Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   120

 
12 
 
Qədim Mesopotamiya 
 
Mesopotamiyanın təbiəti və əhalisi 
Qədimdə  Dəclə  və  Fərat  çayları  arasındakı  düzənlik 
Mesopotamiya 
adlanırdı. 
Mesopotamiya 
yunan 
dilində «İkiçayarası» deməkdir. Bu ərazi münbit və məhsuldar 
torpaqlara  malik  idi.  Türkdilli  xalq  olan  şumerlər  e.ə.  VII-VI 
minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən 
gələrək Mesopotamiyada məskən salmışdılar.  
 
Şumer şəhər-dövlətləri 
Mesopotamiyanın  cənub  hissəsi  Şumer  ölkəsi 
adlanırdı.  Erkən  Şumer  şəhər-dövlətləri  e.ə.  III  minilliyin 
əvvəllərində  yaranmağa  başladı.  Bu  dövrdə  yaranan  Şumer 
şəhər-dövlətləri  Uruk, Kiş, Eredu, Laqaş, Umma, Nippur, Ur 
(Ay allahının məbədi burada yerləşirdi)
 şəhər dövlətləri idi. 
Erkən  Şumer  şəhər-dövlətlərini «en»si   adlanan  kahin 
idarə edirdi. «En»si  
 aşağıdakı sahələrə rəhbərlik edirdi:
 

 
Şəhər-dövlətlərə və məbəd işlərinə. 

 
Ölkənin təsərrüfat həyatına. 

 
Suvarma kanallarının çəkilməsinə. 

 
Hərbi işlərə. 
Tədricən  Şumer  şəhər-dövlətlərində  hökmdar  meydana 
gəldi.  Şumer  şəhər-dövlətlərində  hökmdar «ensi»,  yaxud 
«luqal» adlanırdı.  
 
Şumer mədəniyyəti 
Mesopotamiyada  istifadə  olunan  ən  qədim  yazı  şəkli  yazı  idi.  Şumerlər  e.ə.  III  minilliyin  əvvəllərində  mixi    yazı 
növünü yaratdılar. Şumerlərdən sonra akkadlar, babillər  aşşurlar da mixi yazını mənimsədilər.  
Şumer memarları əzəmətli, gözəl məbəd və saraylar tikməyi bacarırdılar. E.ə III minillikdə Şumer şəhər dövlətlərinin 
mərkəzlərində  məbədlər  və  saraylar  itikilməyə  başlanıldı.  Qədim  Mesopotamiya  memarlığında    zikkurat  formalı  pilləli 
məbədlər  geniş yayılmışdı. Zikkurat memarlığı: 

 
 Üç, beş və yeddi mərtəbəli pilləli məbədlər idi. 

 
 Səma cisimlərini müşayət etmək üçün rəsədxana kimi istifadə edilirdi. 

 
 Zikkuratın yuxarı pilləsində kiçik ibadətkah yerləşirdi. 
Şumer  memarları  inşaatda  çiy  kərpicdən  istifadə  edirdilər.  Təpələr  üzərində  tikilən  məbədlərin  divarları  müxtəlif 
təsvirlərlə bəzədilirdi. Heykəltəraşlar daş və mərmərdən fiqurlar yaradırdılar.  
Şumerlər sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Onların arasında dulusçuluq sənəti və memarlıq yaxşı 
inkişaf etmişdi. Mesopotamiyada sənətkarlığın zərgərlik   silahqayırma sahələri də inkişaf  etmişdi. Sənətkarlar daşdan və 
gildən güldanlar, müxtəlif daşlardan möhürlər hazırlayırdılar. Bu möhürlərin üzərində insan, heyvan şəkilləri təsvir edilirdi. 
Şumerdə dama oyununun ilkin nümunəsi olan oyun lövhəsi də yaradılmışdı.  
Şumerlər  maraqlı  məzmuna  malik  olan  əfsanələr,  rəvayətlər  yaratmışlar.  Bu  rəvayətlərdə  dünyanın  və  insanın 
yaranmasından, eləcə də tanrılardan bəhs olunur. 
 
 
E.ə III minillik 
Gil qablar 
düzəldilirdi
 
Mixi yazı növü  
ixtira edildi 
Erkən Şumer şəhər 
dövlətləri yarandı 
Zikkurat tipli 
məbədlər  tikilirdi 
Heykəltaraşlıq 
inkişaf etmişdi
 
Qədim Mesopotamiya 
 


 
13 
 
 
 
                    Dama  oyunu.                       Zikkurat (müasir şəkili           Ur şəhərində Ay allahının məbədi 
 
 
Qədim Babil dövləti
 
Babil dövlətinin meydana gəlməsi 
Babil  şəhər-dövləti  e.ə.  II  minilliyin  əvvəlində 
Mesopotamiyada  yaranmışdı.  Dövlətin  paytaxtı  Babil  şəhəri 
olmuşdur.  Rəvayətə  görə  bir  hökmdar  bu  şəhərin  ətrafındakı 
əraziləri birləşdirərək dövlət yaratmışdı. Buna görə də yeni dövləti 
Babil adlandırırdılar. Babil şəhəri:  

 
Dəclə  və  Fərat  çaylarının  bir-birinə  yaxınlaşdığı  yerdə 
salınmışdı. 

 
Əvvəlcə  kiçik  yaşayış  məskəni  olmuş,  sonralar  böyük 
şəhərə çevrilmişdi. 

 
Yunanlar onu  Vavilion, akkadlar isə Babili (Tanrının 
qapısı) adlandırırdılar. 

 
Su  və  karvan  yollarının  birləşdiyi  ərazidə  yerləşməsi 
onu ticarət mərkəzinə çevirmişdi. 
 
Hammurapi qanunları 
Qədim Babil dövlətinin ən qüdrətli hökmdarı Hammurapi 
(e.ə. 1792-1750) olmuşdur. Hammurapinin hakimiyyəti illərində:  

 
Kanalların və yolların çəkilməsi genişləndi. 

 
Yeni binaların tikilməsinə diqqət artırıldı. 

 
Əkin sahələri və bağçılıq genişləndi. 

 
Sənətkarlıq və ticarətin inkişafına diqqət yetirildi. 

 
Bütün ölkə üçün vahid qanunlar külliyyatı tərtib edildi. 
Hammurapinin qanunlar külliyyatı qara bazalt  daş üzərinə 
həkk  olunmuşdu.  282  maddədən  ibarət  olan  qanunlar  külliyyatı 
mixi yazı ilə yazılmışdır. Hammurapi qanunlarına aiddir: 

 
Qanunlarda  borc  və  faiz,  ticarət,  torpaq,  cinayət  və  s. 
aid maddələr var idi.  

 
Qanunlarında  Qədim  Babildə  quldarlar,  qullar,  azad 
adamlar və hərbçilərdən bəhs olunur. 

 
Qanunların  bütün  maddələri  varlı  vətəndaşların 
mülkiyyətini  və  quldarların  mənafeyini  müdafiə 
edirdi. 

 
Qanunlar  qulla  azad  adam  arasında  kəskin  fərq 
qoyurdu. 
 

 
Borcunu  və  faizi  vaxtında  ödəyə  bilməyən  azad 
adamlar qula çevrilirdi. 

 
Qanuna  görə,  qul  övladları  anadangəlmə  kölə  hesab 
edilirdi. 

 
Valideynlərindən biri azad olan övlad azad adam hesab 
olunurdu.  
 
 
Hammurapinin qanunları
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə