Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   120

 
26 
 
Qədim Çin 
 
Çinin təbiəti və əhalisinin məşğuliyyəti 
Çin,  əsasən,  dağlıq  ölkədir.  Onun  ərazisindən  böyük  Xuanxe  və 
Yantszı çayları axır. Xuanxe vadisində insanlar daha çox məskunlaşmışdılar. 
Xuanxe vadisində insanların daha çox məskunlaşmışmasının səbəbi vadinin 
torpaqlarının  məhsuldar  olması  ilə  bağlı  idi.  Xuanxe  çayında  güclü 
daşqınlar olduğundan bu çayı çinlilər “Çinin bəlası”, “Gəzən çay” və  “Min 
fəlakət  çayı”  adlandırırdılar.  Xuanxe  çayının  aşağı  axarında  əhali  əkinçilik, 
maldarlıq və sənətkarlıqla məşğul olurdu. Sənətkarlar ipək parçalar toxuyur, 
dulusçular  ağ  gildən  zərif  qablar  istehsal  edirdilər.  E.ə.  VI  əsrdə  çinlilər 
dəmir emal etməyi öyrəndilər. 
 
Çində ilk dövlətlərin  yaranması 
Çin ərazisində sinifli cəmiyyət və ilk dövlət e.ə II minillikdə Xuanxe 
çayı  vadisində  yaranmışdır.  İlk  Çin  dövlətini  e.ə  XIV  əsrdə  Şan  qəbilələri 
yaratmışdılar. Buna görə də həmin dövlət Şan dövləti adlanırdı. 
E.ə.  IV-III  əsrlərdə  Çində  bir  neçə  müstəqil  quldar  dövlət  mövcud  
idi.  Bu  dövlətlər  arasında  tez-tez  uzun  sürən  müharibələr  baş  verirdi.  Ona 
görə  də  Çin  tarixində  e.ə  IV-III  əsrlər  “vuruşan  padşahlıqlar  dövrü” 
adlanır.  
Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. E.ə III əsrdə Sin sülaləsi Çin 
dövlətləri arasında gedən  mübarizədə qələbə çalaraq hakimiyyətə gəldi. E.ə. 
221-ci ildə Sin dövlətinin padşahı imperator titulunu qəbul etdi. O özünü Sin 
Şixuandi (Çinin birinci imperatoru) adlandırdı. Sin sülaləsi e.ə 206 - e.ə 206-
cı illərdə hakimiyyətdə oldu.  
İlk Sin hökmdarı  Sin Şixuandi hakimiyyəti dövründə: 

 
Bütün Çin ilk dəfə olaraq vahid dövlətdə birləşdirildi. 

 
Çinin Şimalında yaşayan türk tayfaları ilə (hunlarla) mübarizəsi 
başladı. 

 
Hunların  qarşısını  almaq  üçün  Böyük  Çin  səddinin  inşasına 
başlanıldı. 

 
Dövləti möhkəmləndirmək üçün inzibati islahatlar həyata keçirildi, islahata əsasən Çin 36 vilayətə bölündü. 
Sin Şixuandi öləndən sonra əhali üsyan qaldırdı. Nəticədə, e.ə 206-cı ildə Sin imperiyası süqut etdi. Bundan sonra 
hakimiyyətə Xan sülaləsi gəldi. Xan sülaləsinin hakimiyyəti (e.ə 206 – e. III əsr) dövründə: 

 
Hunlarla mübarizə davam etdirildi. 

 
Böyük İpək yolu salındı (e.ə II əsrdə). 

 
Çində “qırmızıqaşlılar” və “sarısarıqlılar” üsyanı baş verdi. 
 
 
 
 
Böyük İpək yolu 
Makedoniyalı İsgəndərin Şərqə yürüşündən sonra dövlətlər və xalqlar arasında əlaqələr genişləndi və e.ə. II əsrdə 
Çindən  gələn  ticarət  yolu  dünya  ticarət  yollarına  qoşuldu.  Bu  yolla  Çindən  Yaxın  Şərq  ölkələrinə  və  Aralıq  dənizi 
hövzəsinə ipək, lak, çini və gil qablar gətirilirdi. Bu ticarət malları içərisində ipək əsas yer tutduğundan Çin karvan yolu 
Böyük İpək yolu adlanırdı. E.ə II əsrdə Böyük İpək yolu Çindən Şimali Afrikaya və İspaniyaya qədər uzanırdı.  
Böyük  İpək  yolunun  ən  işlək  xətlərindən  biri  Xəzər  dənizinin  qərb  sahilləri  boyunca  cənubadan  şimala 
istiqamətlənərək  Azərbaycanı  ərazisindən  keçirdi.  Böyük  İpək  yolu  istiqamətində  ticarətlə  yanaşı  Çin  orduları  qarətçi 
yürüşlər edirdilər. 
 
 
Sin (e.ə 221-e.ə206)
 
 
Şan (e.ə XIV əsr) 
 
Xan (e.ə 206-e.III)
 
 
Qədim dövrdə Çində hakimiyyətdə olmuş sülalələr 
 
 
 
 
 
 
 
İlk Çin imperatoru 
Sin Şixuandi
 
 


 
27 
 
Çində xalq üsyanları 
Çində kəndlilərin vəziyyəti çox ağır idi. Dözülməz vəziyyət eramızın I  II əsrlərində  Çində kəndli və qulların 
üsyanına  səbəb  oldu.  Bu  üsyanlardan  biri  eramızın  I  əsrinin  əvvəllərində  baş  verən  «Qırmızıqaşlılar»  üsyanıdır. 
Üsyançılar  döyüşdə  seçilmək  məqsədi  ilə  qaşlarına  qırmızı  rəng  çəkdikləri  üçün  üsyançılar  ―Qırmızıqaşlılar‖  
adlandırılırdı. 
184-cü ildə Çində daha böyük «Sarısarıqlılar» üsyanı baş verdi. 
«Sarısarıqlılar» üsyanına aiddir: 

 
Kəndlilər və qullar tərəfindən qaldırılmışdı. 

 
Üsyana Çjan qardaşları başçılıq edirdi. 

 
Üsyançılar tanınmaq üçün başlarına sarı sarıq bağlayırdılar. 

 
Üsyan 20 il davam etsə də çətinliklə yatırıldı. 
―Sarısarıqlılar üsyanı nəticəsində: 

 
Çin dövləti xeyli zəiflədi, Çin padşahı öldürüldü. 

 
Çində Xan sülaləsinin hakimiyyəti devrildi. 

 
Çin dövləti yenidən bir-neçə dövlətlərə parçalandı. 

 
Çində quldarlıq quruluşu feodalizmlə əvəz olundu. 
 
Qədim Çinin mədəniyyəti. 
Yazı. Qədim Çində elm, incəsənət, heykəltəraşlıq və memarlıq inkişaf etmişdi. Qədim 
çinlilər heroqlif yazı növündən istifadə etmişdilər. Çində də yazı dövlətin yaranması ilə eyni 
vaxtda meydana gəlmişdi. Mətnləri fırça ilə bambuk lövhələr üzərində, mühüm sənədlər  
imperatorun əmrləri isə ipək parça üzərində yazılırdı. Çinlilərdən başqa  Qədim Misirdə və 
Mannada  da    heroqlif  yazıdan  istifadə  olunmuşdur.  E.ə  II  əsrdə  Çində  yazı  vasitəsi  olan 
kağız istehsal olunmuşdur. 
Elm. Qədim Çində zəngin elmi biliklər yaranmışdır. Alimlər öz əsərlərində çinlilərin 
həyat  tərzini    müxtəlif  nailiyyətlərini  əks  etdirmişlər.  İlk  dəfə  Çində  becərilən  çayı 
əvvəllər  xəstələrə  dərman kimi  verirdilər. Çinlilər il boyu təbiətdə  baş verən dəyişikləri və 
göy  cisimlərini  müşahidə  edərək  dəqiq  təqvim  yaratmışdılar.  İlk  dəfə  kompası  çinlilər  kəşf 
etmişdilər. Bu Çin dənizçiləri və səyyahlarının əldə etdiyi yeniliklərdən biri idi. Qədim dövrə 
aid  Çin  alimlərinin  «Dağlar  və  dənizlər  haqqında  kitab»ı    bizim  dövrümüzə  qədər  gəlib 
çatmışdır.  Coğrafiyaya  aid  oln  bu  əsər  dənizçilərin  və  tacirlərin  müşahidələri  əsasında 
yazılmışdı. 
Konfutsi  təlimi.  Konfutsi  təlimi  ilk  dəfə  Çində  Konfutsi  tərəfindən  yadarılmışdır. 
Konfutsi əxlaqi fikirlər irəli sürərək deyirdi: «Qəbahətlərimizi örtmək, gizlətmək hünər deyil, 
hünər  qəbahət  etməməkdir».  Konfutsiyə  görə,  kiçik  böyüyə,  oğul  ataya,  xalq  padşaha  tabe 
olmalı,  böyük  kiçiyin,  ata  oğulun,  padşah  isə  xalqın  qayğısını  çəkməlidir.  Çin  alimləri 
«Bilici»  adını  almaq  üçün  Konfutsi  təlimindən  imtahan  verirdilərKonfutsi  təlimi  insanların 
axirət dünyasına inamını, həm də əcdadların ruhuna olan sayğısını artırırdı. 
 
   
 
 
 
 
Qədim Çin və Misir tarixi üçün ümumi cəhətlər 
 
 
Misir  
Çin  
 
Səma cisimlərini müşahidə etmələri 
 
Astronomiyaya aid biliklərin əldə edilməsi
 
 
Dəqiq təqvim yaratmaları 
 
Heroqlif yazıdan istifadə etmələri 
 
Çin
 
Manna 
 
Misir
 
Heroqlif yazısından istifadə etmiş xalqlar
 
 
 
a) Qədim Çin kompası  
b) Müasir kompas 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
Konfutsi məbədi 
 
 
 
Sarısarıqlılar üsyanı
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə