44
Qədim Roma
Qədim İtaliyanın təbiəti və əhalisi
Roma dövləti Avropanın cənubunda,
yunanların İtaliya adlandırdığı Balkan yarımadasının qərbində
Apennin
yarımadasında yaranmışdır.
Apenin
yarımadasını şimalda Avropanın qalan hissəsindən
Alp dağları ayırır. Yunanlar Aralıq
dənizində üzərkən Apennin yarımadasının cənub hissəsinin zəngin otlaqlarını görmüş və buran;
«Buzovlar ölkəsi»
adlandırmışlar. Sonralar bu ad bütün yarımadaya verilmişdir. Apennin yarımadasından cənubda
Siciliya adası yerləşir.
Roma dövlətinin yaranmasından hələ xeyli əvvəl Apennin yarımadasında müxtəlif tayfa və xalqlar yaşayırdılar.
Onlardan
ən çox inkişaf etmiş tayfalar
etrusklar və
latınlar idi.
Etrusklar:
Yüksək keyfiyyətli sənətkarlıq məhsulları istehsal edirdilər.
Gəmiçilik və dənizçiliklə məşğul olurdular.
10 minə qədər yazı işarəsindən istifadə edirdilər.
Latınlar:
Dilləri bütün İtaliyanın ümumi dilinə çevrilmişdi.
Əvvəllər Apenin yarımadasının mərkəzi hissəsində Kiçik
Latsiya vilayətində yaşayırdılar.
Roma tarixinin dövrləşməsi
Tədqiqatçılar qədim Roma tarixini
üç dövrə bölürlər:
1.
Padşahlıq dövrü - e.ə 753 – e.ə 509-cu illəri əhatə edir.
2.
Respublika dövrü - e.ə. 510 - e.ə. 30-cu illəri əhatə edir.
3.
İmperiya dövrü - e.ə. 30 – e. 476-cı illəri əhatə edir.
Roma dövlətinin yaranması.
Romada padşahlıq dövrü (e.ə 753 – e.ə 509)
Rəvayətə görə, Roma şəhərinin əsası e
.ə. 753-cü ildə iki qardaş - Romul və Rem tərəfindən qoyulmuşdur. Şəhər
Romulun adı ilə adlanmışdır. Padşahlıq dövrü Roma şəhəri yaranandan e.ə. 509-cu ilə qədər davam etmişdir. Bu dövrdə Roma
dövlətini
padşah və Senat («Ağsaqqallar şurası») idarə edirdi.
45
Romada əhalinin sosial təbəqələri
Parşahlıq dövründə Romanın
azad əhalisi iki yerə bölünürdü:
1.
Patrisilər (latınca
«pater
» ata deməkdir).
2.
Plebeylər (azad əhalinin yoxsul təbəqəsi idi).
Romada respublika dövrü (e.ə 509 – e.. 30)
Roma respublikasının yaranması
E.ə 509-cu ildə Romanın sonuncu padşahı
çox qəddar olduğu üçün romalılar ona qarşı
üsyan qaldırdı. Üsyan
nəticəsində:
Romada padşahlıq idarə üsulu ləğv edildi.
Romada respublika quruluşu yaradıldı.
Respublika dövründə ali hakimiyyət orqanı olan
Xalq yığıncağı hər il
patrisilərin sırasından Romanı
idarə etmək üçün
iki konsul və məmurları seçirdi.
Konsullar:
Bir il Romanı idarə edirdilər.
Müharibə zamanı orduya komandanlıq edirdilər.
Respublika dövründə böyük hüquqa malik olun
Senat aşağıdakı işləri həll edirdi:
Maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edirdi.
Xalq yığıncağında səsə qoymaq üçün qərarlar hazırlayırdı.
QEYD:
Müəyyən müddətə seçilən adamlar tərəfindən idarə olunması e.ə V əsrdə Afinanın və Romanın idarə
quruluşunda oxşarlıq təşkil edir.
Patrisilər
Plebeylər
•
Romanın ən qədin sakinləri hesab olunurdu.
•
Torpaq və otlaqlar yalnız onlara məxsus idi.
•
Torpaqlarını plebeylərə icarəyə verirdilər.
•
Onların «Ağsaqqallar şurası»
var idi.
•
«Ağsaqqallar şurası» onların sıralarından bir
nəfəri ömürlük padşah seçirdilər.
•
Romaya köçüb gəlmiş insanların nəsilləri idi.
•
Yüksək vəzifələrə seçilmək hüququna malik
deyildilər.
•
Orduda xidmət etsələr də torpaq payına malik
deyildilər.
•
Onlar torpağı varlılardan icarəyə götürürdülər.
Rem və Romul, onları bəsləyən ana
canavarla
Roma şəhərinin salınması haqqında tarixi rəvayət
Əfsanəyə görə, latın şəhərlərindən birinin şahı öz qardaşı
qızının əkiz doğulmuş iki oğlunu - Romulu və Remi Tibr çayına
atmağı əmr edibmiş. O qorxurdu ki, uşaqlar böyüdükdən sonra
onu taxtdan məhrum edərlər. Lakin içərisində uşaqlar olan səbət
ağacın budağına ilişib qalır. Uşaqlar xilas olurlar. Bir dişi
canavar onları öz südü ilə bəsləyir, sonra isə uşaqları bir çoban
tapıb tərbiyə edir. Qardaşlar böyüyüb güclü və cəsarətli döyüşçü
olurlar. Onlar şaha qarşı üsyan qaldırıb, onu öldürürlər.
Bundan sonra Romul və Rem şəhər salmaq qərarına gəlirlər, lakin şəhərin harada salınması və gələcəkdə
oranı kimin idarə edəcəyi haqqında mübahisə edib dalaşırlar. Qəzəblənən Romul Remi öldürür. O, çobanın
onları tapdığı yerdə şəhər salır və orada şahlıq etməyə başlayır. Bu şəhəri Romulun adı ilə Roma
adlandırırlır. Romalılar il hesabını öz şəhərlərinin salındığı əfsanəvi ildən - e.ə. 753-cü ildən hesablayırdılar.
Romada Kapitoli təpəsində dişi canavarın heykəli qoyulmuşdu.