Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 
10 
 
 
 
Firon II Ramzes.  Firon II Ramzesin Nubiyadakı məbəddə 24 metrlik heykəli 
 
 
Qədim Misirsdə din 
Qədim misirlilər çoxtanrılı dinə (Günəşə, Aya, Nil çayına, heyvanlara və müxtəlif əşyalara) sitayiş edirdilər.  Qədim 
misirlilərin iki əsas tanrısını qeyd etmək olar: 

 
Amon - Misirin baş tanrısı idi, tanrıların hökmdarı və fironun havadarı hesab edilirdi. 

 
Ra - Günəş tanrısı və dünyanın yaradıcısı hesab edilirdi.  
Misirdə tanrılar quşbaşlı, heyvan və insan görkəmində təsvir olunurdu.  Misirlilərə görə, ölüm insanı məhv etmir, onu 
başqa aləmə, axirət dünyasına aparırdı. Ona görə də dəfn zamanı ölünün yanına yemək, silah qoyurdular.  Ölünün bədənini 
olduğu kimi saxamaq üçün onun daxili orqanları çıxarılır,  xüsusi qablara qoyulur sonra bədənə duzlu maddələr və qətranlı 
məhlullar sürtərək mumiyalayırdılar
 
Misir heroqlifləri 
E.ə. IV minilliyin sonunda qədim Misirdə dövlətin yaranması ilə 
eyni vaxtda yazı meydana gəlmişdir. Bu, şəkli yazı idi. Sonralar Misirdə 
heroqliflər yaranmışdır. Heroqlif yazı növünə aiddir:
 

 
―Müqəddəs işarələr‖ adlandırılırdı. 

 
Müxtəlif anlayışlardan ibarət şəkli yazı idi. 

 
İşlədilən işarələrin sayı 700-750-yə çatırdı. 

 
Heroqlif daş, ağac, dəri və papirus üzərinə yazılırdı. 

 
Yazı yazmaq üçün əsas material papirus idi. 

 
Misirdən  başqa  Mannada  və  Çində  də  geniş  istifadə 
olunmuşdu. 
      
 
Piramidalar 
Qədim  Misirdə  fironun  şəxsiyyəti  ilahiləşdirilmişdi.  Ona  yer 
üzünün  tanrısı  kimi  sitayiş  və  itaət  edilirdi.   Fironun  qeyri-adi  qüdrətə 
malik  olmasını  göstərmək  üçün  piramidalar  tikilirdi.  Qədim  Misir 
piramidaları indi də qalmaqdadır. 
Misirdə ilk piramida firon Coserə (60 metr hündürlüyündədi),  ən 
hündür  piramida  isə  firon  Xeopsa  məxsusdur  (hündürlüyü  147  metr 
olub,  onun  tikintisinə  2000-3000  iri  həcimli  daş  sərf  edilmişdi).  Misir 
piramidalarının daşları yüngül əhəngdaşlarından yonulurdu. Ona görə də 
onları  yüksəkliklərə  qaldırmaq  nisbətən  asan  idi.  Piramidalarla  yanaşı, 
burada  qayadan  yonulmuş  20  metr  hündürlüyündə  olan  böyük Sfinks 
heykəli də indiyədək qalmışdır. Qədim misirlilər Sfinksi «dəhşətlər atası» 
adlandırırdılar.  Əvvəlki fironlardan fərqli olaraq I Tutmosun dövründən 
başlayaraq  fironlar  daha  piramidada  deyil,  gizli  qayaaltı  sərdabədə  dəfn 
olunurdular.  
 
 
 
 
 
 
 
 
 
Misir piramidası və Sfinks
 
 
 
 
Misir heroqlifləri 


 
11 
 
Əfsanələr 
Qədim misirlilərin şifahi xalq yaradıcılığında mühüm yer tutan əfsanələrdə əsasən aşağıdakı mövzular təbliğ edilirdi: 

 
qədim misirlilərin həyatından və məişətindən
.
 

 
tanrı və fironların qüdrətinin sarsılmaz olduğundan
.
 
Qədim Misir əfsanələrindən aşağıdakıları qeyd etmək olar: 

 
«
 Dünyanın əmələ gəlməsi haqqında əfsanə
»
də Günəş tanrısı Ra dünyanın yaradıcısı hesab edilirdi. 

 
«
Osiris haqqında əfsanə
»
də Osirisin öldürülüb yenidən dirilməsindən bəhs olunurdu. Əfsanədə Osiris qardaşı 
Set  tərəfindən  qəddarcasına  öldürülür.  Bu  zaman  Osirisin  arvadı  İsida  və  bacısı  allahlardan  kömək  dilədilər. 
Onlar birlikdə Osirisi tapıb diriltdirlər. Sonra Osirisin oğlu Qor doğulur və Setdən atasının intiqamını alır. 
 
İncəsənət 
Misir  incəsənəti  firon  hakimiyyətinin  möhkəmləndirilməsinə  xidmət  edirdi.  Misirdə  əzəmətli  məbədlər,  saraylar, 
piramidalar  Tanrıların    fironların  şərəfinə  tikilir,  heykəllər  yaradılırdı.  Məbədlərin  divarında  fironların  həyatı  və 
göstərdikləri  qəhrəmanlıqlar  təsvir  olunurdu. Misirlilər  qayanı  çapıb  sərdabələr  düzəldirdilər.  Bu  sərdabələr  çoxsaylı 
otaqardan  ibarət  olurdu.  Orada  tanrıları  və  fironları  əks  etdirən  müxtəlif  abidələr  qoyurdular.  Bu  cəhətdən  firon 
Tutanhamonun sərdabəsi öz zənginliyi ilə seçilir. 
  
 
 
Tutanhamona aid maska. Tuthanhamonun sərdabəsi
 
 
            
           Elm 
Qədim  Misirdə  astronomiya,  hesab,  həndəsə  və  təbabət  elmləri  yaxşı  inkişaf  etmişdir.  Misirlilər  hesab  və  həndəsə 
sahəsində müəyyən biliklərə malik idilər. Bunu aşağıdakı faktlar da sübut edir: 

 
Dəqiq riyazi hesablamalar nəticəsində piramidalar tikməyi bilirdilər. 

 
Onluq hesablama sistemindən istifadə edirdilər.  

 
1, 10, 100, 1000, 10000, 100000, 1000000 bildirən işarələr yaratmışdılar. 

 
Düzbucağın, üçbucağın, trapesiya və dairənin səthini müəyyənləşdirə bilirdilər. 
Misirlilər astronomiya sahəsində aşağıdakı bilikləri qazanmışdılar: 

 
Planeti ulduzdan fərqləndirirdilər. 

 
Ulduzların xəritəsini çəkə bilirdilər.  
 
 
 
 
 
         
 
Qədim Misirdə təbabət elminin inkişaf etdiyini isə aşağıdakı faktlar sübut edir: 

 
Sadə cərrahiyyə əməliyyatları  apara bilirdilər. 

 
Diş və göz xəstəliklərinin müalicə edirdilər.  
Misirlilər su  günəş saatı ixtira etmiş, hətta dəqiq təqvim də yaratmışdılar. Misir təqviminə əsasən: 

 
İl 12 aya, 365 günə, gecə və gündüzü 24 saata bölürdülər. 

 
Təqvimdə hər ay 30 gündən ibarət olsa da, ilin sonuna 5 gün əlavə edirdilər. 
 
 
 
 
 
 
 
 
Heroqlif yazının 
yaradılması 
 
Onluq say sisteminin 
yaradılması 
 
 
 
Günəş və su saatının 
ixtirası 
 
Ulduzların xəritəsinin 
çəkilməsi 
 
Qədim Misirin dünya mədəniyyətinə bəxş etdiyi töhfələr 
 
 
 
 
Ulduz təqvimi
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə