46
Patrisilərlə plebeylər arasında mübarizə
Respublika quruluşu bərqərar olduqdan sonra da plebeylər hüquqsuz qaldılar. Belə ki, Patrisilər onlara
icma
torpaqlarından istifadə etməyə və
dövlətin idarə işində iştirak etməyə icazə vermirdilər. Bu səbəbə görə də qədim Romada
e.ə V əsrdən - e.ə III əsrədək patrisilərlə plebeylər arasında iki yüz ildən çox müddətdə mübarizə getmişdi. Plebeylər belə
olduqda
orduda xidmət etməkdən imtina edərək, Romanı tərk edib başqa yerlərdə şəhər salacaqları ilə patrisiləri hədələdilər.
Patrisilər plebeylərsiz ordunun zəif olacağından ehtiyyat edərək onlara güzəştə getdilər.
E.ə V əsrədə plebeylər
xalq tribunu
(öz müdafiəçilərini) seçmək hüququ qazandılar.
X
alq tribununu öldürmək Romada
ən ağır cinayət sayılırdı. Xalq tribunu:
Romada plebeylərin mənafeyini müdafiə etmək üçün seçilirdi.
Xalqa arxalanaraq onların xeyirlərinə qanunlar qəbul edirdilər.
Konsul və senatın plebeylərə aid hər bir sərəncamına veto qoymaq (ləğv etmək) hüququna malik idi.
Plebey istədiyi zaman tribundan kömək istəyə bilərdi.
Beləliklə, iki yüz ildən çox
(e.ə 509-265) davam edən patrisilərlə plebeylərin mübarizəsi nəticəsində plebeylər qalib
gələrək aşağıdakı hüquqları qazandılar:
Romanın tamhüquqlu vətəndaşına çevrildilər.
Xalq tribunu seçmək və konsul vəzifəsini tutmaq hüququ aldılar.
İcma torpaqlarından torpaq payı almaq hüququ qazandılar.
Patrisilər plebeyləri daha borca görə qul edə bilməzdilər.
Hər bir Roma vətəndaşı istənilən vəzifə tutmaq hüququ qazandı.
Plebeylərin xalq tribunu seçmək hüququ almasından
iki əsr sonra Romanın tamhüquqlu vətəndaşına çevrilərək istənilən
vəzifə tutmaq hüququ qazanmışdılar.Lakin vəzifəyə görə
əməkhaqqı verilmədiyi üçün yoxsullar vəzifə tutmaq istəmirdilər.
QEYD:
Torpaq əldə etmək və bütün vəzifələrə seçilmək hüququ veriməsi e.ə VI əsrdə Afinada demosun,
e.ə III
əsrdə Romada plebeylərin vəziyyətində oxşar cəhət təşkil edirdi. Lakin
e.ə V əsrdə qədim Yunanıstanda yoxsullar dövlət
vəzifələrinə seçilə bildiyi halda,
e.ə III əsrdə qədim Romada yoxsulların dövlət vəzifələrinə
seçilə bilməməsinin səbəbi
burada vəzifəyə görə əməkhaqqı verilməməsi idi. Afinada aristokratlarla demosun, Romada plebeylərlə patrisilər arasında
mübarizənin nəticəsində də oxşarlıq var idi. Belə ki, hər ikis də
borca görə qula çevrilməsi qadağan edildi və dövlət vəzifələri
tutmaq hüququ əldə edirdilər.
Qədim Roma respublikasının idarəetmə sistemi
Qall tayfalarının Romaya yürüşü (e.ə 390)
Respublika dövründə Roma dövləti qall tayfalarının hücumlarına məruz qalmışdı. Qall tayfaları:
Döyüşkən tayfa olub,
İtaliyanın şimalında yaşayırdılar.
Yunanlar tərəfindən
kelt adlandırılırdılar.
Papaqlarına xoruz lələkləri bağladıqları üçün romalılar onları
«qallar» (xoruz) adlandırırdılar.
E.ə 390-cı ildə Romaya yürüş etmişdilər.
Bu gün işlədilən
«Qazlar Romanı xilas etdi» – ifadəsi onların adı ilə bağlıdır.
E.ə. 390-cı ildə İtaliyanın şimalında məskunlaşan döyüşkən qallar Roma şəhərinə hücum etdilər. Qall tayfalarının
Romaya yürüşü nəticəsində
Roma ordusu pərən-pərən salındı, qallar Roma şəhərinin Kapitoli təpəsi üzərindəki qaladan
başqa hər yeri tutaraq dağıtdı.
Romanı tutan qallar
300 kq qızıl almaq şərti ilə şəhəri tərk edəcəklərini bildirdilər. Bu zaman
Senat (Ağsaqqallar şurası)
Xalq yığıncağı
Konsul
Tribun
Maliyyə işlərinə baxır,
müharibə və sülh
məsələlərini həll edir, Xalq
yığıncağında səsə qoymaq
üçün qərarlar hazırlayırdı
Hər il
patrisilərin sırasından
Romanı
idarə etmək üçün
konsul və məmurları seçirdi
Bir il Romanı idarə
edir, müharibə zamanı
orduya komandanlıq
edirdi
Qanunlar qəbul edir,
Konsul və senatın
plebeylərə aid hər bir
sərəncamına
veto qoya
bilirdi
İcma tarlasından
torpaq almaq
hüququ əldə
etdilər
Borca görə qula
çevrilməmək
hüququ əldə
etdilər
Xalq tribunu
seçmək hüququ
əldə etdilər
Konsul
vəzifəsini
tutmaq hüququ
əldə etdilər
Patrisilərlə mübarizədə plebeylərin əldə etdiyi hüquqlar
47
qızıl tərəzidə çəkilərkən qalların başçısı öz ağır qılıncını tərəzinin çəki daşları qoyulan gözünə atdı. Romalılar buna etiraz
edərkən qalların başçısı demişdir:
“Bu məğlubların bəlasıdır”.
İtaliyanın Roma tərəfindən işğalı
Roma dövləti yeni ərazilər tutmaq üçün
orduya xüsusi fikir verirdi. Roma ordusunun
hərbi
quruluşu legion adlanırdı. Roma legionuna
aiddir:
Əsas gücü ağır silahlı
piyadalardan ibarət idi.
Nizə və qılıncla silahlanır, zirehli paltar geyinirdilər.
Süvari qoşun hissələri piyadaları
cinahlardan qoruyur, qaçan düşməni təqib edirdilər.
Güclənmiş romalılar
e.ə III əsrdə Cənubi İtaliyadakı yunan şəhərlərini tutmaqla
yarımadanın bütün ərazisinə sahib oldular. Romalılar onlar tabe etdikləri tayfaları
«Parçala və
hökmranlıq et!» siyasəti ilə idarə edirdilər. Bütün İtaliyanı tutduqdan sonra Roma
Siciliya
adasını ələ keçirməyə can atırdı.
Pun müharibələri (e.ə. 264 – e.ə 146)
Roma Siciliya adasını ələ keçirmək istəyərkən Şimali Afrikada yerləşən güclü Karfagen dövləti də işğal etməyə
çalışırdı. Karfagen şəhərinin əsası
finikiyalılar tərəfindən qoyulmuşdu. Romanın
Siciliyanı istila etmək istəyi Karfagen
arasında müharibəyə səbəb oldu.
E.ə. 264- e.ə 146-cı illərdə fasilələrlə Roma ilə Karfagen arasında davam edən müharibələr
baş verdi.
Romalılar karfagenliləri
punlar adlandırdıqları üçün bu müharibə Pun müharibələri adını aldı.
Pun müharibələrinin gedişi zamanı:
Siciliya, Sardiniya, Korsika adaları Roma tərəfindən işğal olundu.
Karfagen şəhəri tutularaq dağıdıldı.
Roma senatının qərarı ilə Karfagen Romanın
əyaləti elan edildi.
E.ə. 146-cı ildə Yunanıstan da Roma tərəfindən işğal olundu. Şəhərlər ələ keçirildikdən sonra qalib sərkərdə qarət
üçün onu
döyüşçülərin ixtiyarına verirdi. Qənimətin bir hissəsi Roma xəzinəsinə daxil olurdu. Qalib sərkərdə
triumfla dörd ağ
at qoşulmuş arabada Romaya daxil olurdu. işğal olunmuş əraziləri
canişinlər idarə edirdilər.
Yunanıstan
Karfagen
Misir
İtaliya
Roma işğalları
Makedoniya
Korsika
Siciliya
Sardiniya
Pun müharibələri zamanı Romalıların əli keçirdiyi ərazilər
Roma döyüşçüsü