Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   2   3   4   5   6   7   8   9   ...   14

B
irinci təhsil həftələri çox çətin idi. Ona görə yox ki,
oxumaq çətin idi, sadəcə olaraq uşaqlar ona lağ edir-
dilər, çünki onlar üçün o yaşlı idi. Onların arasında
on altı yaşlı oğlanı seçməmək çətin idi. O, tez bir
zamanda öz düzgünlüyü, mehribanlığı, gülərüzü
və bacarığı ilə onların bəzilərinin qəlbini ələ ala
bildi. O, tezliklə onların başçısı oldu və artıq uşaq-
lar ona o qədər öyrəşmişdilər ki, o olmayanda
darıxırdılar. Onlar bir qrup yaratdılar və onun adını
„Nəşəli Şirkət” qoydular. Şirkətin aşağıdakı qayda-
ları var idi: Şən olmaq, həvəslə oxumaq və başqa-
larına qarşı, mərhəmətli və yaxşı olmaq.
31


C
ovanni Bosko görürdü ki, bəzi keşişlər gənclərlə ma-
raqlanmırlar.
– Keşiş olsaydım, mən başqa cür edərdim. Onların yan-
ına gedərdim, onları bir yerə yığardım və sevgilərini qa-
zanardım, onları çox sevərdim və bütün gücümlə çal-
ışardım ki, xilas olsunlar, – o, ürəyini anasına açdı.
– Amma keşişlərin onlarla oynamağa vaxtları yoxdur, –
ana cavab verdi. 
– Bəs oğlanlar onların quzuları deyilmi? Həvarilər uşaq-
ları qovanda, Rəbb onları cəzalandırmadı? 
32


K
astelnuovodakı məktəbi bitirdikdən
sonra Bosko öz gələcəyi haqqında fikirləş-
di. 
– Məncə, ən yaxşısı mən rahib olum, – o,
anasına dedi.
O isə belə cavab verdi:
– Oğlum, bu çox vacib addımdır. Yaxşı fi-
kirləş, ürəyin nə deyirsə, onu et və heç
nəyə fikir vermə. Kəndimizdəki keşiş mənə
deyir ki, mən qocalanda köməyə ehtiyacım olacaq. Amma
mən sənə deyirəm ki, ən əsası Allahdır. Kasıb doğulub
kasıb öləcəm. Covanni fikirləşdi və bir az sonra dedi:
– Sabah Torinoya gedib don Kafasso ilə məsləhətləşərəm.
33


D
on Kafasso bu müddət ərzində keşiş olmuşdu. Amma
hələ də təhsili davam edirdi. Yeniyetmə Bosko ona özü-
nün rahib olmaq planı haqqında danışanda, Kafasso Co-
vanniyə əminliklə dedi:
– Monastıra getmə, sənin yolun deyil! Təhsilini davam
et, sonra sənədlərini Kieridəki dini instituta ver. 
– Amma anam çox kasıbdır, məni institutda oxuda
bilməz, – o, qəmgin-qəmgin dedi.
– İmkanım olsa, mən sənə kömək edəcəm. 
Əgər nəsə
çatmasa Allah sənə başqa yolla kömək edəcək. Təki sən
yolundan çəkinməyəsən, Allahın səni böyük işlərə
çağırdığını görəcəksən.
34


B
eləliklə, Covanni Kieriyə gəldi və təhsilini davam et-
dirdi. Bir il ərzində iki sinif bitirdi. O, əla oxuyurdu,
ancaq qaldığı yerdə problem var idi. Ev və yemək pu-
lunu sahibinin evində işləyərək qazanırdı. 
Ə
vvəlcə
Mattagildə qalırdı, sonra bir restorana köçdü. Oranı
süpürürdü, mətbəxdə kömək edirdi, axşam isə ofi-
siant kimi çalışırdı. Gecə işi qurtarandan sonra şam
işığında oxuyurdu. Bu zəif işıqda sabahkı dərsi oxuyub
qurtarırdı. Onun sinif yoldaşlarından bəziləri yəhudi
idi. O, əsasən Yunus adlı oğlanla dostluq edirdi.
35


Y
unus Covanni Boskoya, xüsusilə də onun şən olmasına
çox heyranlıqla baxırdı,. Onlar söhbət edəndə inam
haqqında da danışırdılar. Covanni ona başa saldı ki,
məsihçilərin qəmli olmağa səbəbi yoxdur, çünki əgər gü-
nah etmiş olsalar, İsa onları həmişə pis yoldan qayıdıb,
tövbə etməyə çağırır. Yunus yavaş-yavaş Məsihçiliklə cid-
di maraqlanmağa başlayırdı. Tezliklə „Göylərdə olan
Atamız” və „Salam, mübarək Məryəm” dualarını öyrən-
di. Sonra Covanni dostu ilə birlikdə dini dərslər keçməyə
başladı. O, bu dərsləri həvəslə öyrənirdi və bir müddət
sonra Məsihçi olmaq arzusunu dilə gətirdi. Onun vali-
deynləri bunu biləndə çox hirsləndilər. Atası onu evdən
qovdu. Amma Yunus öz qərarından geri dönmədi.
36


K
ieridəki bütün yəhudilər qorxurdular ki, onlardan biri
Məsihçi olacaq, buna görə də onlar Yunusu hər yolla yo-
la gətirməyə çalışırdılar ki, qərarını dəyişsin. O isə cəsarət-
li idi və bütün maneələri aşırdı. Beləliklə, Covanni Bosko-
nu böyük sevinc gözləyirdi – onun dostu vəftiz qəbul
etdi. Vəftiz zamanı keşiş Yunusun başına su tökəndə və
„Peter, mən səni Ata, Oğul və Müqəddəs ruhun adına
vəftiz eləyirəm” deyəndə, Covanni belə bir dua etdi:
„Rəbbim, yeni quzunu qəbul et və ona kömək elə ki,
həmişə sənə vəfalı olsun.”
37


S
inif yoldaşı Komollonun dostluğu gənc Boskonun həy-
atına təsir etmişdi. Covanni birinci dəfə məktəbə
gedəndə onun barəsində yaxşı təriflər eşitmişdi. Ona
görə də onunla tez tanış olmaq istəmişdi. Günlərin bir
günündə bu tanışlıq baş tutdu. 
Bir qrup oğlan dəcəl oyunlar oynayırdı. Komollonu da
öz yanlarına dəvət etdilər. O isə bəhanələr gətirməyə
başladı. 
– İndi gələ bilmərəm, özü də sizin bu oyunu oynaya bil-
mirəm, həm də sizin oyununuzu pozmaq istəmirəm.
Onlardan biri hirslənib, Komollonun yanına gəldi və
onu vurdu. Covanni Bosko bu hadisəni yaxından gördü.
38


C
ovanni o qədər hirslənmişdi ki, elə bil başından
tüstü çıxırdı. O, oğlanların üstünə cumdu və on-
lara necə gəldi vurmağa başladı. Çox keçməmiş-
di ki, üç oğlan artıq yerdə idi, qalanları isə qaç-
mağa üz qoymuşdular. 
– Bax bu vurduğunuza, bu isə pis söz dediyinizə gör-
ədir! Bir də təkrar etsəniz gələn dəfə daha çox ala-
caqsınız. 
Komollo bu davaya baxa bilmədi və Boskodan qurtar-
mağını xahiş etdi. Aydındır ki, oğlanlar həmin an qaç-
mağa başladılar.
39


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə