Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   120

 
35 
 
Yunan-İran müharibələri 
 
Aralıq dənizi və Qara dəniz sahillərində yunan koloniyalarının yaranması 
Təcrübəli gəmidüzəldən hesab olunan yunanlar İon, Egey və Aralıq dənizlərinə, hətta uzaq Qara dəniz sahillərinə 
belə  üzürdülər.  Bu  dəniz  səfərlərinin  nəticəsində  e.ə.  VIII-VI  əsrlərdə  yunan  koloniyaları  meydana  gəlmişdi. 
Yunanıstanın  ticarət  şəhərləri  Qafqazdan  İspaniyayadək  olan  Aralıq  və  Qara  dəniz  sahillərində  koloniyalar,  yəni 
daimi  məskənlər  yaratmışdılar.  Yunan  kolonistləri  Yunanıstanı  ellada,  özlərini  isə  isə  ellinlər  adlandırırdılar. 
Koloniyaların əhalisinin tərkibi əsasən aşağıdakılardan ibarət idi: 

 
Torpağı əlindən alınmış kəndlilər. 

 
Sənətkar və tacirlər. 

 
Ölkədən qaçmağa məcbur olmuş adamlar.  
Yunan koloniyalarına aiddir: 

 
Hər bir koloniya ayrıca müstəqil şəhər-dövlət idi. 

 
Hər  bir  koloniya  şəhər  dövlətin  ayrıca  hökmdarı, 
qoşunu və xəzinəsi var idi. 

 
Heç  bir  koloniya  Yunanıstan  dövlətinə  tabe 
deyildi. 

 
Hər  bir  koloniya  daha  çox    yunanlarla  sıx  əlaqə 
saxlayırdılar 
Ən çox  koloniya  salmış  yunan  şəhəri  Milet  idi.  Milet 
şəhərinin  Qara  dəniz  sahillərində  Pantikapey,  Olviya   
Xersones kimi koloniyaları yaranmışdı.  
QEYD:
 Aralıq dənizi sahillərində Yunanıstan və Finikiya koloniya salmış dövlətlər hesab olunur. Bu Finikiya və 
Yunanıstan tarixi üçün oxşar cəhət təşkil edir. 
 
 
 
 
Yunan-İran müharibələrinin başlaması.  Marafon döyüşü 
E.ə  V  əsrdə  Yunanıstan  Əhəmənilərin  hücumuna  məruz  qaldı.    İran  şahı  I  Dara  (522-486)  Kişik  Asiyanı  işğal 
etdikdən sonra Yunan şəhər-dövlətlərini ələ keçirmək istəyirdi.  
E.ə  500-cü  ildə  I  Dara  Aralıq  dənizinin  şərq 
sahillərində 
 
Egey 
dənizi 
adalarında  yunanları 
məğlubiyyətə  uğratdı.  Anadoludakı  İoniya  və  digər  yunan  
şəhərləri  Milet  şəhərinin  başçılığı  ilə  İrana  qarşı  üsyan 
qaldırdılar.  Üsyan  zamanı  Afina    Eretriya  şəhərləri 
üsyançılara  kömək  etdi.  Beləliklə,  Yunan-İran  müharibəsi 
(e.ə. 500-449) başladı. I Dara Afinanı cəzalandırmaq üçün e.ə 
490-cı  ildə  Afinadan  42  km  aralı  olan  Marafon  düzünə 
(Attikaya) qoşun çıxartdı.  
E.ə.  490-cı  ildə  tərəflər  arasında  Marafon  döyüşü  baş 
verdi.  Marafon  döyüşündə    yunan  ordusuna  Miltidat,  İran 
ordusuna  I  Dara  başçılıq  edirdi.    Marafon  döyüşü 
nəticəsində: 

 
Yunanlar qalib gəldilər. 

 
I Dara Orta Yunanıstanı tuta bilmədi. 
QEYD:
  Marafon  döyüşündən  sonra  bir  nəfər  Afinalı  42  km  qaçaraq  qələbə  xəbəri  ilə  özünü  Afinaya  çatdırdı. 
Sonralar  onun    xatirəsinə  Marafon  qoçışı  ifadəsi  yarandı  və  Marafon  qaçışı  yarışlarının  keçirilməsinə  başlanıldı. 
Marafon döyüşündə ələ keçirilmiş qənimət hesabına Fidi Afina heykəlini düzəltdi. 
 
 
Pantikopey
 
 
Olviya
 
 
Xersonos
 
 
Qara dənizdə yaranmış yunan koloniyaları 
 
 
 


 
36 
 
Fermopil döyüşü 
I  Dara  vəfat  etdikdən  sonra  onun  oğlu  Kserks  (e.ə  486-465)  atasının  Yunanıstanı  işğal  etmək  siyasətini  həyata 
keçirmək  məqsədi  ilə  e.ə.  480-ci    ildə  Orta  Yunanıstana  hücum  etdi.  Bu  zaman  yunan  şəhər  dövlətləri  Kserksin 
yürüşünün qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirdilər: 

 
Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər. 

 
Sparta şahı  Leonidin başçılığı ilə Fermopil keçidi bağlandı. 
Döyüşdən  əvvəl    Kserks  yunanların  yanına  elçi  göndərib  təslim  olmalarını  tələb  etdi.  İran  elçisi:  “bizim  ox  və 
mizraqımız günəşin qabağını tutacaqdır” demiş, spartalıdan: “Nə olar, kölgədə vuruşarıq” cavabını almışdı. Fermopil 
döyüşü nəticəsində: 

 
Leonid və döyüşçüləri həlak oldu. 

 
İranlılar Orta Yunanıstanı tutdular. 
 
 
 
 
Salamin dəniz vuruşması 
 
Fermopil  məğlubiyyətindən  sonra  Afina  ordusunun  sərkərdəsi 
Femistokl  Afinanı  müdafiə  etməyin  mümkün  olmadığını  görərək 
aşağıdakı tədbirləri həyata keçirdi: 

 
Əli silah tutan bütün kişiləri orduya səfərbər etdi. 

 
İranlıları  Fermopil  keçidində  ləngidərək  öz  donanmalarını 
möhkəmləndirdi. 
E.ə.  480-cı  ildə  yunanlarla  iranlılar  arasında  Salamin  dəniz 
vuruşması baş verdi. Salamin vuruşması nəticəsində: 

 
Yunanlar parlaq qələbə qazandılar
.
 

 
İranlılar məğlub olaraq Yunanıstanı tərk etdi
.
 
Salamin döyüşündə İran ordusunun məğlub olmasının səbəbi yunanların dayaz yerlərə  və sualtı qayalara yaxşı 
bələd olması, yunanların yüngül və sürətli triyera adlı gəmilərindən fərqli olaraq iranlıların ağır və ləng hərəkət edən 
gəmilərə  sahib  olması  idi.  Yunanların    triyera    adlanan  hərbi  gəmilərinin  sağ  və  sol  tərəfində  3  sıra  avar  olduğundan 
dənizdə asanlıqla və çevik hərəkət edirdi. 
 
Plateya döyüşü. Afina dəniz ittifaqının yaradılması. Yunan-İran müharibələrinin nəticələri 
E.ə.  479-cu  ildə  Plateya  şəhəri  yaxınlığında  döyüşdə  yunanlar  iranlıları  məğlub  etdi    və  onları  Yunanıstandan 
tamamilə  çıxardı.  Lakin  dəniz  döyüşləri  30  ilədək  davam  etdi.  Ona  görə  də  yunan    şəhər  dövlətləri  Afinanın  başçılığı 
altında  öz  aralarında  Afina  dəniz  ittifaqı  yaratdılar.  İttifaqın  ordusuna  və  donanmasına  Afina  strateqi  başçılıq  etdiyi 
üçün bu ittifaq  Afina dəniz ittifaqı adlanırdı. Afina dəniz ittifaqı İran donanmasını məğlub etdi. Beləliklə, Yunan-İran 
müharibələri yunanların qələbəsi ilə başa çatdı.  
E.ə. 449-cu ildə İranla  yunanlar arasında sülh bağlandı. Sülhün şərtlərinə görə: 
1.
 
İran Miletin, Egey dənizi və Kiçik Asiyadakı şəhər dövlətlərin istiqlaliyyətini tanıdı
.
 
2.
 
İran hərbi donanmasına Egey dənizində üzmək qadağan olundu
.
 
Beləliklə, Yunan-İran müharibəsi nəticəsində: 

 
Yunanlar qələbə qazanaraq böyük qənimət ələ keçirdilər. 

 
Yunanıstan Aralıq dənizi hövzəsində hakim dövlətə çevrildi. 

 
Afinalıları «dəniz sahibləri» adlandırmağa başladılar. 

 
Afinanın 6 kilometrliyində Pirey limanı inşa edildi.  

 
Yunan gəmiləri Aralıq dənizində sərbəst üzməyə başladı. 

 
Yunanlar öz istiqlaliyyətini qorudular. 

 
Yunanıstanda ticarət və sənətkarlıq sürətlə inkişaf etdi. 
 
 
Marafon döyüşündən 
on il sonra baş 
vermişdi 
 
İranlılara Kserks, 
yunanlara isə Leonid 
başçılığ edirdi 
 
 
 
Xəyanət yolu ilə 
yunanlar məğlub 
oldular 
 
İranlılar  Orta 
Yunanıstanı 
 tutdular 
 
Fermopil döyüşü 
 
Salamin dəniz döyüşü
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə