Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   120

 
20 
 
Parfiya dövləti 
 
Parfiya dövlətinin yaranması 
Parfiya dövlətinin əsasını parn qəbilələri qoymuşdur. Bu 
qəbilələr ilk vaxtlar Xəzər dənizi ilə Amudərya çayı arasındakı 
ərazidə    köçəri  həyat  sürürdülər.  Onlar,  əsasən,  maldarlıqla 
məşğul olur və cins atlar saxlayırdılar. Sonralar isə oturaq həyata 
keçmiş, əkinçilik və üzümçülüklə məşğul olmuşlar. 
Makedoniyalı  İsgəndərin  vəfatından  sonra  onun 
yaratdığı  imperiyanı  sərkərdələri  öz  aralarında  bölüşdürdülər. 
Selevk adlı sərkərdə Suriya  Babili ələ keçirdi. Sonrakı illərdə 
o, hakimiyyətini çox geniş ərazilərə yaydı. Lakin çox çəkmədi ki, 
Selevkilər  dövləti  zəifləməyə  başladı.  Selevkilər  dövləti 
zəifləyərkən  onun  şərq  vilayətlərində  iki  müstəqil  dövlət  – 
Parfiya və Yunan-Baktriya dövləti yarandı. 
E.ə. 247-ci ildə parn tayfasının başçısı Arşak özünü padşah elan etdi və Parfiya dövlətinin əsasını qoydu. Arşak bəzi 
ətraf  əraziləri  öz  dövlətinə  birləşdirdi.  Arşakilər  sülaləsinin  nümayəndəsi  I  Mitridat  Selevkilər  dövlətinin  zəifləməsindən 
istifadə edib Midiyanı  Mesopotamiyanı işğal etdi. 
  
Parfiya Roma münasibətləri  
Parfiya  dövləti  II  Mitridatın  hakimiyyəti  illərində  daha  da  qüvvətləndi.  II  Mitridat 
«şahlar  şahı»,  «böyük»  titullarını  qəbul  etmişdi.  II  Mitridatın  dövründə  Parfiya  dövləti  öz 
ərazisini  Qərb istiqamətində  genişləndirməkdə  davam edirdi.  Bu zaman Roma  imperiyası da 
ərazisini  Şərqə  doğru  genişləndirməyə  çalışırdı.  Romanın  Şərqə  doğru  yürüşlərinə  Parfiya 
mane olurdu. Bu səbəbdən Parfiya və Roma dövlətləri arasında toqquşma baş verdi.  
Roma  dövləti  Krassın  başçılığı  ilə  Parfiyaya  qarşı  böyük  ordu  göndərdi.  E.ə.  53-cü 
ildə Şimali Mesopotamiyada  parfiyalılar Krassı ordusu ilə  birlikdə  məğlub etdilər.   E.ə. 38-ci 
ildə olan döyüşdə isə romalılar qələbə qazandılar.  Lakin iki yüz ildən çox davam edən  Roma 
Parfiya qarşıdurmasında heç bir tərəf həlledici qələbə qazana bilmədi.  
Parfiya dövləti mövcud olduğu bütün dövr ərzində qədim Azərbaycan dövlətləri Atropatena  Albaniya ilə siyasi, 
iqtisadi və mədəni əlaqələr saxlamış, Roma işğalına qarşı Parfiya ilə birgə mübarizə aparmışdılar.  
 
Parfiya dövlətinin süqutu 
Çoxsaylı  müharibələr  Parfiya  dövlətini  zəiflədir,  bir  çox  əyalət  hakimləri  mərkəzi  hakimiyyətə  tabe  olmaq 
istəmirdilər. Onlar arasında hakimiyyət uğrunda mübarizə güclənirdi. 
III  əsrin  əvvəllərində  Roma  ilə  Parfiya  arasında  uzun  müddət  davam  edən  müharibə  Parfiya  dövlətini  zəiflətdi.  
Parfiya  dövlətinin  zəifləməsi  ilə  yaranmış  əlverişli  vəziyyətdən  istifadə  edən  Fars  vilayətinin  hakimi  Ərdəşir  Babəkan 
 
Parfiya  ordusunu  məğlub  edərək  paytaxt  Ktesifonu  tutdu,  Parfiya  dövləti  süqut  etdi,    onur  ərazisi  226-cı  ildə  yaranan 
Sasanilər dövlətinin tərkibinə qatıldı. 
 
Parfiya mədəniyyəti 
Parfiya  dövlətində  şəhər  mədəniyyəti,  sənətkarlıq  və  ticarət  inkişaf  etmişdi.  Böyük  İpək  yolunun  üzərində  yerləşən 
Parfiya  dünya  ticarətində  vasitəçi  rol  oynamışdır.  Parfiyalılar  öz  ərazilərindən  keçən  karvanların  qorunmasına  xüsusi  fikir 
verir,  lakin  Çin  tacirlərinə  Roma  ilə  birbaşa  əlaqə  saxlamağa  icazə  vermirdilər.  Parfiyanın  mədəniyyətinə  yunan 
mədəniyyətinin güclü təsiri olmuşdur. Bunu Parfiya pullarının üstündəki yunan yazıları da sübut edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Mitridat
 
 


 
21 
 
Qədim türklər
 
 
Qədim türklərin ilk məskənləri 
Türklərin  yaşadıqları  ərazilər  şimalda  Sibirdən 
cənubda  Himalay  dağlarına,  şərqdə  Xinqan  dağlarından 
qərbdə  Xəzər  dənizinə    Ural  dağlarına  qədər  olan 
torpaqları əhatə edirdi. Bu ərazilər Böyük Türküstan adlanırdı. 
Qədim  türklərin  tarixi  arxeoloji  qazıntılar  nəticəsində 
tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir. 
Həmin  maddi  mədəniyyət  nümunələri  əsasında    türklərin  daş 
dövrünə  aid  yaşayış  məskənləri  tədqiq  edilmişdir.  Arxeoloji 
tədqiqatlar 
nəticəsində 
qədim 
türklərə  aid  Deşikdaş, 
Namazqan, Pazırıq  Esik abidələri tədqiq edilmişdir. Qədim 
türklərin  tunc  dövrünə  aid  yaşayış  məskənlərindən  biri 
Namazqan 
yaşayış 
məskənidir. 
Namazqan 
yaşayış 
məskənindən 
aşağıdakı  maddi  mədəniyyət  nümunələri 
tapılmışdır: 

 
  Möhrə evlər. metaləritmə kürələri, tunc oraqlar, ox ucları. 

 
  Bəzək əşyaları, boyalı qablar, gil qadın fiqurları. 
Sibirin  cənubunda  və  Qazaxıstan  çöllərində  qədim  türk  tayfalarına  məxsus  torpaq  qəbirlər  -  kurqanlar 
öyrənilmişdir. İssık  gölü  yaxınlığında  yerləşən  Esikdə  zəngin  avadanlığı  olan  kurqan  açılmışdır.  Esik  kruqanındakı 
qəbirdən V əsrə aid 23 hərfdən ibarət Orxon yazısı tapılıb oxunmuşdur.  
 
Qədim türk tayfalarının köçü
 
Türk  tayfalarının  təsərrüfat  həyatında  maldarlıq  əsas  yer  tuturdu.  Otlaq  sahələri  ələ  keçirmək  və  yadelli 
basqınlarından  qorunmaq  üçün  türk  tayfaları  yeni  torpaqlara  köç  edirdilər.  Onlar  ailə  və  ya  toplum  halında  öz  yaşayış 
məskənlərini dəyişir, köçdükləri torpaqlarda hakim olurdular. Türklər  Altaydan şərqə və cənuba köç etmiş, Ural və Volqa 
çaylarını  keçərək  qərbə  yayılmışlar.  Onların  bir  hissəsi  Şimali  Qafqaza,  bir  hissəsi  isə  Qara  dəniz  sahillərinə  gəlmişdir. 
Şimali  Qafqaza  gələnlərin  bir  qismi  Dərbənd  keçidini  keçərək  Azərbaycan  və  Ön  Asiyaya  yayılmış,  burada  digər  türk 
tayfaları ilə qaynayıb-qarışmışlar.  
 
Qədim Türküstan (Mərkəzi Asiya) dövlətləri 
E.ə  VI-IV  əsrlərdə Mərkəzi  Asiyanın  qərbində  Baktriya,  Parfiya,  Xarəzm,  Margiana  və  Soqdiana 
kimi vahə (səhrada və ya çöldə suyu və yaşıllığı olan sahə) dövlətləri mövcud olmuşdur.  
E.ə. VI-V əsrlərdə Mərkəzi Asiya Əhəmənilərin hücumuna məruz qaldı. Hücum nəticəsində Mərkəzi Asiya xalqları 
iki əsrə yaxın Əhəmənilər imperiyasının əsarətinə düşmüş və ona xərac vermişdilər. 
E.ə. IV əsrin 30-cu illərində  Makedoniyalı İsgəndərin 
Şərqə  yürüşü  nəticəsində  Əhəmənilər  imperiyası  süqut  etdi. 
Əhəmənilərin  hakimiyyəti  altında  olan  ölkələr,  o  cümlədən 
Mərkəzi  Asiya  ölkələri  müstəqillik  qazandılar.  Bu 
dövlətlərdən  biri  də  Xarəzm  idi. Xarəzm  hökmdarı  siyasət 
işlədərək  oğlunun  başçılığı  ilə  İsgəndərin  yanına  elçilər 
göndərmiş  və  ona  müttəfiq  olmağı  təklif  etmişdi.  Lakin  buna 
baxmayaraq,  İsgəndər  Səmərqəndi  tutmuş  və  Sırdərya  çayı 
tərəfdə 
istehkamlar 
tikdirmişdi. 
Mərkəzi 
Asiyaya 
Makedoniyalı  İsgəndərin  hücumuna  məruz  qalan  zaman 
baktriyalılar  və  soqdianalılar  İsgəndərə  qarşı  mübarizə 
apardılar.  Sak  tayfaları  Sırdərya  çayının  sağ  sahili  boyunca 
toplaşaraq  İsgəndərlə  döyüşə  hazırlaşdılar.  İsgəndər  bu 
təhlükəni aradan qaldırmaq üçün saklara qarşı yürüşə çıxdı.  
Bu  zaman  Mərkəzi  Asiyada  Makedoniyalı  İsgəndərin  hücumuna  qarşı  baktriyalılar  və  soqdalılar  mübarizəyə 
başlayaraq Spitamenin  başçılığı ilə üsyanı  qaldırdılar.  Qədim türklərə məxsus Soqdiana şəhəri uğrunda sərkərdə Spitamen 
ilə İsgəndərin qoşunu arasında bir neçə döyüş oldu. İsgəndər bir neçə döyüşdə qalib gəldi, Spitamen döyüş meydanında həlak 
oldu, Lakin İsgəndər xalqın mübarizə əzmini qıra bilmədi. Makedoniyalı İsgəndərin ölümündən sonra: 

 
Yaratdığı böyük imperiya onun sərkərdələri arasında bölüşdürüldü. 

 
Mərkəzi Asiya Selevklər dövlətin tərkibinə daxil edildi. 
 
 
Türklərin ilk ana yurdu 
 
Makedoniyalı İsgəndərlə Əhəmənilər arasında  
döyüş (qədim təsvir) 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə