Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   120

 
30 
 
 
                Dörd şir heykəli (e.ə III əsr)   
     Budda                  Qədim Budda məbədi (e.ə I əsr) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qədim 
Hindistan 
İlk dövlətlər e.ə. I 
minillikdə meydana 
gəlmişdi
 
Özlərinə məxsus 
əlifbası və yazısı 
olmuşdu 
Dini etiqadları və qanunları 
―Veda‖ adlı məcmuələrdə 
toplanmışdır 
 
Əhəmənilərin  (İran) və 
Makedoniyalı İsgəndərin 
hücumuna məruz qalmışdı 
Şahmat oyununun 
ilk vətəni sayılırdı 
 
Kasta quruluşu 
mövcud olmuşdu 
 
Aşokanın dövründə ilk 
dəfə vahid dövlətdə 
birləşdirilmişdi
 
Ari tayfalarının 
hücumuna məruz 
qalmışdı 
 


 
31 
 
Qədim Yunanıstan 
 
Ərazisi və əhalisi 
Qədim 
Yunanıstan  Avropanın  cənubunda,  Balkan 
yarımadasında  yerləşirdi.  Dağlıq  ölkə  olan  Yunanıstan  qərbdə 
İon, cənubda Aralıq, şərqdə isə Egey dənizi ilə əhatə olunmuşdur. 
Aralıq  və  İon  dənizi  sahilləri  girintili  və  çıxıntılı  olduğundan 
gəmiçilik  üçün  əlverişli  idi.  Təbiət  Yunanıstanı  üç  hissəyə 
bölmüşdür: 

 
Şimali Yunanıstan – Fessaliya
.
 

 
Orta Yunanıstan – Attika
.
 

 
Cənubi  Yunanıstan  (Peleponnes)  –  Messeniya  və 
Lakonika
.
 
Şimali  Yunanıstanla  Orta  Yunanıstanı  Fermopil  keçidi, 
Orta  Yunanıstanla  Cənubi  Yunanıstan  Kornif  körfəzi  onları  bir 
birindən  ayırır.  Qədim  Yunanıstanı  əhatə  edən  dənizlərdə  bir-
birinə  yaxın  adalar  vardır.  Onlardan  ən  böyüyü  Yunanıstanın 
cənubunda yerləşən Krit adası idi. 
Yunanıstan    dəmir,  mis,  gümüş    mərmər  yataqları  ilə 
zəngin idi. Ölkədə qış qısa, yay isti və uzun olur. Belə bir təbiətdə 
yaşayan qədim yunan əhalisi: 

 
əkinçilik, maldarlıq  balıqçılıqla məşğul olurdu 

 
dəmirdən əmək alətləri hazırlayırdı. 

 
kətan  yundan kobud paltar toxuyurdu. 

 
gildən qab-qacar düzəldirdilər. 
Qədin Yunanıstanda hər bir ailəyə torpaq sahəsi verilirdi.  
Lakin qəbilə üzvləri arasında bərabərsizlik yarandıqdan sonra bir qisim 
adamlar  varlandı,  əksəriyyəti  isə  yoxsullaşdı  və  icma  münasibətləri  pozuldu. 
Sinifli cəmiyyətin yaranması üçün şərait meydana gəldi. 
 
Avropada ən qədim dövlət. Krit mədəniyyəti  
Avropada  ən qədim dövlət  e.ə. III-II  minilliklərdə  Yunanıstanın  Krit 
adasında yaranmışdır.  Qədim kritlilərə aiddir: 

 
əhalisi gözəl gəmi düzəldən  olmuşdular. 

 
ticarət və hərbi donanma üçün limanlar inşa etmişdilər. 

 
freskalarla bəzədilmiş saraylar inşa etmişdilər. 

 
Misir, Finikiya  Babil ilə ticarət əlaqəqəri saxlayırdılar. 

 
özlərinə məxsus yazıları (piktoqrafik yazı) olmuşdur. 

 
Krit mədəniyyətini yaratmışdılar. 
E.ə.  II  minilliyin  ortalarında  Kritə  yaxın  adada  baş  verən  yeraltı 
təkan  və  vulkan  püskürməsi  Krit  mədəniyyətinin  məhvinə  səbəb  olmuşdur. 
Krit  mədəniyyəti  Mikena  və  Afina  şəhərinə  böyük    təsir  göstərmiş  və  yerli 
mədəniyyətləri formalaşdırmışdı. 
            
 
 
 
 
 
 
 
 
Kritlilərin ticarət əlaqəqəri saxladıqları ölkələr
 
Misir
 
 
Finikiya
 
 
Babil 
 
 
 
 
 
a) Krit mədəniyyətinin qalıqları. 
b) Kritdə hökmdar sarayı  
(bərpa olunmuş şəkil) 
 
 


 
32 
 
Mikena mədəniyyəti 
Qədim  yunan  tayfalarından  biri  olan  axeylərin  vətəni  Cənubi  Yunanıstanda  yerləşən  Mikena  şəhəri    idi.  Axey 
tayfaları Mikena mədəniyyətinin qurucuları hesab olunur. Qədim Mikena mədəniyyətinə aiddir: 

 
Formalaşmasında Krit mədəniyyəti böyük təsir göstərmişdi. 

 
Akrapol («yuxarı şəhər»  deməkdir)   qalalar ucaltmışdılar
.
 

 
Qədim misirlilər kimi sərdabələr (qəbir abidəsi) tikmişdilər. 

 
Sənətkarları qızıl maska, tuncdan silahlar hazırlamışdılar. 

 
E.ə II minillikdə Yunanıstanın şimalından gələn dori tayfaları tərəfindən məhv edilmişdir. 
 
Axeylər Mikena akropolunu  hündür təpə üzərində  ucaltmışdılar.  Akropolda  şah  sarayı   adlı  sanlı adamların 
evləri yerləşirdi. Şah sarayının yaxınlığına sərdabələr düzəldilirdi. Akropolun ətrafında isə tacir, sənətkar  əkinçilərin 
evləri yerləşirdi.
 
 
QEYD:
 
E.ə II minillikdə şimaldan gələn işğalçıların əsarəti altına düşməsi Qədim Yunanıstan və Hindistan tarixi 
üçün oxşar cəhət təşkil edir. 
 
 
Afina və Sparta şəhər dövlətləri 
 
Yunan şəhər-dövlətlərinin yaranması 
 
E.ə VIII-V əsrlərdə Yunanıstanda və onun koloniyalarında aşağıdakı  ilk şəhər dövlətlər meydana gəldi: 

 
Orta Yunanıstanda - Afina şəhər dövləti

 
Cənubi Yunanıstanda – Korinf  Sparta şəhər dövləti. 

 
Egey dənizi sahillərində - Milet, Efes və Rodos  şəhər dövləti
Yunan şəhər-dövlətlərindən  nisbətən güclüsü Afina və Sparta şəhər dövlətləri idi. 
 
 
 
 
 
Afina şəhər dövlətinin əhalisi və təsərrüfatı 
E.ə. 
II 
minillikdə 
Orta  Yunanıstanın  cənub-şərqindəyerləşən  Attika 
yarımadasında  Afina şəhəri  salınmışdır. Şəhərin  ən hündür təpəsinin zirvəsində  ətrafına 
hasar  çəkilmiş  Akropol  adlanan  qala  yerləşirdi.    Akropolun  yanında aqora  (bazar 
meydanı) yerləşirdi.  E.ə.  VIII  əsrdə  Akropolda  yaşayan  adlı-sanlı  adamlar  Attikanın 
bütün əhalisini özlərinə tabe etdilər. Afina (Attika) əhalisi iki yerə bölünmüşdür. 
1.
 
Aristokratlar  -  qədim  Afinada  adlı-sanlı  yunanlar  idilər.  Onlar  öz  idarə 
üsullarını «aristokratiya»  (yaxşıların hakimiyyəti) adlandırırdılar. 
2.
 
Demos - qədim Afinada Attikanın aristokratlardan başqa bütün azad əhalisi 
(sənətkarlar, günəmuzdçular, dənizçilər) idilər. 
Afina  əhalisi  əkinçilik    maldarlıqla  məşğul  olur,  sənətkarları  şərab  və  zeytun 
yağını saxlamaq və daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. 
E.ə. VII əsrdə Afinada gümüş pul kəsilirdi.  
Təsərrüfatın  sənətkarlığın inkişafı ticarətin yaranması və genişlənməsinə təkan 
verdi, dəniz ticarəti inkişaf etdi. Afinaya ticarət gəmiləri ilə taxıl, inşaat ağacı və qullar 
gətirilirdi. 
 
Afinada borc daşı və köləlik
 
Afinada  adlı-sanlı  adamlar  əvvəllər  torpaqlarını  özləri  becərirdilər.  Sonra  onlar 
kəndlilərin  və  qulların  əməyindən  istifadə  etməyə  başladılar.    Aristokratlar  kəndlilərə  
borca  və  ya  sələmə  pul  verir,  verdiyi  borcu  kəndlinin  tarlasının  kənarında  borc  daşına 
yazırdılar. Kəndli borcunu vaxtında verə bilmədikdə ailəsi və özü qula çevrilirdi. 
 
Rados
 
 
Efes
 
 
Milet
 
 
Egey dənizi sahillərində yaranmış yunan şəhər-dövlətləri 
 
 
a) Qara fiqurlu amfora (е.ə. VI 
əsr); b) qırmızı fiqurlu qab 
(e.ə. V əsr) 
 
 
Afinada kəsilmiş gümüş pul
 
 
Borc daşı 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə