Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   120

 
39 
 
 
Yunan yazısı 
 
Yunan  yazisi  bir  sıra  əlifbalar,  o  cümlədən  latın  və  kiril  əlifbaları  üçün  əsas  olmuşdur.  Bir  çox  yunan  sözləri 
(gimnaziya, xor, tragediya, komediya, orkestr, xronologiya və s) müasir dillərə, eləcə də Azərbaycan dilinə keçmişdir. 
 
 
Din 
Başqa qədim xalqlar kimi yunanlarda allahların təbiəti idarə etdiyinə inanırdılar. Onların inancına görə üç qardaş  
Zevs,  Poseydon    Aid  dünya  hakimiyyətini  öz  aralarında  bölmüşdülər.  Yunanlara  görə  allahlar  Olimp  dağında 
yaşayırdılar. Qədim Yunanıstanda adamlar  aşağıdakı allahlara inanırdılar:
 

 
Zevs – göy allahı idi və Baş allah hesab olunurdu.  

 
Poseydon – dəniz allahı idi

 
Aid  - yeraltı ölülər səltənətinin allahı idi

 
Helios – günəş allahı idi

 
Apallon – işıq və incəsənət allahı idi

 
Demetra – əkinçilik və məhsuldarlıq allahı idi

 
Dionisi – şərabçılıq allahı idi

 
Hefest – dəmirçilərin himayəçisi idi

 
Hermes – ticarətin himayəçisi idi

 
Afina – müdrüklük və müharibə allahı idi

 
Afrodita 
Sevgi və gözəllik ilahəsi idi.
 

 
Artemida - Ovçuluq və Ay ilahəsi idi.
 
 
Yunan mədəniyyətinin əhəmiyyəti 
Qədim Yunanıstan mədəniyyəti dünya mədəniyyətinin inkişafına aşağıdakı töhvələri vermişdir
 

 
Qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, onu daha da zənginləşdirmişdi. 

 
Yunanların yaratdıqları bir sıra elmlər  (botanika, fizika və.s) müasir elmlərin əsasını təşkil edir. 

 
Yunan yazısı bir çox əlifbalar, o cümlədən kiril əlifbası üçün əsas olmuşdu. 

 
Memarlıq abidələri və heykəllər sonrakı dövrlərin memarları və heykəltəraşları üçün əsas olmuşdu. 

 
Yunanlar elmə gimnaziya, xor, tragediya, komediya, orkestr, xronologiya və.s terminlər gətirmişdilər. 

 
Bir çox ölkələrə səpələnərək ümumi ellin mədəniyyəti yaratmışdılar. 

 
Müasir teatrın əsası məhz qədim Yunanıstanda qoyulmuşdu. 

 
Bu gün dünyanın hər yerində keçirilən olimpiya oyunları Yunanıstanda yaranmışdı. 
 
 
 
 
Akrapol  və Parfenon məbədi, Afina şəhəri (müasir foto)
 
 
 
E.ə V əsrdə Yunanıstan mədəniyyətində baş vermiş yeniliklər 
 
E.ə V  
əsr 
 
Teatr  yarandı 
 
Tarix elminin əsası qoyulduı 
 
Parfenon məbədi inşa olundu 
 
Heykəltəraşlıq  inkişaf etdi 
 
 
Yunan Allahaları 
 


 
40 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İlk şəhərlər e.ə III minillikdə yaranmışdı 
 
 
 
 
 
 
Quldar dövlətlər olmuşdular 
 
 
 
 
 
 
 
 
Özlərinə məxsus  əlifbası və yazısı olmuşdu 
 
 
 
 
 
 
 
Qədim Hindistan və Yunanıstan tarixi  
üçün oxşar cəhətlər 
 
 
 
 
 
 
 
 
 
 
Əhəmənilərin  (İran) və Makedoniyalı İskəndərin 
hücumuna məruz qalmışdı 
 
 
 
 
 
 
 
E.ə II minillikdə şimalda yaşayan köçəri 
tayfaların hücumuna məruz qalmışdı 
 
 
 
 
 
 
 
 
Möhtəşəm saray və məbədlər inşa etmişdilər 
 
 
 
 
 
 
 
 
Qədim 
Yunanıstan
 
Drakon qanları və 
Borc daşı mövcud 
olmuşdu 
 
Ellin mədəniyyəti 
yaranmışdı 
 
İran və Makedoniya 
çarlığı ilə müharibələr 
aparmışdı 
 
Əhalisi iki yerə -
aristokratiya və 
demosa bölünmüşdü 
 
İlk olimpiya  
oyunlarının və teatrın 
vətəni olmuşdu 
 
İlk dövlətlər e.ə  III-
II minilliklərdə 
yaranmışdı 
 
Koloniyalar 
yaratmışdılar 
 
Balkan 
yarımadasında 
yerləşirdi
 


 
41 
 
Makedoniya imperiyası 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Afina-Sparta müharibəsi (e.ə 431-404)   
E.ə  IV  əsrin  birinci  yarısında  yunan  şəhər  dövlətləri  arasında  ziddiyyətlər  dərinləşdi  və  onlar  tədricən  tənəzzül 
etməyə başladılar. Yunan şəhər dövlətləri arasında ziddiyyətlərin və ya rəqabətin səbəbləri aşağıdakı amillərlə bağlı  idi: 
1.
 
Dəniz ticarətində üstünlük qazanmaq
2.
 
Qonşu dövlətləri özlərinə tabe etmək. 
3.
 
Çoxlu qənimət ələ keçirmək. 
Bu dövrdə Yunanıstanın ən qüdrətli şəhər dövlətləri hesab olunan Afina ilə Sparta arasında daxili ziddiyyətlər daha 
da dərinləşərək uzunsürən müharibəyə səbəb oldu.. E.ə. 431-ci ildə başlanan müharibə kiçik fasilələrlə 404-cü ilə qədər 
davam etdi. Afina ilə Sparta arasında baş verən və bu müharibə nəticəsində: 

 
Sparta dövləti Afina üzərində tam qələbə qazandı. 

 
Yunan şəhər-dövlətləri zəiflədi və sonralar qonşu Makedoniyanın hakimiyyəti altına düşdü. 
 
Yunanıstanın Makedoniyanın hakimiyyəti altına düşməsi. Xeroneya döyüşü 
Makedoniya dövləti  Balkan yarımadasının şimalında ( Yunanıstanın şimal-şərqində) 
yerləşirdi. E.ə. IV əsrin ortalarında, II Filippin (e.ə 359-336) dövründə: 

 
Makedoniya çarlığı güclü dövlətə çevrildi. 

 
Güclü dövlət və nizami ordu təşkil edildi. 

 
Yunan şəhər dövlətləri Makedoniya padşahlığının işğalına məruz qaldı. 
II  Fillip  zəifləmiş  Yunan  şəhər  dövlətləri  öz  tərəfinə  çəkmək  üçünəsasən  pulla  şəhər 
əhalisinin bir hissəsini ələ almaq  üsulundan istifadə edirdi. Əhali isə şəhər darvazalarını II 
Fillipin üzünə açırdı. 
E.ə. 338-ci ildə Xeroneya şəhəri yaxınlığında Makedoniya ilə birləşmiş  yunan ordusu 
arasında həlledici döyüş baş verdi. Xeroniya döyüşü nəticəsində: 

 
Yunan şəhər dövlətlərinin azadlığına son qoyuldu. 

 
Yunan şəhər dövlətləri Makedoniya çarlığının hakimiyyəti altına düşdü. 
Beləliklə, e.ə IV əsrdə Yunan-şəhər dövlətləri Makedoniya ordusu tərəfindən işğal olundu. 
II Xeroneya döyüşündə yunan şəhər dövlətlərinin azadlığına son qoyulduğu üçün o vaxt deyirdilər: “Xeroneyada 
həlak  olanların  cəsədləri  ilə  birlikdə  yunanların  azadlığı  da  dəfn  olundu”.  Filippin  18  yaşlı  oğlu  İsgəndər  ilk  dəfə 
Xeroniya döyüşündə sərkərdəlik məharətini nümayiş etdirmişdi. 
QEYD:
 Fermopil və Xeroneya döyüşlərində yunanların məğlub olması bu döyüşlər üçün oxşar cəhət təşkil edir. 
 
 
 
 
Xeroniya döyüşündə yunanları məğlub etdi 
 
 
 
 
 
 
Nizami  və güclü ordu yaratdı 
 
 
 
 
 
 
Dövlət daha da gücləndi və ərazisi genişləndi 
 
 
 
 
 
Yunanıstanı Makedoniya çarlığına birləşdirdi
 
 
 
 
 
 
II Fillip 
 
 
II Filipp 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə