Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   120

 
14 
 

 
Qulun ailə üzvləri və əmlakı ağaya məxsus idi. 
Misirdə olduğu kimi Babil şəhər dövlətində də qulların vəziyyəti çox ağır idi. Qulları alıb satırdılar. Qul  əşya hesab 
olunurdu.  Qulların  sayı  dövlət    məbəd  təsərrüfatında  daha  çox  idi. Qullar  heyvan  kimi  damğalanırdı.  Hammurapi 
qanunlarına görə, öz sahibindən qaçan qulu tutub ağasına qaytaran adama hədiyyə verirdilər. Qaçan qulu gizlədən adam isə 
ağır cəzaya məhkum edilirdi. 
 
Hökmdar Hammurapinin qanunlarından 
 
«Mən,  Hammurapi,  tanrılar  tərəfindən  qoyulmuş  başçı,  Fərat  çayı  ətrafındakı  kəndləri  tabe  edən  şahların  ən 
birincisi, ölkəyə haqq və ədalət gətirdim. Əgər bir adam məbədin və ya şahın əmlakını oğurlayarsa, o öldürülməlidir. 
Əgər  bir  adam  qaçmış  qulu  gizlədərsə,  o  öldürülməlidir. Əgər  kimsə  qulun  damğasını  kəsib  götürərsə,  onun 
barmaqları kəsilməlidir. Əgər bir adam başqasının qulunu öldürərsə, bunun əvəzində öz qulunu ona verməlidir. Əgər 
bir  adam  başqasının  öküzünü  öldürərsə,  bunun  əvəzinə  öz  öküzünü  ona  verməlidir. Əgər  bir  adamın  borcu  varsa, 
onun arvadı, oğlu və ya qızı 3 il müddətinə qul olmalıdır, dördüncü il onlar azad edilməlidir. Əgər bir adam özünə 
bərabər  bir  adamın  üzünə  şillə  vurarsa,  cərimə  verməlidir. Əgər  bir  adam  özündən  artıq  bir  adamın  (yəni  əyanın, 
kahinin)  üzünə  şillə  vurarsa,  o,  öküz  gönündən  hazırlanmış  qamçı  ilə  60  dəfə  qamçılanmalıdır. Mən,  Hammurapi, 
ədalətli padşaham, bu qanunları mənə Günəş tanrısı bağışlamışdır. 
 
 
Babil mədəniyyəti 
Qədim    Babil  mədəniyyəti  arxeoloji  mənbələr  əsasında  öyrənilmişdir.  Arxeoloqların  aşkar  etdiyi  qədim  qala 
divarları, məbədlər, sarayların qalıqları  gil lövhələr Babildə memarlığın inkişaf etdiyini sübut edir. Alimlər gil lövhələr 
üzərində, mixi yazılarında əks olunmuş əfsanələri, salnamələri, qanunları oxumuşlar. Babillilər qədim misirlilər kimi təqvim 
də yaratmışdılar. Babil darvazası, Babil qülləsi  Semiramidanın asma bağları Qədim Babil mədəniyyətinin nadir inciləri 
hesab olunur.  
 
 
 
 
                       Babil darvazası 
 
 
Babil qülləsi 
 
      Semiramidanın asma bağları 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qədim Babil 
dövləti 
 
Vahid qanunlar külliyyatı 
tərtib edilmişdi 
 
 
 
Semiramidanın asma 
bağları yaradılmışdı 
 
Ən qüdrətli hökmdarı 
Hammurapi olmuşdu 
 
Paytaxtı Babil şəhəri 
olmuşdu 
 
Mesopotamiyada 
yaranmışdı 
 


 
15 
 
Sidon
 
Bibil
 
 
Tir
 
Qədim Finikiya şəhər dövlətləri
 
Qədim Finikiya 
 
Finikiyanın təbiəti. Əhalisinin məşğuliyyəti 
Finikiyalılar  Aralıq  dənizinin  şərq  sahilində  məskunlaşmışdılar.  Ölkənin  təsərrüfatında 
bağçılıq  mühüm  yer  tuturdu.  Kəndlilər,  əsasən,  üzüm,  xurma  və  zeytun  becərirdilər.  Onlar 
üzümdən  çəkdikləri  şərabı  və  zeytun  yağını  qonşu  ölkələrdə  taxıla  dəyişirdilər.   Sahilboyu 
dağlar sidr   və  palıd meşələri  ilə  örtülmüşdü.  Qiymətli  tikinti  materialı  olan  və  müqəddəs  hesab 
edilən  sidr  ağacı  Misirə  və  başqa  ölkələrə  göndərilirdi.  Finikiyada  şəffaf  şüşə  icad  olunmuşdu. 
Finikiyalıların  dənizilbizi  şirəsindən  hazırladıqları  tünd-qırmızı  boyaq  (purpur)  qonşu  ölkələrdə 
çox  yüksək  qiymətləndirilirdi.  Finikiyanın  adı  da  bu  məşhur  boyaqla  bağlı  idi.  Qədim  yunanlar 
Finikiyanı Foinike adlandırırdılar. Bu da «purpur (tünd-qırmızı boyaq) ölkəsi» deməkdir.  
 
 
 
 
 
 
Finikiya şəhər dövlətləri və dəniz səyyahları 
Finikiyada yaşayış məskənlərinin mövqeyi olduqca əlverişli idi. Cənubi Mesopotamiyadan 
və  Misirdən  gələn  yollar  burada  birləşirdi.  Finikiyanın  kiçik  yaşayış  məskənlərinin  yerində  Tir, 
Sidon    Bibil  kimi  ticarət  şəhər  dövlətləri  yarandı.  Finikiyanın  ən  başlıca  şəhəri  isə  Tir  şəhəri 
idi.  E.ə.  II  minillikdə finikiyalılar  ən  yaxşı  gəmiqayıranlar  və  dənizçilər  kimi  tanınırdılar. 
Finikiyalılar  iki  cür  gəmilər  -  hərbi  və  ticarət  gəmiləri  düzəldirdilər.  Hərbi  gəmilərin  metaldan 
hazırlanmış  şiş  burnu  döyüş  vaxtı  düşmən  gəmilərini  yanlardan  vurur,  onları  deşirdi.  Dənizçilər 
səmt küləklərinin qovduğu gəmilərlə Aralıq dənizi boyunca üzür və Atlantik okeanına çıxırdılar. 
Aralıq dənizi xalqları içərisində ilk dəfə finikiyalılar açıq dənizdə üzməyə başlamışdılar. 
Finikiya  şəhərləri qala divarları ilə  müdafiə olunurdu. Finikiyada torpaqlar məhsuldar idi. 
Sahil  şəhərlərində  yaşayan  əhali  sənətkarlıq,  ticarət  və  dənizçiliklə  məşğul  olurdu.  Şəhərlərdə 
sənətkarlar müxtəlif qablar, metal alət və məmulatlar hazırlayırdılar. 
 
 
                             
 
 
 
 
 
 
 
Finikiya koloniyaları 
Yunanıstandan 
və 
başqa 
ölkələrdən 
Finikiya  şəhərlərinə  çoxlu  tacirlər  gəlirdi. 
Finikiya  tacirləri  dəniz  yolu  ilə  ticarət  aparır, 
Finikiya, 
Misir 
və 
Babil 
mallarını 
Yunanıstanda,  yunan  mallarını  isə  Şərqdə 
satırdılar. Finikiyalı  dəniz  quldurları  sahil 
kəndlərini  qarət  edir,  adamları  oğurlayır  sonra 
qul kimi satırdılar.  
Finikiyalılar  Aralıq  dənizi  sahillərində  və 
adalarında 
daimi 
məskənlər 

koloniyalar yaratmışdılar. 
E.ə. 
XVI 
əsrdə 
İspaniyada,  Şimali  Afrikada,  habelə  Kipr, 
Siciliya, 
Sardiniya 
adalarında 
Finikiya 
koloniyaları  yaradıldı. Finikiyanın  Tir şəhərinin 
əhalisi tərəfindən Afrikanın şimalında Karfagen 
koloniyası salındı.   
 
 
Şüşə kuzə 
 
 
 
Dəniz ilbizi 
 
 
 
Finikiya gəmisi 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə