31
Qədim Yunanıstan
Ərazisi və əhalisi
Qədim
Yunanıstan Avropanın cənubunda,
Balkan
yarımadasında yerləşirdi. Dağlıq ölkə olan Yunanıstan qərbdə
İon, cənubda
Aralıq, şərqdə isə
Egey dənizi ilə əhatə olunmuşdur.
Aralıq və İon dənizi sahilləri girintili və çıxıntılı olduğundan
gəmiçilik üçün əlverişli idi. Təbiət Yunanıstanı üç hissəyə
bölmüşdür:
Şimali Yunanıstan – Fessaliya
.
Orta Yunanıstan – Attika
.
Cənubi Yunanıstan (Peleponnes) – Messeniya və
Lakonika
.
Şimali Yunanıstanla Orta Yunanıstanı
Fermopil keçidi,
Orta Yunanıstanla Cənubi Yunanıstan
Kornif körfəzi onları bir
birindən ayırır. Qədim Yunanıstanı əhatə edən dənizlərdə bir-
birinə yaxın adalar vardır. Onlardan ən böyüyü
Yunanıstanın
cənubunda yerləşən
Krit adası idi.
Yunanıstan
dəmir, mis, gümüş və
mərmər yataqları ilə
zəngin idi. Ölkədə qış qısa, yay isti və uzun olur. Belə bir təbiətdə
yaşayan qədim yunan əhalisi:
əkinçilik, maldarlıq və
balıqçılıqla məşğul
olurdu
dəmirdən əmək alətləri hazırlayırdı.
kətan və
yundan kobud paltar toxuyurdu.
gildən qab-qacar düzəldirdilər.
Qədin Yunanıstanda
hər bir ailəyə torpaq sahəsi verilirdi.
Lakin qəbilə üzvləri arasında
bərabərsizlik yarandıqdan sonra bir qisim
adamlar varlandı, əksəriyyəti isə yoxsullaşdı və icma münasibətləri pozuldu.
Sinifli cəmiyyətin yaranması üçün şərait meydana gəldi.
Avropada ən qədim dövlət. Krit mədəniyyəti
Avropada ən qədim dövlət
e.ə. III-II minilliklərdə Yunanıstanın
Krit
adasında yaranmışdır. Qədim kritlilərə
aiddir:
əhalisi gözəl
gəmi düzəldən olmuşdular.
ticarət
və hərbi donanma üçün limanlar inşa etmişdilər.
freskalarla bəzədilmiş
saraylar inşa etmişdilər.
Misir, Finikiya və
Babil ilə ticarət əlaqəqəri saxlayırdılar.
özlərinə məxsus
yazıları (piktoqrafik yazı) olmuşdur.
Krit mədəniyyətini yaratmışdılar.
E.ə. II minilliyin ortalarında Kritə yaxın adada baş verən yeraltı
təkan və vulkan püskürməsi Krit mədəniyyətinin məhvinə səbəb olmuşdur.
Krit mədəniyyəti
Mikena və Afina şəhərinə böyük
təsir göstərmiş və yerli
mədəniyyətləri formalaşdırmışdı.
Kritlilərin ticarət əlaqəqəri saxladıqları ölkələr
Misir
Finikiya
Babil
a) Krit mədəniyyətinin qalıqları.
b) Kritdə hökmdar sarayı
(bərpa olunmuş şəkil)
32
Mikena mədəniyyəti
Qədim yunan tayfalarından biri olan
axeylərin vətəni
Cənubi Yunanıstanda
yerləşən
Mikena şəhəri idi. Axey
tayfaları
Mikena mədəniyyətinin qurucuları hesab olunur. Qədim Mikena mədəniyyətinə
aiddir:
Formalaşmasında
Krit mədəniyyəti böyük təsir göstərmişdi.
Akrapol (
«yuxarı şəhər» deməkdir)
və
qalalar ucaltmışdılar
.
Qədim misirlilər kimi
sərdabələr (qəbir abidəsi) tikmişdilər.
Sənətkarları
qızıl maska, tuncdan silahlar hazırlamışdılar.
E.ə II minillikdə Yunanıstanın şimalından gələn
dori tayfaları tərəfindən məhv edilmişdir.
Axeylər
Mikena akropolunu hündür təpə üzərində ucaltmışdılar. Akropolda
şah sarayı və
adlı sanlı adamların
evləri yerləşirdi. Şah sarayının yaxınlığına
sərdabələr düzəldilirdi. Akropolun ətrafında isə
tacir, sənətkar və
əkinçilərin
evləri yerləşirdi.
QEYD:
E.ə II minillikdə
şimaldan gələn işğalçıların əsarəti altına düşməsi Qədim Yunanıstan və Hindistan tarixi
üçün oxşar cəhət təşkil edir.
Afina və Sparta şəhər dövlətləri
Yunan şəhər-dövlətlərinin yaranması
E.ə VIII-V əsrlərdə Yunanıstanda və onun koloniyalarında aşağıdakı
ilk şəhər dövlətlər meydana gəldi:
Orta Yunanıstanda -
Afina şəhər dövləti.
Cənubi Yunanıstanda –
Korinf və
Sparta şəhər dövləti.
Egey dənizi sahillərində -
Milet, Efes və
Rodos şəhər dövləti.
Yunan şəhər-dövlətlərindən nisbətən güclüsü Afina və Sparta şəhər dövlətləri idi.
Afina şəhər dövlətinin əhalisi və təsərrüfatı
E.ə.
II
minillikdə
Orta Yunanıstanın cənub-şərqindəyerləşən
Attika
yarımadasında
Afina şəhəri salınmışdır. Şəhərin ən hündür təpəsinin zirvəsində ətrafına
hasar çəkilmiş
Akropol adlanan qala yerləşirdi. Akropolun yanında
aqora (bazar
meydanı) yerləşirdi.
E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar
Attikanın
bütün əhalisini özlərinə tabe etdilər. Afina (Attika) əhalisi iki yerə bölünmüşdür.
1.
Aristokratlar -
qədim Afinada adlı-sanlı yunanlar idilər. Onlar öz idarə
üsullarını
«aristokratiya» (yaxşıların hakimiyyəti) adlandırırdılar.
2.
Demos - qədim Afinada
Attikanın aristokratlardan başqa bütün azad əhalisi
(sənətkarlar, günəmuzdçular, dənizçilər) idilər.
Afina əhalisi
əkinçilik və
maldarlıqla məşğul olur, sənətkarları şərab və zeytun
yağını saxlamaq və daşımaq üçün
amfora adlanan gil küplər düzəldirdilər.
E.ə. VII əsrdə Afinada gümüş pul kəsilirdi.
Təsərrüfatın və
sənətkarlığın inkişafı ticarətin yaranması və genişlənməsinə təkan
verdi, dəniz ticarəti inkişaf etdi. Afinaya ticarət gəmiləri ilə
taxıl, inşaat ağacı və qullar
gətirilirdi.
Afinada borc daşı və köləlik
Afinada adlı-sanlı adamlar əvvəllər torpaqlarını özləri becərirdilər. Sonra onlar
kəndlilərin və qulların əməyindən istifadə etməyə başladılar. Aristokratlar kəndlilərə
borca və ya sələmə pul verir, verdiyi borcu kəndlinin tarlasının kənarında
borc daşına
yazırdılar. Kəndli
borcunu vaxtında verə bilmədikdə ailəsi və özü qula çevrilirdi.
Rados
Efes
Milet
Egey dənizi sahillərində yaranmış yunan şəhər-dövlətləri
a) Qara fiqurlu amfora (е.ə. VI
əsr); b) qırmızı fiqurlu qab
(e.ə. V əsr)
Afinada kəsilmiş gümüş pul
Borc daşı