Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

M
essadan sonra don Bosko oğlanla bir-
likdə söhbəti davam etdirdi: 
– Torinoda nə eləyirsən?
– İnşaatda işləyirəm.
– Atan var?
– Yox, vəfat edib.
– Bəs anan?
– O da.
– Oxuya və yaza bilirsən?
– Yox, bilmirəm.
– Amma fit çala bilirsən də?
Oğlan gülümsədi, don Bosko isə təbii ki, xoşbəxt idi.
Oğlanın gülüşü sübut edirdi ki, oğlanın inamını qa-
zanmışdı. 
67


O
ğlanın don Boskoya inamı söhbəti qabağa apardı. 
– Evxaristiya qəbul etmisən?
– Hələ yox.
– Amma tövbə eləmisən.
– Bəli, amma çoxdan, balaca olanda.
– Din dərsinə gedirsən?
– Getmirəm, çünki balacalar məndən daha çox bildiyinə
görə utanıram.
– 
Əgər mən səni öyrətsəm, gələrsən?
– Bəli, məmnuniyyətlə.
– Nə vaxt başlaya bilərik?
– Sizdən asılıdır.
– Məsələn indi?
– Bəli, başlayaq!
Don Bosko hiss elədi ki, bu çox vacib andır. Bu an böyük
şeylərin başlanğıcı idi.
68


B
artolomey don Bosko ilə vidalaşanda ona söz
verdi ki, gələn dəfə öz dostlarını da gətirəcək
və gələn bazar günü həqiqətən də oğlan qru-
pları gəldi. Garelli altı nəfər gətirmışdi, bəziləri
isə don Kafasso ilə gəlmişdilər. Onlar çox şa-
dyanalıqla xeyirxah müəllimin bütün sözlərinə
qulaq asırdılar. Belə ürəkdən və sadə şəkildə
onlarla hələ heç kim danışmamışdı.
– Oğlanlar, gələn bazar günü də gəlin və öz do-
stlarınızı da gətirin!
69


B
ir neçə gün sonra gənclərin balaca bir qrupu kilsənin
yanındakı otağa daxil oldu. Həyətdə kimsə üzüm əkmiş-
di. O, indiyə qədər yavaş-yavaş böyüyüb, divar boyu
uzanırdı, sanki kiminsə gəlib, onun meyvələrini
dərməsini gözləyirdi. 
Gündən günə şagirdlərin sayı artırdı.
Bir aydan sonra gənclərin sayı artıq 30
nəfərdən daha çox idi. Onlar cavan, ağır işdən
yorğun gələn inşaatçılar idi. Onlardan heç biri
Allah və ya İsa haqqında heç nə bilmirdi. 
Don Bosko həftə içində onların iş yerlərinə qo-
naq gedirdi və tez-tez onları ustalardan qoru-
yurdu. Get-gedə don Boskonun onların
qayğısına qaldığını və canlarına fikir verdiyini
görəndə onu sevməyə başladılar.
70


G
ündən–günə otaq balacalaşırdı. Don Kafasso cavan-
lara həyətdə oynamağa icazə verdi. 
Daha sonra don Bosko markiza Barolo tərəfindən kasıb
qızlar üçün yaradılan evdə xidmət eləyirdi. Evinin
ətrafındakı çəmənliklərə cavanlar həmlə çəkmişdilər.
Markiza Barolo isə onların səslərinə dözə bilmirdi, ona
görə də don Boskonu xidmətdən azad etdi. O, gənclər
üçün (onların sayı zamanla 200 nəfərə çatmışdı) başqa
yer axtarmalıydı. Amma bu, çox çətin idi.
71


D
on Boskonun oğlanlarını heç bir yerdə qəbul etmək
istəmirdilər. Bir dəfə o, yenə də yuxu gördü. Yuxuda şi-
kayət etməyə başladı:
– Bilmirəm, onlarla hara gedim? Onlar çoxdur, hamıya
mane olurlar...
Bu an yenidən göy Məleykəsini gördü. Məryəm ona dedi:
– Valdokkoda bir çəmənlik var. Orada Torinolu şəhidlər
Adventor, Solutor və Oktavius öz inamına görə ağır
işgəncə ilə öldürülüblər. Öz oğlanlarını o yerə apar. 
Sonra ona həmin çəmənlikdə olan gözəl bir kilsəni gös-
tərdi.
72


D
on Bosko yuxuda gördüyü yeri axtarmağa getdi, am-
ma Xanımın dediyi yeri tapa bilmədi. Onsuz da öz oğlan-
ları Dora çayının sahilindəki çəmənlikdə toplaşırdı.
Burada bir gün Mikele Ruanı gördü. Onu yanına çağırdı,
sol əlini ona tərəf uzatdı və sağ əlini ona göstərdi,
elə bil ki, əlinin yarısını ona vermək istəyirdi.
Bunu göstərərkən dedi:
– Biz ikimiz, hər şeyimizlə yarıbayarı payla-
şacağıq. 
– Başa düşmürəm. Nə demək istəyirsiniz? –
oğlan cavab verdi.
– Qorxma, vaxtı gələndə hər şeyi başa
düşəcəksən. Amma yaxşı və dindar ol! Allahın
səninlə bağlı planı var.
Mikele Rua bir neçə ildən sonra don Boskonun birinci
davamçısı oldu.
73


1
845-ci ilin may ayında don Bosko cavanlarla müxtəlif
çəmənliklərə getməyə başladı. Sonralar köhnə, işlən-
məyən qəbiristana gedirdilər. Kilsənin cavabdehi, don
Tesio, cavanların görüşlərinə icazə verirdi. Amma onun
köməkçi qadını şikayət edirdi:
– Daha belə ola bilməz! Bir baxın! İşə yaramazlar bağa
zərər vurublar, pəncərələri sındırıblar, çəmənliyi xarab
eləyiblər... Don Bosko bunların hamısına görə cavabdeh-
dir!
– Bəs bu qədər oğlanla hara getsin? – don Tesio soruşdu.
– Mənə nə? Onları burada görmək istəmirəm! – qadın
qəti qərarını bildirdi.
O, doğrudan da, bir daha onları görmədi. Bir həftə
içində o öldü.
74


G
ənclər qəbiristandan da qovulduqlarına görə şi-
kayət eləyəndə, don Bosko onları sakitləşdirirdi:
– Dözməliyik! Allah bizə Məryəmin duasına görə
kömək eləyəcək. Gələcəkdə yalnız bizə aid olan həy-
ətlərimiz, idman meydançalarımız olacaq. Heç kim bi-
zi qova bilməyəcək. 
– Bunu haradan bilirsiniz, don Bosko? – gənclər
təəccüblənirdilər.
– Sadəcə olaraq bilirəm, amma hələ bir müddət qu-
şlar kimi bir yerdən başqa yerə köçməliyik. Hamıya
deyin ki, gələn bazar günü Emanuel Filiberto adına
meydanda görüşəcəyik. Orada həm oyunlar həm də
dərs üçün yer var.
75


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə