Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   120

 
16 
 
  
 
 
 
 
Qədim Finikiya əlifbası 
Ticarət  zamanı  haqq-hesab  aparmaq    üçün  savadlı  olmaq  zəruri  idi. 
Heroqlif və mixi yazıları isə  bu işdə  çətinlik yaratdığı üçün qədim finikiyalılar 
əlifba tərtib etdilər. Qədim Finikiya əlifbasına aiddir: 

 
Misir əlifbası əsasında tərtib edilmişdir. 

 
22 işarə - samitdən ibarət əlifba idi. 

 
Sonralar yunanlar bu əlifbaya  sait səsləri əlavə etdilər. 

 
Bu əlifba əsasında yunanlar öz əlifbalarını yaratdılar. 

 
Müasir  əlifbalar,    həmçinin  yunan  əlifbası  da    bu  əlifba  əsasında 
yarandılmışdı. 
 
 
Qədim Assuriya 
 
 
Aşşur dövlətinin yaranması 
Aşşur  dövləti  e.ə  II  minillikdə 
Babildən  şimalda,  Dəclə  çayının  yuxarı 
axarında  yaranmışdı.  E.ə.  IX-VIII 
əsrlərdə  Aşşur  Ön  Asiyanın  ən  qüdrətli 
dövləti  oldu.  Onun  ilk  paytaxtı  baş 
tanrının  şərəfinə  Aşşur  adlandırılmışdı. 
Sonralar  Aşşur  dövlətinin  paytaxtı  Dəclə 
sahilindəki  Ninevaya  (Nineva)  şəhərinə 
köçürüldü.  Ninevanın 
«
Aslanlar yuvası
»
,  
«
qan şəhəri
»
 adlandırırdılar.
 
   
 
 
 
 
 
 
 
 
 
 
Aşşur işğalları 
Aşşur  hökmdarları  güclü  ordu  yaratmışdılar.  Aşşur  ordusu  piyada,  süvari,  köməkçi  hərbi  hissə,  cəng  arabası 
döyüşçüləri  və  kəşfiyyat  dəstələrinə  bölünürdü.  Piyadalar  qılınc    döyüş  baltaları,  süvarilər  isə  uzun  nizə,  yay-oxla 
silahlanırdılar. E.ə. VIII-VII əsrlərdə güclü orduya malik olan Aşşur hökmdarları Babili, Suriyanı, Fələstini işğal etdilər, 
Urartu və Misiri isə ağır məğlubiyyətə uğratdılar.  Aşşur hökmdarları dəfələrlə Azərbaycanın cənub torpaqlarında yaranmış 
qədim Manna dövlətinin ərazisinə hərbi yürüş etmişdi. Lakin Manna Aşşur hakimiyyətinə tam tabe olmamışdır. Aşşur həm 
də Urartuya qarşı Manna dövlətinin müttəfiqi olmuşdur. Aşşura qarşı Midiya və Babil dövləti  ittifaq yaradan zaman Manna 
Aşşur  dövlətinə  hərbi  yardım  etmişdi.  Lakin  e.ə.  612-ci  ildə  Midiya  və  Babil  dövləti    birlikdə      «Aslanlar  yuvası»  olan 
paytaxt  Nineva  şəhərini    işğal  etdi.  E.ə.  605-ci  ildə  isə  Midiya  və  Babil  dövləti    Aşşur  dövlətini  süquta  uğradaraq  onun 
torpaqlarını öz aralarında bölüşdürdülər.  
 
 
 
 
 
 
Fələstin
 
 
Suriya
 
 
Manna 
 
Babil
 
 
E.ə VIII-VII əsrlərdə Assuriyadan asılı olmuş dövlətlər
 
dövlətlər 
Finikiya tacirlərinin ticarət etdiyi ölkələr
 
 
Yunanıstan 
 
Babil 
 
 
Misir
 
 
 
 
Finikiya əlifbası 
 
 


 
17 
 
Aşşur mədəniyyəti 
Aşşur  dövləti  inkişaf  etmiş  mədəniyyətə  malik  olmuşdur.  Aşağıdakı  sənət  nümunələri  Assuriya  xalqının 
mədəniyyətini əks etdirir: 

 
Bəzək əşyalarının və şirli gil qabların hazırlanması. 

 
Dünyanın ən qədim kitabxanasının burada yerləşməsi. 

 
Aşşurbinipalın Nineviya kitabxanasının yaradılması. 

 
Şah saraylarının inşası və saray divarlarında relyeflərin çəkilməsi. 
Aşşurlar gözəl şəhərlər salırdılar. Aşşur hökmdarlarının sarayında divarlar Aşşur ordusunun qələbələrini əks etdirən 
şəkillərlə  bəzədilirdi.  Aşşur  memarlarının inşa  etdikləri  möhtəşəm  saraylar, divar şəkilləri,  sənətkarların hazırladıqları şirli 
qablar  və  gözəl  əşyalar  bu  xalqın  yüksək  mədəniyyətini  əks  etdirir.   Aşşur  mədəniyyətinin  izlərinə  Azərbaycanda  da  rast 
gəlinir. Aşağıdakı faktlar Aşşur-Azərbaycan mədəni əlaqələrindən xəbər verir: 

 
  Naxçıvanda Aşşur tipli qalaların tikilməsi. 

 
  Qarabağda Aşşur şirli qabın və Adadnirarinin adı həkk olunmuş muncuğun tapılması. 
 
Aşşurbanipalın gil kitabələr kitabxanası 
 
Aşşur hökmdarı Aşşurbanipal Şumer, Babil və Aşşur ədəbiyyatını çox sevirdi. Aşşurbanipal  gil kitabələri toplayıb 
onların üzünü köçürmək haqqında əmrinə əsasən on minlərlə kitabənin üzü köçürüldü və Aşşurbanipalın sarayına gətirildi. 
Beləliklə, dünyanın ən qədim kitabxanalarından olan Nineva kitabxanası («Aşşurbanipalın kitabxanası»)  yaradıldı. Burada 
Aşşur və Babil əsatirləri, dastanlar, salnamələr, müxtəlif elm sahələrinə aid kitablar toplanmışdı. 
 
 
 
                  Nineva kitabxanası                             Gil lövhə                       Aşşurbanipal ovda 
 
 
Midiya dövləti 
 
Midiya dövlətinin yaranması 
Midiya  əvvəllər  müasir  İranın  mərkəzində  yerləşən  xırda 
vilayətlərdən ibarət ərazi idi. Vilayətləri canişinlər idarə edirdilər. E.ə. 
VIII əsrin sonunda Midiyada Deyok adlı canişin: 

 
Dvlət yaratmağa təşəbbüs göstərdi. 

 
Ekbatan  (Həmədan)  şəhərini  saldıraraq  oranı  Midiya 
dövətinin paytaxtı elan etdi.  
Aşşur  hökmdarları  Midiyaya  tez-tez  hücum  edir,  onun 
vilayətlərini  talayır,  əhalini  xərac  verməyə  məcbur  edirdilər.  Əhali  isə 
aşşurlara  qarşı  müqavimət  göstərirdi.  Midiyalıların  aşşura  qarşı 
mübarizəsinə Kaştariti başçılıq edirdi. E.ə. 672-ci ildə Midiya tayfaları 
Kaştaritinin  başçılığı  ilə  Aşşur  dövlətinin  əsarətindən  xilas  oldular  və 
xırda vilayətləri bir mərkəzdə birləşdirərək vahid dövlət yaratdılar.  
 
Midiyada İskit ağalığı dövrü 
E.ə. VII əsrin 50-ci illərində Aşşur dövləti ilə Midiya arasında 
yenidən  toqquşmalar  baş  verdi.  Kaştariti  Aşşura  yürüş  etdi.  Əvvəl 
midiyalılarla  dostluq  edən  kimmer,  iskit  və  sak  tayfaları  bu  döyüşdə 
aşşurlara  kömək  etdilər.  Döyüş  nəticəsində  Kaştariti  həlak  oldu    
Midiya iskitlərin hakimiyyəti altına düşdü. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə