Anar İsayev Ramil Rəhimov


Demos ilə aristokratlar arasında mübarizə. Drakon qanunları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   120

 
33 
 
Demos ilə aristokratlar arasında mübarizə. Drakon qanunları 
E.ə.VIII-VII  əsrlərdə  yaranan  Afina  şəhər  dövlətini  bu  zaman  Ağsaqqallar  şurası    onun  seçdiyi  9  hökmdar 
idarə edirdi. Ağsaqqallar şurası: 

 
Xalq yığıncağı çağırmadan bütün məsələləri həll edir, qanunlar qəbul edirdi. 

 
Qəbul etdiyi qanunlar əsasında məhkəmə qurulurdu. 
Aristokratlardan  ibarət  olan ağsaqqallar şurası    öz  xeyrinə  sərt qanunlar qəbul edirdilər. Belə  qanunlardan birini 
e.ə.  VII  əsrdə  Drakon  tərtib  etmişdir.    «Drakon  qanunu»  adlanan  bu  qanun  haqqında  deyirdilər  ki,  o,  “mürəkkəblə 
deyil, qanla yazılmışdır”. Drakon qanunları: 

 
Aristokratların hakimiyyətini möhkəmləndirmək məqsədi ilə qəbul edilmişdi. 

 
Aristokratların həyatı və əmlakını qoruyurdu. 

 
Ən kiçik səhvə görə ən ağır cəza verilir, təqsirkar ölümə məhkum olunurdu. 
 
Solon islahatları 
E.ə. VII əsrdə Qədim Afinada demosla aristokratlar arasında mübarizə kəskinləşdi. 
demosun üsyana hazırlaşmasından qorxan  aristokratlar demosa güzəştə getməyə məcbur 
oldu.  E.ə.  594-cü  ildə  aristokrat,  siyasətçi  Solon  islahatlar  keçirdi.  Solon  islahatının 
keçirilməsində  əsas  məqsəd  aristokratiya  ilə  demosu  barışdırmaq  idi.    Solon  islahatına 
əsasən: 

 
Kəndlilərin borcları ləğv edildi. 

 
Borca görə qul edilən afinalılar azad edildilər. 

 
Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan edildi. 

 
Attikanın yerli əhalisi olan bütün kişilər vətəndaşlıq  hüququ aldılar. 
Solon islahatı nəticəsində aristokratlarla demos arasındakı gərginlik aradan qaldırıldı, Attikanın yerli əhalisi olan 
bütün  kişilər  Afina  vətəndaşı  hüququ  aldılar.  E.ə.  VI  əsrin  sonlarından  başlayaraq  Afina  xalq  yığıncağı  ordu  və 
donanmaya başçılıq edən strateqlər seçməyə başladı. 
 
 
 
 
 
 
 
 
Afina şəhər dövləti  
e.ə VI əsrdə 
 
Strateqlər seçilməyə 
başlanıldı
 
Solon islahatı həyata 
keçirildi 
 
 
Afinalılar vətəndaşlıq 
hüququ qazandılar
 
Gələcəkdə afinalıların 
borca görə qul edilməsi 
qadağan olundu 
 
Borca görə qul 
edilən afinalılar azad 
olundu 
 
Solan islahatlarının 
şərtləri
 
Kəndlilərin borcları 
ləğv olundu 
 
Bütün məsələlər Ağsaqqallar 
Şurası tərəfindən həll edilirdi 
 
Demosla aristokratiya 
arasında mübarizə başladı 
 
Bütün kəndlilər borca 
düşdu 
 
Gümüş pul 
kəsildi 
 
Drakon qanunları  
tərtib olundu 
 
Qədim Afina 
e.ə VII əsrdə  
 
 
Solon 


 
34 
 
Afina quldarlıq demokratiyası 
E.ə. V əsrdə Afina şəhər dövlətində ali hakimiyyət xalq yığıncağına məxsus idi. Xalq yığıncağında 20 yaşından 
yuxarı bütün azad Afina vətəndaşları (kişilər) iştirak edə bilərdilər. 
Bu  dövrdə  Yunan  şəhər-dövlətlərində  azad  əhalinin  ayrı-ayrı  təbəqələri  arasında  hakimiyyət  uğrunda  mübarizə 
gedirdi.  Yunanıstanda  yuxarı  təbəqə  hakimiyyəti  öz  əlinə  almaq,  xalq  isə  onun  həyatı  ilə  bağlı  qərarların  xalq 
yığıncağında verilməsini istəyirdi. 
E.ə V əsrdə Yunan şəhər-dövlətlərində azad əhalinin ayrı-ayrı təbəqələri arasında hakimiyyət uğrunda mübarizəyə 
dövlət xadimi, yüksək təhsilə və natiqlik qabiliyyətinə malik şəxs olan Perikl başçılıq edirdi. Xalq yığıncağı e.ə. 443-cü 
ildən başlayaraq Perikli 15 il ərzində hər il birinci strateq seçmişdi. Periklin strateqlik dövründə (e.ə 443-e.ə 428) yoxsul 
vətəndaşların hüquqları artmışdı. 
 
  
                                          
Perikl                              Afinada xalq yığıncağında   Periklin çıxışı 
 
 
Sparta dövləti 
Cənubi  Yunanıstanın  cənub-şərqində  Lakonika  vilayəti,  cənub-qərbində  isə  Messeniya  vilayəti  yerləşirdi.  Bu 
ərazinin torpağı çox  münbit idi.  E.ə. II  minillikdə  Yunanıstanın şimalında  yaşayan  dorilər  Cənub Yunanıstana  hücum 
etdilər. Dorilərin Cənub Yunanıstana hücumu nəticəsində: 

 
E.ə. II minilliyin sonlarında Lokonika və e.ə. VII əsrin ortalarında Messeniya vilayətləri tutuldu. 

 
Mikena mədəniyyəti məhv edilərək süqut etdi. 

 
Lakonika vilayətində Sparta şəhərinin əsası  qoyuldu və dorilər spartalılar adlanmağa başladılar. 

 
Yerli əhalinin çoxunu (messeniyalılar) qula çevrildilər. 

 
Spartada quldarlıq dövləti yarandı. 
Spartalılar  qulları  hilotlar  adlandırırdılar.  Hilotlar  spartalıların  geniş,  münbit  torpaq  sahələrini  əkib  becərirdilər. 
Lokonika və Messeniyada hilotlarla yanaşı azad adamlar da var idi. Onlar spartalılara vergi verirdilər.  
Spartalılar yalnız hərbi işlə məşğul olurdular. Qanun onların başqa işlə məşğul olmasına icazə vermirdi. Buna görə 
də  spartalıların  hamısı  döyüşçü    idi.  Onlar,  hətta  yatanda  da  silahları  yanlarında  olurdu.  Hərbi  intizamı  pozanlar  sərt 
cəzalandırılırdı. Sparta ordusu falanqa adlanırdı. 
 
 
 
Sparta ordusu.  Atlı döyüşçülər və piyadalardan ibarət falanqa
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə