Anar İsayev Ramil Rəhimov


Metalın kəşf olunması. Xış əkinçiliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 

 
Metalın kəşf olunması. Xış əkinçiliyi 
İlk metal əldə olunanadək ən qədim insanlar Daş dövrünün Qədim, Orta və Yeni Daş dövrü mərhələlərini yaşamışlar. 
Daş dövrünü Eneolit (Mis-daş)Tunc və Dəmir dövrləri əvəz etmişdir. 
İlk dəfə insanlar Eneolit dövründə metalı kəşf etdilər. İnsanların tanış olduğu ilk metal mis idi. Mis nisbətən yumşaq 
metal olduğu üçün  ondan hazırlanan alətlərdən hər yerdə istifadə etmək olmurdu.  Odur ki, sonralar  misə başqa qarışıqlar 
qatmaqla  tunc  alındı.  Tuncdan hazırlanan alətlər  mis alətlərdən  fərqli olaraq daha  möhkəm olurdu. İbtidai  insan  metaldan 
yalnız əmək alətləri deyil, müxtəlif məişət avadanlığı və bəzək əşyaları da hazırlaya bilirdi.  Tunc dövründə toxa əkinçiliyi 
xış  əkinçiliyi  ilə  əvəz  olundu.  İlk  vaxtlar  ağacdan  hazırlanan  xış  ilə,  toxadan  fəqrli  olaraq  daha  geniş  torpaq  sahələri 
şumlanır, daha çox məhsul yetişdirilirdi. Metal emalı və xış əkinçiliyinin yaranması nəticəsində: 

 
İnsanların  əməyi  daha  məhsuldar  oldu.    Bu  ağır  işlərlə  kişilər  məşğul  olurdular.  Ona  görə  də  kişilərin  nüfuzu 
artdı. Nəticədə anaxaqanlığı ataxaqanlıq (patriarxat) ilə əvəz olundu. 

 
Əkin  sahələri  genişləndi,  mal-qaranın  sayı  artdı.  Tədricən  əkinçi  və  maldar  tayfalar  formalaşdı.  Onlar  öz 
məhsullarını bir-biri ilə mübadilə (dəyişmək) edirdilər.  
 
Erkən Tunc dövründə  birinci ictimai əmək bölgüsü nəticəsində əkinçilik maldarlıqdan ayrıldı. Orta Tunc dövründə 
isə  ikinci  ictimai  əmək  bölgüsü  nəticəsində  sənətkarlıq  başqa  istehsal  sahələrindən  (maldarlıq  və  əkinçilikdən)  ayrılaraq 
müstəqil sahəyə çevrildi.  
 
Son Tunc dövründə varlılar və kasıblar meydana gəldi. Əmək alətlərinin təkmilləşməsi ilə torpaq və mal-qara ayrı-
ayrı ailələr arasında bölündü. Qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Qonşuluq icmasının üzvləri icmaçı kəndlilər 
adlanırdı.  Sənətkarlığın inkişafı Ön Asiya, Qədim Şərq, Qafqaz, o cümlədən Azərbaycan tayfaları arasında iqtisadi-mədəni 
əlaqələrin  yaranmasına  təkan  verdi.  Gil  qabların  hazırlanmasında  dulus  çarxından  istifadə  edilirdi.  Sadə  qablarla  yanaşı, 
naxışlı və boyalı qablar da hazırlanırdı. Müxtəlif parçalar toxumaq üçün sadə toxuculuq alətindən istifadə edilirdi.  
 
  
 Qəbilə icması   
 
 
                  Qonşuluq icması 
 
 
 
 
 
 
Din 
İbtidai  insanların  dini  görüşləri  təsərrüfat  həyatı  ilə  bağlı  olaraq  formalaşırdı.  Ovçular  uğurlu  ov  üçün,  əkinçilər 
günəşin çıxması, yağış yağması üçün fövqəltəbii qüvvələrə dua edirdilər. İnsanlar fövqəltəbii qüvvələrin bütlərini düzəldir və 
bu bütlərə sitayiş edirdilər. Qədim dövrün insanlarının aşağıdakı dəfn adətləri var idi: 

 
Vəfat ednənin içərisi çıxarılıb mumiyalanaraq olduğu kimi qəbrə qoyulurdu.  

 
Tayfa başçıları və varlı adamların qəbri üzərində kurqanlar  qurulurdu. 

 
Ölülər daş qutu və torpaq, küp və katakomba qəbirlərdə dəfn edilirdi.   

 
Hökmdar hakimiyyətinin böyüklüyünü göstərmək üçün müxtəlif abidələr, sərdabələr tikilirdi. 
 
Tayfaların idarə olunması. Bərabərsizliyin yaranması. 
İri  yaşayış  məskənində  yerləşən  bir  neçə  qohum  qəbilənin  birləşməsi  nəticəsində  eyni  dildə  danışan    və  eyni  adət-
ənənəyə  malik  olan  tayfalar  yarandı.  Tayfanı  ağsaqqallar  idarə  edirdilər. Tunc  dövründə  tayfa  ağsaqqalları  müxtəlif 
yollarla  geniş  məhsuldar  torpaqlar  ələ  keçirərək  tədricən  varlanmağa  başladılar.  Daha  sonra  yaşayış  yerlərinin  ətrafını 
möhkəm qala divarları ilə hasarlayıb  keşikçi dəstələri yaratdılar. 
Tayfa  başçıları,  ağsaqqallar,  hərbi  rəhbərlər  və  kahinlər varlandıqca,  Tunc  dövrünün  sonu  -  İlk  Dəmir  dövründə 
cəmiyyətdə  sosial  bərabərsizlik  yarandı.  Varlılar  -  əyanlar,  kasıblar  -  icmaçı  kəndlilər,  qullar  meydana  gəldi.  Beləliklə, 
Dulusçuluq 
 
Ox və Kaman 
 
Toxa və xış 
 
Metal emalı
 
İbtidai icma cəmiyyətində mühüm kəşflər
 


 

 
ibtidai icma quruluşu dağıldı, dövlət formalaşdı. Tayfa başçıları tədricən hökmdara çevrildi. Bəzi məsələlərin həllində onlar 
ağsaqqalları və hərbi başçıları toplayır, lakin son qərarı özləri çıxarırdılar.  
 
 
 
 
Dövlətin əlamətləri 
Yeni yaranan dövlətlər özünəməxsus xüsusiyyətlərə malik idi. Həmin xüsusiyyətlər aşağıdakılar idi: 

 
Dövləti padşah adlanan hökmdar idarə edirdi. 

 
Müəyyən tarixi ərazidə formalaşırdı. 

 
Hər bir dövlət paytaxt şəhərə malik idi. 

 
Hər bir dövlət güclü orduya malik idi. 

 
Hər bir dövlət xəzinəyə malik idi. 
 
 
 
 
           Yazı 
Dövlət yarandığı dövrdə yazı meydana gəldi. Dövlətə təsərrüfat və ticarət işləri ilə bağlı yazılı sənəd lazım idi. Bu işlə 
məşğul  olan  adamlar  haqq-hesab  aparırdılar.  Dövlətin  ərazisində  yaşayan  kəndliləri  siyahıya  alırdılar.  Hər  bir  kəndlinin 
torpağı, mal-qarası, meyvə ağacı və ya borcu qeydə alınırdı. Yazını papirus, qamışdan hazırlanan lövhələr, gil lövhələr, daş, 
dəri və s. materiallar üzərində yazırdılar. 
 
İbtidai icma quruluşunun dövrləri 
 
4. 
Dəmir Dövrü 
  E.ə. II minilliyin sonu — I minillik 
3. 
Tunc dövrü 
  E.ə. IV minilliyin 2-ci yarısı — II minilliyin sonları 
2. 
Eneolit dövrü  
(Mis-daş dövrü) 
  E.ə. VI—IV minilliyin 2-ci yarısı. Daş dövründən metal əsrinə keçid 
1  
 
Daş dövrü 
  İlk insan tipinin yaranmasından e.ə. VI minilliyədək 
a) 
Neolit  
(Yeni Daş dövrü) 
  E.ə. VII—VI minilliklər 
b) 
Mezolit  
(Orta Daş dövrü) 
  E.ə. XII—VIII minilliklər 
c) 
Paleolit  
(Qədim Daş dövrü)  
Üst Paleolit  
Orta Paleolit  
Alt Paleolit 
  İlk insan tipinin yaranmasından e.ə. XII minilliyə qədər davam etmişdir. 
 
 
 
 
 
 
 
 
 
Xəzinə 
Paytaxt 
Bayraq 
Hökmdar 
 
Ordu 
Dövlətin əlamətləri
 
Hakimiyyətin nüfuzlu şəxslərin 
əlində cəmləşməsi 
Cəmiyyətdə sosial  
bərabərsizliyin yaranması 
İri tayfa ittifaqlarının 
yaranması 
İbtidai icma quruluşunun süqutunu süətləndirən amillər 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə