Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   120

 
24 
 
Böyük Hun dövləti 
 
Hunların yaşadığı ərazi və məşğuliyyəti 
Türk  mənşəli  olan  hunlar  Orxan  və  Selenqa 
çayları  arasındakı  ərazidə  yaşamış  və  burada  tayfa 
ittifaqı  yaratmışdılar.  Hunların  əsas  məşğuliyyəti 
ovçuluq, sonralar isə köçəri maldarlıq olmuşdur. Ona 
görə  də  geniş  otlaq  sahələrinə  olan  ehtiyac  hunları 
daim yeni ərazilər ələ keçirməyə sövq edirdi.  
 
İlk Hun dövlətinin meydana gəlməsi 
Böyük Hun dövləti Mərkəzi Asiyada yaranmış 
ilk türk dövləti olmuşdur. Vahid Hun dövləti e.ə. 220-
ci  ildə  21  tayfanın  birləşməsindən  yaranmışdır.  Bu 
tayfa  ittifaqına  Teoman  tanhu  başçılıq  edirdi. 
«Tanhu» sözü sonralar yabqu, kağan, xaqan şəklində 
işlənmişdir. 
 
Teoman Tanhunun hakimiyyəti 
 Teoman Tanhunun hakimiyyəti (e.ə. 220 - e.ə. 209) dövründə:  

 
Qüvvətli ordu yaradıldı. 

 
Hunlar Çinə hücum edərək Çin torpaqlarını tutdular.
 
 

 
Çin imperatoru ilə qohumluq əlaqələri yaradıldı. 

 
Çinlilər hunlara qarşı Böyük Çin səddini inşa etməyə başladılar. 
Çinlilərin inşasına e.ə. 214-cü.ildə başlamış Böyük Çin səddini inşa etdirməkdə məqsədi 
hunların hücumlarının qarşısını almaq idi. 
Hunların Çin imperatoru ilə qohumluq əlaqələri yaratmasından istifadə edən çinlilər Hun ordusunun döyüş üsullarını 
öyrəndilər. Teoman tanhudan sonra hakimiyyətə oğlu Mete xan gəldi.  Metenin hakimiyyəti (e.ə 209-e.ə 174) dövründə: 

 
İntizamlı, güclü süvari  (atlı) qoşun yaradıldı. 

 
Hunlar Çin üzərinə hücumlarını davam etdirdilər. 
QEYD:
 Kiaksar, I Dara və Teoman tanhu kimi Mete tanhu  da hakimiyyətləri dövrünə hərbi islahat keçirmiş, ordunu 
yenidən təşkil edərək qüvvətli ordu yaratmışdı. Bu onların fəaliyyəti dövrü üçün oxşar cəhət təşkil edir.
  
 
Hun imperiyasının parçalanması 
Metedən  sonra  hakimiyyətə  onun  oğlu  Kiok  (e.ə  174  –  e.ə 
161) gəldi. 
 
Kiok tanhudan sonra isə Hun taxtına Kün Tanhu (e.ə 
161  -  e.ə  126)  çıxdı.  E.ə.  58-ci  ildə  Kün  tanhunun  anası  əslən 
çinli olan oğlu Hoxanyəh (e.ə 58 – e.ə 56) tanhu oldu. Hoxanyəh 
Çin  dövlətinin  himayəsinə  keçmək  istəsə  də  türk  qızından  olan 
qardaşı Çiçi ona qarşı çıxdı və onun imperatorluğunu tanımadı. 
Beləliklə,  e.ə  58-ci  ildə  Hoxanyəh    Çiçi  arasında 
toqquşmadan  sonra  daxili  çəkismələr  nəticəsində  Böyük  Hun 
imperatorluğu iki hissəyə parçalandı: 

 
Hoxanyəhun başçılıq etdiyi Şərqi Hun dövlətinə. 

 
Çiçi xanın başçılıq etdiyi Qərbi Hun dövlətinə. 
Çiçi  tanhunun  başçılığı  ilə  qərb  hunları  e.  ə.  36-cı  ildə 
Tanrı  dağlarının  simalını,  Mərkəzi  Asiyanı  və    İssik  gölünün 
ətrafını  tutub  ərazilərini  qərbə  tərəf  genişləndirdilər.  Lakin    elə 
həmin  ildə,  yəni  e.ə.  36-cı  ildə  çinlilər  qərbi  hunlar  üzərinə  əks 
hücuma keçərək: 

 
Hunların Qərbi Hun dövlətinin paytaxt şəhərlərini tutdular. 

 
“İpək yolu” üzərində  50-dək şəhər qarət edilərək dağıdıldı 

 
Qərbi Hun dövlətinə son qoyuldu. 

 
Qərb hunları Ural dağlarına tərəf köçdülər 

 
Şərqi Hun dövləti çinlilərin hakimiyyətini qəbul etdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bir  gün  Mete  xan  Çin  ordusu  ilə  qarşı  qarşıya  gələrkən 
ətrafı gözdən keçirmək üçün vəziri ilə bir təpəyə çıxdı. Bu 
zaman  görürlər  ki  türk  ordusu  Çin  ordusu  qarşısında  bir 
ovuc görsənir. Vəzir Metenin geri çəkiləcəyini zənn edərək 
soruşur: 
-
 
Nə düşünürsüz? 
Mete xan isə vəzirə tərəf dönərək ondan soruşur: 
-
 
Bu qədər çinlini mən harda basdıracağam? 
Beləliklə inamla döyüşə girən hunlar qələbə qazanırlar. 
 
 
 
Mete xan 
 


 
25 
 
Lakin  çinlilərin  hakimiyyətini  qəbul  edən  Şərq  hunları  Çin  dövlətinin  zəifləməsindən  istifadə  edərək  18  illik 
asılılıqdan  sonra  (e.ə.  18-ci  ildə)  yenidən  müstəqillik  qazandılar.  Bir  qədər  sonra  Şərqi  Hun  dövləti  Şimal  və  Cənub 
hissələrinə parçalandı. Onların bir hissəsi qərbə köç edərək qərb hunlarına qarışdılar. Bir hissəsi isə yenə Çinə tabe oldular. 
Bu tayfalardan çinlilər içərisində  öz  varlıqlarını qoruyub saxlayanlar sonralar qüdrətli  Göytürk dövlətinin  yaradılmasında 
mühüm rol oynadılar.  Çinlilərlə hunlar arasında müəyyən dövrlərdə iqtisadi  mədəni əlaqələr olmuşdur. Həmçinin çinlilər 
hunlardan hərb sənətinin sirlərini öyrənmişdilər. 
 
 
 
 
Hunların dini inanc və mədəniyyəti 
Hunlarda çoxallahlılıq mövcud olmuşdur. Onlar ruhlara, səma, yerüstü  yeraltı allahlara inanırdılar. Hunların ən 
ulu allahı Günəş  Ay sayılırdı. Ruhlara inanan hunlara görə pis ruhlar yeraltı dünyanı idarə edən Yerlik tanrıya tabe idi. 
Ruhlarla insanlar arasında münasibət yaradan adam şaman adlanırdı. Hunların dəfn adətinə görə: 

 
Vəfat edənin qohunlarını qurban kəsirdilər. 

 
Dəfn zamanı vəfat etmiş şəxsin qiymətli əşyaları onun məzarına qoyulurdu. 
Hun  abidələrindən  tapılmış  maddi  mədəniyyət  nümunələri  -  metal  əşyalar,  kəmərlər,  at    əslahələri,  üzəri  heyvan 
rəsmləri ilə bəzədilmiş silahlar   onların təsərrüfat həyatı haqqında qiymətli məlumat verir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mərkəzi Asiyada yaranmış 
ilk türk dövləti olmuşdur
 
Böyük Hun
 
dövləti 
 
E.ə. 220-ci ildə 21 tayfanın 
birləşməsindən yaranmışdı
 
Çinə hücum edərək Çin 
torpaqlarını tutmuşdular
 
Əsası  Teoman tanhu 
tərəfindən qoyulmuşdu
 
Günəş və Aya sitayiş 
edirdilər
 
E.ə 58-ci il 
 
 Şərqi Hun dövləti (Hoxanyəh 
xan) 
Qərbi Hun dövləti (Çiçi xan) 
Cənubi Hun dövləti  
Şimali Hun dövləti  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə