Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   120

 
22 
 
Selevkilərin  dövründə  Mərkəzi  Asiyada  çoxlu  şəhərlər  salındı.  Şəhərlərin  əhalisinin  bir  hissəsi  yerli  sakinlərdən,  bir 
hissəsi  isə  yunanlardan  ibarət  idi.  Lakin  başqa  imperiyalar  kimi,  Selevkilər  də  parçalandı.  Onun  yerində  isə  Baktriya  və 
Parfiya dövlətləri yarandı.  
 
 
    
 
 
Qədim Türküstan mədəniyyəti 
Qədim Türküstan mədəniyyətinə aiddir: 

 
Əsasən  arxeoloji məndəblər əsasında öyrənilmişdir. 

 
Tunc dövründə şəhər mədəniyyəti meydana gəlmişdi. 

 
Dulusçuluq, metalişləmə kimi sənət sahələri inkişaf etmişdi. 

 
Atropatenanın əhalisi kimi Zərdüşt dininə sitayiş etmiş, Günəşi, Ayı  Odu müqəddəs saymışdılar. 

 
İran, Hindistan və Yunan-Baktriya mədəniyyətinin təsirinə məruz qalmışdı (bunu  tapılmış pulların arxa tərəfində 
yunan tanrılarının (Zevsin, Poseydonun) və qəhrəman Heraklın təsvirləri sübut edir).  
 
 
 
 İskit dövlətləri 
 
Kimmer, İskit, sak tayfalarının ilk dövlət qurması 
Qara dənizin şimalında və Krım yarımadasında yaşayan türk mənşəli 
kimmer,  iskit  və  sak  tayfaları  e.ə.  VII  əsrin  əvvəllərində bu  ərazilərdən 
köç edərək Cənubi Qafqazda və Ön Asiyada məskunlaşdılar.  
E.ə.  VII  əsrin  ortalarında Van  gölü  ilə  Urmiya  gölü  arasındakı 
ərazilərdə  Kimmer-İskit-Sak padşahlığı  yarandı.  Bu  dövlətin  ən  qüdrətli 
hökmdarı Tuqdamme olmuşdur.  
Kimmer, iskit və sakların bir qismi qədim Azərbaycan torpaqlarında 
məskunlaşmış,  Assuriyaya  qarşı    Manna  dövləti  ilə  ittifaq  yaratmışdılar. 
Kimmer, iskit və sak tayfalarının Azərbaycan torpaqlarında məskunlaşması 
ilə: 

 
Aşşur dövlətinin bu bölgədəki nüfuzuna böyük zərbə vuruldu. 

 
Manna dövlətinin Aşşur ilə ittifaqı pozuldu. 

 
Manna dövləti kimmer, iskit və sak tayfalarına arxalanaraq 
Aşşura qarşı çıxdılar. 
Manna  dövləti  kimi  Midiya  da  iskitlərlə  birlikdə  Assuriyaya  qarşı  
ittifaq  yaratmışdılar.  Lakin  Midiya-Aşşur  müharibəsində  iskitlər 
midiyalılara  deyil,  Aşşur  dövlətinə  yardım  etdilər.  Nəticədə  Midiya 
iskitlərin  hakimiyyəti  altına  düşdü.  İskit  tayfaları  Midiyada  bir  müddət 
ağalıq etdilər.  28 ildən sonra  nəhayət  ki,  Midiyada  iskit ağalığına  Kiaksar 
tərəfindən  son  qoyuldu.  Həmçinin  e.ə.  VI  əsrin  əvvələrində  Midiya 
hökmdarı  Kiahsar Kimmer İskit Sak padşahlığını süquta uğratdı və onları 
Ön Asiyadan çıxartdı. 
 
Yeni  İskit dövlətinin yaranması 
 E.ə. IV əsrin ortalarında iskitlər paytaxtı Neapol şəhəri olan yeni 
bir  padşahlıq  yaratdılar.  Dövlətin  ərazisi  Şərqi  Avropada,  Don  çayından 
Dunay  çayına  qədər  olan  torpaqları  əhatə  edirdi.  İskitlər  öz  ərazilərini 
qərbə  doğru  genişləndirərkən  Makedoniya  çarı  II  Filiplə  toqquşmalı 
oldular.  E.ə.  339-cu  ildə  makedoniyalılar  ilə  iskitlər  arasında  baş  verən 
döyüşdə İskit padşahı Atey həlak oldu.  
Baktriya 
 
Xarəzm
 
 
Margiana
 
 
Baktriya 
 
Soqdiana
 
 
E.ə VI-IV əsrlərdə Mərkəzi Asiyada mövcud olan vahə dövlətləri 
 
 
 


 
23 
 
Lakin  8  il  sonra,  e.ə  331-ci  ildə  iskitlər  ölkənin  qərb  torpaqlarını  işğal  etmiş  Makedoniya  ordusunu  məğlub  etdilər. 
E.ə. II əsr İskit dövlətinin çiçəklənmə dövrü hesab olunur. Bu dövrdə qonşuluqdakı yunan şəhər-dövlətlərinin bir qismini 
tabe edən iskitlər həm də bu ərazilərdən keçən beynəlxalq taxıl ticarətini ələ keçirməyə çalışırdılar. İşğalçı müharibələr  
yadelli  basqınları    nəticəsində  İskit  dövləti    zəiflədi.  Eramızın  III  əsrin  ikinci  yarısında  qot  tayfalarının  hücumu 
nəticəsində İskit dövləti süqut etdi. Sağ qalan iskitlər digər türk tayfaları ilə qaynayıb qarışdılar.  
 
İskitlərin təsərrüfat həyatı 
İskitlərin  həyat  tərzi    və  məşğuliyyəti  yazılı  mənbələr  və  arxeoloji  materiallar  əsasında  öyrənilmişdir. İskitlər 
əkinçilik,  maldarlıq    sənətkarlıqla  məşğul  olmuşlar.  Əkinçi  iskitlər,  əsasən,  dənli  bitkilər  becərmiş,  istehsal  etdikləri 
taxılın  bir  hissəsini  yunanlara  satmışlar.  Maldar  iskitlər  cins  atlar  bəsləyirdilər.  İskitlərin  məskən  saldığı  yerlərdə  iskit 
kurqanları  öyrənilmişdir.  Kurqanaltı  qəbirlərdən  çoxlu  miqdarda  müxtəlif  sənətkarlıq  məmulatları,  mis,  gümüş  və  qızıl 
qablar, silahlar tapılmışdır.  
 
İskit mədəniyyəti
 
İskitlər gözəl incəsənət nümunələri yaratmışlar. İskit abidələrindən çoxlu zoomorf formalı (heyvani üslublu) fiqurlar 
və daşdan yonulmuş kiçik insan heykəlləri tapılmışdır.  Kimmer, iskit və sakların mədəniyyəti, dəfn adətləri, dini inamları 
ümumi cəhətdən bir-birinə yaxındır. İskitlər çoxtanrılı dinə etiqad edirdilər. İskitlərdə oda  suya inam geniş yayılmışdı. 
Qara dəniz sahillərində yaşayan iskitlərin mədəniyyətinə yunan mədəniyyətinin böyük təsiri olmuşdur. 
 
 
 
İskitlərə məxsus maddi mədəniyyət nümunələri 
 
 
 
 
    İskit kurqanı 
 
 
            İskit dövlətləri 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Birinci  İskit dövləti 
 
 
İkinci İskit dövləti 
 
 

 
E.ə. VII əsrin ortalarında yaranmışdı
 

 
Van  gölü  ilə  Urmiya  gölü  arasındakı  ərazilərdə 
yaranmışdı
 

 
Ən qüdrətli hökmdarı Tuqdamme olmuşdu
 

 
Assuriyaya  qarşı    Manna  və  Midiya  dövlətləri  ilə 
ittifaq yaratmışdı
 

 
Bir müddət Midiya dövlətini özündən asılı vəziyyətə 
salmışdı
 

 
Midiya  hökmdarı    Kiaksar  tərəfindən    süquta 
uğradılmışdı
 
 

 
E.ə. IV əsrin ortalarında
 yaranmışdı
 

 
Şərqi Avropada Don çayından Dunay çayına qədər 
ərazidə yaranmışdı
 

 
Hökmdarlarından biri Atey olmuşdu
 

 
Dövlətin paytaxtı Neapol şəhəri idi
 

 
Makedoniya çarlığı ilə müharibə aparmışdı
 

 
Bəzi  yunan  şəhər-dövlətlərini  asılı  vəziyyətə 
salmışdı
 

 
Qot tayfalarının hücumu nəticəsində süqut etmişdi
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə