Anar İsayev Ramil Rəhimov


Qədim Yunanıstan mədəniyyəti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   120

 
37 
 
Qədim Yunanıstan mədəniyyəti 
 
Homerin ―Odisseya‖ və―İliada‖ poemaları. Məktəb və elm 
E.ə.  VIII  əsrdə  Yunanıstanda  kor  şair  Homer  «İliada»    «Odisseya»  dastanlarını 
yaratdı. E.ə. VI əsrdə «İliada» və «Odisseya» dastanları  yazıya alındı.  
Afinada  yaxşı  məktəblər  açılmışdı.  Azad  yunanların  uşaqları  7  yaşından  məktəbə 
gedirdilər. Onlar bir ucu iti olan stil adlanan metal çubuqla mum üzərində hərfləri cızır, küt olan 
o biri ucu ilə  isə yazını pozurdular.  
Milet və İoniya şəhərləri Yunanıstanın elm mərkəzlərinə çevrilmişdi.  
Yunan alimləri elmə böyük töhfələr vermişdilər. Onlardan bəziləri aşağıdakılardır: 

 
Demokrit.  Bütün  dünyanın  ən  xırda  zərrəciklərdən  -  atomlardan  ibarət  olduğunu 
söyləyirdi. 

 
Hippokrat.  Həkim  idi.  Onun  düzgün  qidalanma,  dərmanlar  və  cərrahiyyə 
əməliyyatları haqqında əsərləri tibbin inkişafına böyük töhfə olmuşdur. 

 
Heredot. Onun “Tarix” əsəri  ilə e.ə V əsrdə tarix elminin əsası qoyulmuşdur. Buna 
görə  də  Heredotu  bu  gün  tarixin  atası  adlandırırlar.  Herdeotun  Yunan-İran 
müharibələrinə  həsr  edilmiş  ―Tarix‖  əsəri  Yunanıstan,  Ön  Asiya,  Misir,  eləcə  də 
Azərbaycanın qədim tarixini öyrənmək üçün qiymətli mənbə hesab olunur. 

 
Aristotel. Qeyri-adi biliyə malik şəxs olan Aristotel ilk dəfə bütün elmi bilikləri ayrı-
ayrı sahələr üzrə bölmüş və onlara botanika (yunanca bitki), fizika (təbiət), politika və 
s. adlar vermişdi. 
 
Teatr 
Qədim  Yunanıstan    teatrın  vətəni  hesab  olunur.  E.ə  V-  əsrdə  Yunanıstanda  ilk  teatrlar 
(yunanca  tamaşa  yeri)  tikilməyə  başlanıldı.  Yunanlar  şərabçılıq  tanrısı  Dionisin  şərəfinə 
təntənəli  bayramlar  keçirir,  onunla  bağlı  əfsanələr  söyləyir,  bu  əfsanələrdən  səhnələr 
oynayırdılar.  Əvvəllər tamaşalar açıq havada, təpənin ətəyində göstərilirdi. Tamaşaçılar təpənin 
yamacında yer tutub otururdular. Təpənin ətəyində skena (çadır)  qurulurdu. Sonra çadır əvəzinə 
kiçik bina  tikdilər. Tamaşa  vaxtı binada  dekorasiyalar  asırdılar. Binanın qarşısında  aktyorların 
və  xorun çıxış etməsi  üçün  meydança  -  orxestra  düzəldirdilər.  E.ə. V  əsrin  sonlarında  bütün 
yunan şəhərlərində açıq havada tamaşa göstərmək üçün teatr tikilmişdi.  
Qədim  yunan  əfsanələri  əsasında tragediyalar adlanan    pyeslər  yaranmışdı. Esxil  və 
Sofokl ilk  tragediya  müəllifləri  idilər.  Afina teatrında   Esxilə  və  Sofokla  xidmətlərinə  görə 
heykəl  qoyulmuşdu. Gülməli  səhnəciklərdən  şən  və  məzəli  pyeslər  - komediyalar  yarandı. 
Komediya «şən sakinlərin mahnısı» deməkdir.  
 
 
      
 
                     
Miro, Diskatan heykəli                                    Fidi, Afina heykəli                  
 
 
Homer 
 
 
Demokrit 
 
 
Hippokrat 
 
 
Herodot 
 
 
Aristotel 
 
 
Exsil 
 
Sofokl 


 
38 
 
 
 
     Yunanıstanda  teatr (müasir foto) 
 
 
 İncəsənət 
Qədim Yunanıstanda incəsənətin memarlıq, heykəltəraşlıq  rəssamlıq sahələri 
yaxşı inkişaf etmişdir. Qədim Yunanıstan memarlığına aiddir: 

 
Hər bir yunan şəhərində ictimai binalar, məktəb, məbəd və teatrlar tikilirdi. 

 
Afinada məşhur aqora (bazar) meydanı ucaldılmışdı. 

 
Memarlıqda dorik  və  ionik sütunlarından geniş istifadə olunurdu. 

 
Afinanın  baş  meydanı  hesab  olunan  və  akropol  (yuxarı  şəhər)  adlanan 
hissəsində ilahə Afinanın şərəfinə Parfenon məbədi tikilmişdi. 
Qədim yunan heykəltəraşlarından ikisini qeyd etmək olar: 

 
Miro – ―Diskatan” heykəlinin müəllifidir. 

 
Fidi  –  Parfenonda  ucalan  12  metr  hündürlüyündə  olan  “Afina”  heykəlinin 
müəllifidir. 
 
Olimpiya oyunları 
Qədim Yunanıstanda idman yarışlarını Olimpiya oyunları adlandırırdılar. Olimpiya  
oyunlarına aiddir: 

 
Oyunlar dörd ildən bir keçirilirdi. 

 
Yunanlar üçün müqəddəs hesab edilən Olimp dağında keçirilirdi. 

 
Yarışlarda əsasən varlılar iştirak edirdilər. 

 
Qadınlara Olimpiya oyunlarına getmək qadağan idi. 

 
Oyunlar zamanı müharibələr dayandırılırdı. 

 
Yarış qalibi zeytun budağından hörülmüş çələnglə mükafatladırılırdı. 

 
Oyunlarda qalib gələnə öz vətənini şöhrətləndirdiyinə görə heykəl qoyurdular. 
QEYD:
 Yunanlar il hesabını İlk olimpiya oyunlarından aparmışdılar. Rəvayətə görə ilk Olimpiya oyunları e.ə 
776-cı ildən keçirilmişdir. Qədim Yunanıstanda olduğu kimi, indi də hər dörd ildən bir Olimpiya oyunları keçirilir.  
 
 
 
 
Olimpiya oyunları 
 
 
 
 
 
Zevsin heykəli 
 
 
a) Dorik;  
b) ionik;  
c) korinf sütunları 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə