28
Qədim Hindistan
Təbiəti, əhalisi və təsərrüfatı
Hindistan yarımadası
Asiya qitəsinin cənubunda yerləşir.
Yarımadanın şimalında
Himalay dağları ucalır. Hindistan yarımadası,
əsasən, yaylalardan ibarətdir. Yayla ilə Himalay dağları arasında düzənlik
yerləşir. Düzənliyin qərbində
Hind, şərqində
Qanq çayları axır. Hindistan
ərazisi
mis və
dəmir yataqları ilə zəngindir.
Hindistanda
e.ə. III minilliyə aid
Mohenco-Daro və Harappa
şəhərlərinin xarabalıqları aşkar olunmuşdur.
E.ə. II minillikdə köçəri
ari tayfaları Hindistana gələrək burada
məskunlaşdılar. Ari tayfalarının Hindistana yürüşü
nəticəsində:
Hind xalqı yarandı.
Əhali oturaq həyata keçdi.
Hindlilər
əkinçiliklə və
maldarlıqla məşğul olurdular. Onlar
dəmir
çıxarmağı və
emal etməyi öyrənmişdilər. Burada
taxıl, şəkər qamışı və
pambıq yetişdirilirdi. Pambıqdan
zərif parçalar toxunurdu. Hindlilər filləri
əhliləşdirərək onlardan təsərrüfat işlərində və döyüşlərdə istifadə edirdilər.
Hindistanda ilk dövlətlərin meydana gəlməsi
Hindistanda ilk dövlətlər
e.ə. I minillikdə meydana gəlmişdir. Belə ki,
e.ə. I minillikdə Hindistanda
əmək
məhsuldarlığının artması nəticəsində:
Bərabərsizlik yarandı və ilk dövlətlər meydana gəldi.
Adlı-sanlı adamlar quldarlara çevrildilər.
Tayfa başçıları adlanan racələr tədricən padşaha çevrildilər
Bərabərsizliyin yaranmasından sonra quldarlara çevrilən adlı sanlı adamlar azad icmaçı kəndliləri və qulları
istismar etməyə başladılar. Qədim Hindistanda qulları
«yad»,
«düşmən» adlandırırdılar. Artıq
e.ə. VI-IV əsrlərdə
Hindistanın şimal-qərbində bir sıra xırda dövlətlər var idi.
E.ə. VI əsrin sonlarında Hindistan
Əhəmənilər (İran) imperiyası tərəfindən işğal edildi və onun
20-ci
satraplığına qatıldı.
E.ə. IV əsrin 20-ci illərində Makedoniyalı İskəndər
Hindistanın şimal-qərbinə hücum etsə də geri
çəkildi. İsgəndərin Hindistana yürüşünü
davam etdirə bilməməsinin səbəbi aşağıdakı amillərlə bağlı idi:
Əhalinin güclü müqavimətinə rast gəlməsi
.
Əsgərlərinin yorularaq qüvvədən düşməsi
.
Mauriya sülaləsinin hakimiyyəti (e.ə 317 – e.ə 180)
E.ə. 317-ci ildə Hindistanda Mauriya sülaləsindən olan padşah
Çandraqupta
Mauriya dövlətinin əsasını (e.ə 317 – e.ə 180) qoydu.
E.ə. III əsrin ikinci yarısında
padşah
Aşokanın hakimiyyəti dövründə:
Bütün Hindistan ilk dəfə vahid dövlətdə birləşdirildi
.
Vahid Hind dövləti yaradıldı.
Aşokanın ölümündən sonra Mauriya dövləti tədricən dağıldı.
E.ə II
minillikdə baş
vermiş
hadisələr
Ari tayfaları
Hindistana köç etdi
Türk tayfalarının
köçü
başlandı
Çin ərazisində
ilk dövlət
yarandı
Fnikiyalılar
koloniyalar saldılar
ması
Babil padşahlığı
yarandı
Misirin paytaxtı Fiv
şəhərinə köçürüldü
Padşah Aşoka
29
QEYD:
E.ə III əsrdə Çində Sin padşahlığı ilə Hindistanda Mauriya sülaləsinin
ölkəni vahid dövlətdə
birləşdirməsi və
vahid dövlətin yaradılması Qədim Çin və Hindistan tarixi üçün oxşar cəhət təşkil edir.
Hindistanda kasta quruluşu
Hindistanda bərabərsizlik onların dinində də öz əksini tapmışdı. Hindistanlılara görə
baş tanrı Brahma dünyanın
və insanın yaradıcısı hesab olunurdu. Hind kahinləri allah Brahma tərəfindən müəyyən olunmuş qaydalar tərtib
etmişdilər. Guya Brahma insanları kastalara bölmüşdü.
Qəti müəyyənləşdirilmiş irsən keçən hüquq və vəzifələri olan
insan qrupu kasta adlanır. Hindistanda insanlar dörd kastaya bölünürdü:
1.
Brahmanlar. Bu kastaya
kahinlər daxil idi. Brahma onları
ağzından yaratmışdı və buna görə onların allah adından
danışmağa ixtiyarı var idi.
2.
Döyüşçülər. Bu kastanı
Brahman öz əllərindən yaratmışdı.
3.
İcmaçı kəndlilər. Bura
kəndlilər,
sənətkarlar və
tacirlər daxil
idi. Bu kasta brahmanın
budlarından yaradılmışdı.
4.
Şudralar (nökərlər).
Bu kastanı Brahman palçıqlı
ayaqlarından yaratmışdı.
İnsan ömrü boyu mənsub olduğu kastada qalırdı. Kastalardan heç
birinə daxil olmayanlara
«toxunulmaz adamlar» adlanırdı ki, onların
özlərini və övladlarını doğulduğu gündən murdar sayırdılar. Toxunulmaz
adamlar natəmiz yerləri
təmizləyir, ən çirkli işləri görürdülər.
Din. Buddizm
Qədim hindlilərin dini etiqadları və qanunları
«Veda» adlı məcmuələrdə toplanmışdır. «Veda» qanunlarına görə
qanunları pozanlar ağır cəzalandırılırdı.
Hindistanda insanların kastalara bölünməsə qarşı çıxan adamlar var idi. Onlardan biri
Siddahartha Qautama
olmuşdur. Qautamanı
Budda (
«Həqiqətlə işıqlanmış», «bilici»), təlimini isə buddizm adlandırdılar. adlandırırdılar.
Beləcə yeni din,
budda dini yarandı. Qautama Budda dininin banisi olmuşdur. Buddanın əsas məqsədi insanları yaxşılığa
çağırmaq idi. Budda deyirdi:
“Mənim etiqadım sevgi, yardım və şəfqət yoludur.
Həyatın əzablarından qurtulmaq üçün
insanlar nəfslərini boğmalı, xeyirxah işlər görməli və ədalətli olmalıdırlar”. Qautamaya görə insanların cəmiyyətdəki
yeri onların mənşəyi
ilə deyil, əməlləri ilə müəyyən olunur.
Qədim Hindistan mədəniyyəti
Qədim hind xalqının öz
əlifbası və
yazısı var idi. Onlar
finikiya əlifbası ilə tanış idi.
Qədim hindlilər
«Mahabharata» və
«Ramayana» dastanlarını yaratmışdılar. Bu dastanlarda qədim hindlilərin
etiqadları və
dünyagörüşləri öz əksini tapmışdır.
Hindistanda elm yaxşı inkişaf etmişdir. Qədim hindlilər elmə aşağıdakı böyük töhfələri vermişdilər:
Sadə və asan hesab qaydası ixtira etmişdilər.
Sıfır rəqəmi tətbiq etməklə sadə və asan hesab qaydası müəyyən etmişdilər.
On rəqəmi işarəsinin köməyi ilə təklikləri, yüzlükləri və minillikləri ifadə edirdilər.
QEYD:
Hindistan rəqəmlərini əvvəlcə
ərəblər mənimsəmiş, sonra isə
avropalılar öyrənmişdilər.
Qədim Hindistanda
memarlıq və
incəsənət inkişaf etmişdir. Padşah Aşokanın dövründə möhtəşəm
sütunları olan
saray və
məbədlər inşa olunmuşdur. Daş sütunların
yuxarısında heyvan və insan heykəlləri qoyulurdu. Aşoka dövründə
möhtəşəm sütunların birinin üzərində
dörd şir heykəli var idi. Bu təsvir indi Hindistan Respublikasının gerbidir.
E.ə. I əsrdə Hindistanda
daşdan yonulmuş darvaza hazırlanmışdı. Bu darvazada bitki və heyvanat aləmi, hind
əfsanələrinin qəhrəmanları və s. təsvir edilmişdi.
Hindistan
şahmat oyununun vətəni hesab olunur. Şahmatı
«dörd növ qoşun» adlandırırdılar. Şahmatın fiqurları
ilk vaxtlar
sümükdən düzəldilirdi.
QEYD:
Azərbaycan tayfalarının qədim hind tayfaları ilə mədəni və iqtisadi əlaqələri mövcud olmuşdur. Bunu
Azərbaycanın tunc və ilk dəmir dövrü abidələrindən Hindistanın sahil bölgələri üçün səciyyəvi olan bəzək əşyalarının
tapılması sübut edir. Bu əlaqələr vasitəsilə Azərbaycan sənətkarları Şərq ölkələri sənətkarlığı üçün səciyyəvi olan
zərgərlik sənətinin üsullarının mənimsəmişdilər.