33
Demos ilə aristokratlar arasında mübarizə. Drakon qanunları
E.ə.VIII-VII əsrlərdə yaranan Afina şəhər dövlətini bu zaman
Ağsaqqallar şurası və
onun seçdiyi 9 hökmdar
idarə edirdi. Ağsaqqallar şurası:
Xalq yığıncağı çağırmadan bütün məsələləri həll edir, qanunlar qəbul edirdi.
Qəbul etdiyi qanunlar əsasında məhkəmə qurulurdu.
Aristokratlardan ibarət olan ağsaqqallar şurası öz xeyrinə sərt qanunlar qəbul edirdilər. Belə qanunlardan birini
e.ə. VII əsrdə Drakon tərtib etmişdir.
«Drakon qanunu» adlanan bu qanun haqqında deyirdilər ki, o,
“mürəkkəblə
deyil, qanla yazılmışdır”. Drakon qanunları:
Aristokratların hakimiyyətini möhkəmləndirmək məqsədi ilə qəbul edilmişdi.
Aristokratların həyatı və əmlakını qoruyurdu.
Ən kiçik səhvə görə ən ağır cəza verilir, təqsirkar ölümə məhkum olunurdu.
Solon islahatları
E.ə. VII əsrdə Qədim Afinada demosla aristokratlar arasında mübarizə kəskinləşdi.
demosun üsyana hazırlaşmasından qorxan aristokratlar demosa güzəştə getməyə məcbur
oldu.
E.ə. 594-cü ildə aristokrat, siyasətçi Solon islahatlar keçirdi. Solon islahatının
keçirilməsində
əsas məqsəd aristokratiya ilə demosu barışdırmaq idi. Solon islahatına
əsasən:
Kəndlilərin borcları ləğv edildi.
Borca görə qul edilən afinalılar azad edildilər.
Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan edildi.
Attikanın yerli əhalisi olan bütün kişilər vətəndaşlıq hüququ aldılar.
Solon islahatı nəticəsində aristokratlarla demos arasındakı gərginlik aradan qaldırıldı,
Attikanın yerli əhalisi olan
bütün kişilər Afina vətəndaşı hüququ aldılar. E.ə. VI əsrin sonlarından başlayaraq Afina xalq yığıncağı ordu və
donanmaya başçılıq edən
strateqlər seçməyə başladı.
Afina şəhər dövləti
e.ə VI əsrdə
Strateqlər seçilməyə
başlanıldı
Solon islahatı həyata
keçirildi
Afinalılar vətəndaşlıq
hüququ qazandılar
Gələcəkdə afinalıların
borca görə qul
edilməsi
qadağan olundu
Borca görə qul
edilən afinalılar azad
olundu
Solan islahatlarının
şərtləri
Kəndlilərin borcları
ləğv olundu
Bütün məsələlər Ağsaqqallar
Şurası
tərəfindən həll edilirdi
Demosla aristokratiya
arasında mübarizə başladı
Bütün kəndlilər borca
düşdu
Gümüş pul
kəsildi
Drakon qanunları
tərtib olundu
Qədim Afina
e.ə VII əsrdə
Solon