarixi», Məhəmməd
Kazım tərəfindən «Dünyanı bəzəyən Nadirin tarixi» əsərləri yazıldı.
XVIII əsr
Dövrün tanınmış rəssamları
olan Məhəmməd Zaman Təbrizinin, Mülkünün və
dövrün məşhur şairləri olan Məcmər, Cəndəqinin həyat və fəaliyyəti dövrü.
XVIII əsr
Avar və çuvaş əlifbaları
tərtib olundu.
***
XVI əsr
İngiltərədə ilk manufakturalar meydana gəldi.
XVI əsr
İngiltərədə Puritan təriqəti geniş yayıldı.
1603-cü il
İngiltərədə Stüartlar sülaləsi hakimiyyətə gəldi.
1603-1714-cü illər
İngiltərədə Stüartlar sülaləsinin hakimiyyəti dövrü.
1629-cu il
İngiltərə kralı I Karl tərəfindən parlament buraxıldı.
1640-cı il
İngiltərə kralı I Karl tərəfindən uzunmüddətli parlament çağırıldı. İngiltərə
burjua inqilabı başladı.
1640-1653-cü illər
İngiltərə burjua inqilabı və Uzunmüddətli parlamentin fəaliyyəti dövrü.
1642-1646-cı illər
İngiltərədə vətəndaş müharibəsi baş verdi.
1645-ci il
İcmalar palatası
Oliver Kromvelə yeni
tipli ordu təşkil etməyi tapşırdı.
1945-ci il
Neyzbi döyüşü.
Vətəndaş müharibəsinin taleyi həll olundu.
1646-cı il, iyun
İngiltərədə vətəndaş müharibəsi parlamentin qələbəsi ilə
başa çatdı. İngiltərədə
bütün hakimiyyət yeni zadəganların və burjuaziyanın əlinə keçdi.
1648-ci il
İngiltərə kralı «Prayd təmizləməsi» hadisəsi baş verdi.
1649-cu il
İngiltərədə Diggerlər - «həqiqi levellerlər» hərəkatı baş verdi.
1649-cu il
İngiltərə kralı I Karl edam olundu. İngiltərədə kral hakimiyyəti (monarxiya) və
Lordlar palatası ləğv edildi. Hakimiyyət Oliver Kromvel başda olmaqla
parlamentin əlinə keçdi. İngiltərə Respublika elan edildi.