Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   ...   6   7   8   9   10   11   12   13   14

M
ərhəmətli Allah onların dualarını qəbul etdi və don
Bosko sağaldı. Güc toplasın deyə, anasının evinə getdi.
Üç ay don Borel bir neçə başqa keşişlə birlikdə gənclərin
qayğısına qaldılar. Don Bosko sağaldığı müddətdə öz
gəncləri barədə düşünürdü. Onlar piyada hətta altmış
kilometr getməli olsalar belə, bir neçə dəfə don Bosko-
nu Bekkidə ziyarət etdilər.
Üç ay sonra don Bosko Torinoya qayıtmaq qərarına
gəldi. Margarita ananı da özü ilə aparmaq istədi. Ana
isə əvvəlcə bu barədə heç düşünmürdü də, amma axırda
o da öz evini tərk etmək qərarına gəldi və oğlu ilə Tori-
noya getdi. Bu sevən ananın qəhrəman jesti idi.
94


D
on Bosko Pinardinin evində üç otaq kirayəyə götü-
rürdü. Oraya anasını apardı.
– Otaqlar necədir?
– Bura Bekki kimidir. Mənim xoşuma gəldi.
– Mən şad olum deyə dediyini bilirəm. Amma əslində
əzab çəkirsən...
– Yox, bəsdir... İndi boşqabları çıxarıb axşam yeməyini
hazırlamalıyam. Axı Bekkidən buraya yol uzun və ağır
idi. Sən öz sağlamlığının qeydinə qalmalısan.
95


B
ir neçə gündən sonra Pinardinin evinin üç otağı
demək olar ki, hazır idi. Don Bosko orada bu vaxta
qədər Pad çayının körpüsünün altında və ya parkdakı
oturacaqlarda yatan gəncləri qəbul etməyə başladı.
Amma elə birinci gecə də onun sevgisinə çox „gözəl“
cavab verdilər. Səhər tez oyanıb döşəkləri və yorğanları
oğurladılar. Belə gənclər bir neçə dəfə oldu. Hərdənbir
döşəkləri və yorğanları, hətta yatdıqları küləşi də
aparırdılar.
– Səhər o keşiş və qoca arvad üçün yaxşı sürpriz olacaq,
– gecə gizli qaçanda bir-biri ilə gülə-gülə pıçıldaşırdılar.
96


D
on Bosko gənclərlə görüşmək üçün hər imkandan is-
tifadə edirdi. Məsələn, bərbərxanaya girəndə istəyirdi
ki, onun üzünü şagird qırxsın. Adətən, usta isə razılaş-
mırdı:
Don Bosko, üzünüzü ona qırxdırmaq istəyirsiniz? O
hələ heç ülgücü tuta bilmir!
– Amma nə vaxtsa başlamalıdır, ya yox? Ay oğlan, haydı
qabağa! Ancaq burnumu kəsmə! Adın nədir?
– Karlo... vay, vay, bağışlayın, sizi bir-az kəsdim.
– Narahat olma. Davam et! Sənin atan nəçidir?
– Atam yoxdur. Vəfat edib... Ağrımır ki? 
– Yox... Bəs anan?
– O xəstədir.
97


B
eləliklə, don Bosko oğlanın dostluğunu qazandı.
Bərbər şagirdi yaxşı keşişi unutmadı. Bir gün o,
xəstələndi. Onu xəstəxanaya aparanda həmin keşişi öz
yanına çağırdı.
– Yadınızdayam? 
– 
Əlbəttə ki, sən Karlosan, qabiliyyətli bərbər şagirdisən.
– Don Bosko, anam öldü və buna görə mən çox
xəstələndim. İndi dünyada heç kimim yoxdur. 
– Necə heç kimin? Bəs mən? Mən kiməm? Sağalanda
mənim evimə yaşamağa gələcəksən. Mən anamla bir-
likdə səni böyüdəcəyik. 
Bu artıq dördüncü yetim idi ki, don Bosko öz evinə
qəbul edirdi.
98


D
on Bosko beynində həmişəki kimi yeni bir plan ya-
ratdı. Artıq evi olduğu üçün, axşam məktəbi təşkil et-
məyə başladı. 
Cavanların çoxunun yaza və oxuya bilmədiyini görəndə,
don Bosko axşamlar, onlar işdən qayıdandan sonra, əsas
şeyləri onlara öyrədirdi. Dərsləri öyrətmək üçün ona
həm də şəhərdəki müəllim dostları da kömək eləyirdilər. 
Don Bosko zamanla Pinardinin evindəki otaqları bir-bir
kirayəyə alırdı, amma siniflər həmişə az idi. Beləliklə,
gənclər öyrənmək mümkün olan hər yerdə dərs keçir-
dilər.
99


Y
avaş-yavaş kirayəyə götürülən bütün Pinardi evi ki-
fayət etmirdi. Ona görə də don Bosko 1852-ci ilin yayın-
da inşaata başladı. Artıq 1853-cü ilin yazında Pinardinin
evinin sağ tərəfində təzə iki mərtəbəli bina ucaldı.
Bir neçə il sonra bütün Torino və şəhər ətrafındakı ca-
maat don Bosko haqqında danışırdı. Valideynlər həvəslə
öz uşaqlarını onun mərkəzinə aparırdılar, çünki qısa
müddətdən sonra onların davranışlarındakı fərqi görür-
dülər: onlar daha itaətli, açıq və yaxşı idilər. Beləliklə, o
birinci mərkəz yenə də kifayət etmədi. Don Bosko təzə
mərkəzlər açmalı idi. Onlardan birincisi dəmir yolu va-
ğzalının yanında idi.
100


D
on Boskonun çəkdiyi çətinliklər və gördüyü işi ilk
bəhrələrini gətirdi. Onun yanında böyüyən gənclər
tərbiyə almaqla kifayətlənmək istəmirdilər. Oğlanlar
ona oxşamaq istəyirdilər, keşiş olmağı arzulayırdılar.
Beləliklə, don Boskonun mərkəzində 1851-ci il fevralın
ikisi böyük bayram keçirildi. Həmin gün dörd gənc – Yo-
zef Buzzetti, Karlo Gastini, Feliks Revilyio, Yaqub Belli-
ya – ilk dəfə olaraq keşiş paltarları geyindilər. Bu paltar
onların keşiş olmaq və ya öz həyatını Allaha həsr etmək
qərarını göstərdi.
101


C
ovanni Bosko evində peşə məktəbi də yaratdı. Bir
dəfə ondan bir gənc soruşdu:
– Don Bosko, biz keşiş olmasaq da sizə kömək etmək is-
təyirik. Olar?
– Bəli. Bir vaxt olacaq ki, mənim oğullarımın arasında
dərzi, çəkməçi, dülgər, çap edən, mexanik, müəllim ola-
caq... hamısı mənim övladlarım olacaq... keşişlər və
tələbələr kimi, onlar da mənim övladlarım
olacaq.
– Bunu haradan bilirsiniz?
– Yuxumda Məryəm mənə mənim həy-
atımdan sonra arxamca gələnləri gös-
tərdi. Neçə-neçə yaxşılıq eləyəcəklər!
Neçə-neçə can xilas edəcəklər. Onlar
yeni növ rahiblər olacaqlar. Onların
rahib paltarları açıq qol olacaq.
102


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə