Anar İsayev Ramil Rəhimov


Kiaksarın hakimiyyəti dövrü



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   120

 
18 
 
Kiaksarın hakimiyyəti dövrü 
Midiya hökmdarı Kiaksar  hakimiyyəti dövründə hərbi islahat keçirdi. İslahat nəticəsində: 

 
Midiya ordusu  yenidən quruldu, ordu nizəçi və oxçu dəstələrinə bölündü. 

 
Süvarilər  (atlılar) piyadalardan ayrıldı, güclü nizami ordu yaradıldı. 
Beləliklə, güclü ordu yaradan Kiaksar hakimiyyəti dövründə: 

 
Midiyada iskit ağalığına  son qoydu, Midiya  Aşşur dövlətinə qarşı Babil hökmdarı ilə ittifaqa girərək  e.ə. 616- 
612-ci illərdə Aşşur, Arbela, Kalat şəhərlərini və paytaxt Ninevanı talan etdilər. 

 
E.ə.  605-ci  ildə  Aşşur  dövləti  süquta  uğradıldı.  Onun  torpaqları  isə  Midiya  və  Babil  arasında  bölüşdürüldü. 
Bundan sonra Midiya Manna və Urartunu işğal etdi. 
 
Midiya dövlətinin süqutu 
Kiaksardan  sonra  oğlu  Astiaq  Midiya  hökmdarı  oldu. Qədim  yunan  tarixçisi 
Herodot  yazırdı  ki,  Astiaq  hakimiyyətini  itirməkdən  çox  qorxurdu.  O,  bir  yuxu 
görmüşdü.  Yuxuyozanlar  demişdilər  ki,  gələcəkdə  qızından  doğulacaq  nəvəsi  böyüyüb 
onu  taxtdan  salacaqdır.  Qaydaya  görə  fars  mənşəli  şahzadə  Midiya  taxtına  sahib  ola 
bilməzdi.  Ona  görə  də  Astiaq  qızını  fars  vilayətinin  hakimi  Əhəmənilər  nəslindən  olan      
I  Kambizə  ərə  verdi.  Rəvayətə  görə,  o,  hətta  nəvəsi  Kirin  öldürülməsi  haqqında  gizli 
göstəriş  də  vermişdi.  Lakin  Astiaqın  güvəndiyi  adamlar  onun  tapşırığını  yerinə 
yetirmədilər, uşaq sağ qaldı və böyüyüb babasına qarşı çıxdı. Astiaqın sarayında getdikcə 
artan fars meyilli qüvvələr Kirin hakimiyyətə gəlməsinə kömək edirdilər.  
Babası  Astiaqa  qarşı  üsyan  edən  II  Kir  midiyalılara  qarşı  3  il  (e.ə  553-550) 
mübarizə apardı. Mübarizə nəticəsində: 

 
E.ə.  550-ci  ildə  II  Kir  qələbə  qazanaraq  Ekbatan  şəhərini  tutdu,  Midiya 
dövləti süqut etdi. 

 
II Kir Midiya torpaqlarını öz ərazilərinə birləşdirdi və Əhəmənilər dövlətinin 
əsasını qoydu.  
 
Midiyanın təsərrüfat həyatı 
Midiyada  əhalinin  əsas  məşğuliyyəti  əkinçilik  və  maldarlıq  olmuşdur.  Əsas 
sənətkarlıq  sahələri  dulusçuluq,  toxuculuq,  metalişləmə  idi.  Metalişləmə  sənəti  daha 
geniş  yayılmışdı.  Bunun  səbəbi  dövlətin  ərazisindən  dəmir,  qurğuşun,  qızıl  və  s. 
metalların çıxarılması idi.   Ölkə  ərazisində  zəngin  neft  yataqları  var idi.  «Midiya yağı» 
adlanan  neftdən,  əsasən,  hərbi  məqsədlər  üçün  istifadə  edilirdi.  Neftli  parçanı  oxlara 
bağlayıb od vuraraq düşmən üzərinə və yanğın törətmək üçün evlərin damına atırdılar.  
 
Midiya mədəniyyəti 
Midiya tarixi və mədəniyyəti yazılı mənbələr və əfsanələr əsasında öyrənilmişdir. 
Midiyada  memarlıq  yaxşı  inkişaf  etmişdi.  Suz  sarayları,  Ekbatanı  əhatə  edən  yeddi 
cərgə divarlar, qırmızı kərpicdən tikilmiş hökmdar sarayı gözəl memarlıq nümunələridir. 
Astiaqın  dövründə  zərdüştilik  Midiyada  rəsmi  dövlət  dini  kimi  qəbul  olunmuşdur.   Zərdüştilik  e.ə.  VII  əsrdə 
meydana  gəlmişdir.  Zərdüştilik  dininin  müqəddəs  kitabı  «Avesta»dır.  Zərdüşt  təliminə  görə,  xeyir  (Hörmüzd)  ilə  şər 
(Əhrimən), həqiqət ilə yalan arasında mübarizə gedir. Bu mübarizədə xeyir şərə, həqiqət yalana qalib gəlir. 
 
 
 
Midiya  
dövləti 
 
Dövlət dini Zərdüştilik 
olmuşdu 
 
İskitlərin hakimiyyəti 
altına düşmüşdü 
 
Vilayətləri canişinlər 
idarə edirdilər
 
 
 
Paytaxtı Ekbatan 
şəhəri olmuşdu
 
 
E.ə. VIII əsrdə, İranın 
mərkəzində 
yaranmışdı
 
 
 
Aşşur dövləti süquta 
uğratmışdı 
 
 
 
 
«Avesta»dan
 
 
 
 
Astiaq və balaca Kir 
 


 
19 
 
Əhəmənilər dövləti 
 
İran yaylasının qədim əhalisi 
Qədimdə  İran  yaylasında  yaşayan 
əhalinin  tərkibi  müxtəlif  olmuşdur.  Bu 
yerlərin  ən  qədim  sakinləri  elamlar  idilər. 
Çox  sonralar  bu  əraziyə  ari  tayfaları 
gəlmişlər. Əvvəllər Şərqi Avropa çöllərində 
yaşamış  və  maldarlıqla  məşğul  olmuş  ari 
tayfaları  e.ə.  II  minilliyin  sonlarında  bir 
hissəsi  Xəzər  dənizinin  qərb  sahilləri  ilə 
Qafqazdan,  digər  hissəsi  Mərkəzi  Asiyadan 
keçərək 
indiki 
İran 
ərazisində 
məskunlaşmışlar.  Gəlmə  arilər  tədricən  yerli 
əhali ilə qarışmış və  yerli əhali onların dilini 
qəbul  etmişdir.  Е.ə.  VIII  əsrin  ikinci 
yarısından  başlayaraq  Qərbi  İranda  irandilli 
tayfalar üstünlük təşkil etmişdir.  
 
Əhəmənilər dövlətinin yaranması. II Kirin işğalları 
E.ə.  550-ci  ildə  II  Kir  öz  babası  Midiya  hökmdarı  Astiaqı  taxtdan  salıb  hakimiyyəti  ələ 
keçirdi. Beləliklə, Əhəmənilər dövləti yarandı.  II Kirin kakimiyyəti (e.ə 550-530) dövründə: 

 
Əhəmənilər Midiyanın bütün ərazilərini işğal etdilər. 

 
Kiçik Asiyada Lidiya çarlığının əraziləri tutuldu. 

 
Misirə qədər bütün ölkələr Əhəmənilərə tabe edildi. 

 
Massaget tayfalarına qarşı uğursuz hərbi yürüş təşkil edildi. 
E.ə 530-cu ildə, Araz çayı sahilində döyüşdə II Kirin qoşunları  massagetlərə məğlub 
oldu,  özü isə döyüşdə öldürüldü.  
 
II Kambizin Misiri işğal etməsi 
II  Kirdən  sonra  hakimiyyətə  gələn  oğlu  II  Kambiz  (e.ə  530-522)  böyük  ordu  ilə  Misirə 
hərəkət  etdi.  O,  e.ə.  525-ci  ildə  həlledici  döyüşdə  qalib  gələrək  Misiri  özünə  tabe  etdi.  Misir 
kahinləri  II  Kambizi  firon  elan  etdilər.  Bu  yürüşdən  sonra  Əhəmənilər  imperiyasının  ərazisi  
Misirdən Hindistana, İran körfəzi və Hind okeanından Böyük Qafqaz dağlarına qədər çox geniş 
ərazini əhatə edirdi.  
 
Qaumata üsyanı 
II Kambiz Misirdə olarkən e.ə. 522-ci ildə midiyalı maq Qaumata (Bardi) Əhəmənilər dövlətində hakimiyyəti ələ 
keçirdi. Bu xəbəri eşidən II Kambiz Misirdən qayıdarkən yolda müəmmalı şəkildə öldü. 
 Qaumatanın yeddi aylıq hakimiyyəti dövründə: 

 
Ölkədə heç bir üsyan baş vermədi. 

 
Əhəmənilər dövlətinin tərkibinə daxil olan bütün xalqlar 3 il müddətinə vergilərdən və hərbi mükəlləfiyyətlərdən 
azad olundu. 
 
I Daranın hakimiyyəti 
Qaumata  sui-qəsd  nəticəfində  öldürüldü  və  I  Dara  (e.ə  522-486)  hakimiyyətə  gəldi.    I  Dara 
hakimiyəti dövründə aşağıdakı islahatları həyata keçirdi: 

 
Dövləti satraplıq (canişinlik) adlanan vergi dairələrinə böldü. Bu dairələrin başçısı satrap 
adlanırdı. Satraplıqlar padşahın ordusuna döyüşçü, işçi qüvvəsi verməli idi.  

 
Güclü ordu və imperiya üçün vahid pul sistemi yaratdı. Pullar qızıl və gümüşdən kəsilirdi. 
Qızıl pullar Daranın şərəfinə «darik» adlanırdı. 
 
 
 
 
 
 
 
 
II Kir 
 
 
 
II Kambiz
 
 
 
 
 
I Dara 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə