Andrey Paulini Bir həyatı dəyişdirən yuxu



Yüklə 16 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix26.09.2017
ölçüsü16 Kb.
#1647
1   2   3   4   5   6   7   8   9   ...   14

K
işi sözünü qurtarar-qurtarmaz, o, gözəl görünüşlü bir
qadın gördü. Onun libası o qədər parlaq idi ki, elə bil
onu ulduzlar tikmişdi. O gördü ki, doqquz yaşlı Covanni
həyəcanlıdır, ona görə də onun əlini tutaraq dedi:
– Bax!
Covanni arxaya dönəndə oğlanların yerində canavar,
ayı, it və başqa heyvanlar var idi.
Qadın ona məhəbbətlə baxdı və
dedi:
– Sənin yerin buradır. Burda işlə.
Cəsarətli, təvazökar və güclü ol. İndi
bu heyvanlarla edəcəklərimi, sən də
oğlanlarımla edəcəksən.
12


O
an vəhşi heyvanların yerinə sakit quzuları gördü. Co-
vanni təəccübləndi və ağlamağa başladı. Qadından ona
hər şeyi başa salmasını xahiş etdi. O, əlini onun başına
qoydu və dedi:
– Narahat olma, vaxtı gələndə hər şeyi başa düşəcəksən. 
Bu sözləri demişdi ki, hər şey yox oldu və o oyandı.
13


O
yandıqdan sonra pəncərəyə tərəf ge-
dib, gözəl təbiətə baxdı. Yuxu onu nara-
hat edirdi. Beynində çoxlu suallar gəzirdi:
O yaxşı kişi kim idi? Bəs gözəl qadın? Nə
qəribə yuxudur! Yox, bu yuxu deyil! Bəs
nədir?
O qərara gəldi ki, hər şeyi anasına
danışsın... Amma sabah, qardaşları və
nənəsi də evdə olanda. Ona maraqlı idi ki,
görəsən onlar nə deyəcəklər?
14


E
rtəsi gün Covanni hər şeyi evdəkilərə danışdı.
– Mən başa düşdüm. Sən sürü görmüsən, dem-
əli, çoban olacaqsan. – Yusif dedi.
– Orda canavar da var idi! Cinayətkar başçısı
olacaqsan, – gülərək Antoniyo dedi və çörək
doğramağa davam etdi.
– Mən artıq qocalmışam, həyatın nə olduğunu
bilirəm. Yuxuya inanmaq lazım deyil, – küncd-
əki nənəsi dedi.
Ancaq ana masaya yeməyi qoyanda sakitcə de-
di:
– Kim bilir, bəlkə də, keşiş olacaqsan...
15


A
ydındır ki, Marqarita ana yuxunu düzgün başa
düşmüşdü. Oğlunu ən yaxşı anası tanıyırdı və
əvvəlcədən onun keşiş olmaq istədiyini hiss edirdi.
Bir dəfə Covanni ona dedi:
– Ana, bir gün keşiş olmaq istəyərdim. Bütün həy-
atımı uşaqlara həsr edərdim. Onlarla mehriban
olardım və İsanın ardınca getməyi öyrədərdim.
Beləliklə, o, yavaş-yavaş öz yuxusunu həyata ke-
çirməyə başlayırdı. Yaxın kəndlərdən və balaca
şəhərciklərdən keçib sehirbazlıq edənlərə, kəndir-
bazlara və klounlara diqqətlə baxırdı ki, onların
etdiklərini öyrənsin.
16


Ö
yrəndiklərini öz dostlarına göstərirdi, on-
lar isə gözlərini bərəldib təəccüblə seyr edir-
dilər. O, burnunun üstünə çöp, onun isə
üstünə top qoyaraq o tərəf-bu tərəfə gedir-
di. Amma top yerə düşmürdü. O, bəzi se-
hirlər öyrənmişdi. Məsələn: ona bir neçə yu-
murta verirdilər, o isə həmin yumurtaları iki
qat çoxaldırdı, toyuğu öldürüb yenidən diril-
dirdi, qəpik udub uşaqların burnundan
çıxarırdı.
17


B
unları yoxlayandan sonra hər bazar
günü tamaşalar təşkil edirdi. Evin qa-
bağındakı çəmənlikdə armud ağacın-
dan alma ağacına bir kəndir bağlayıb üstündə ak-
robatik hərəkətlər göstərirdi: gəzirdi, rəqs edirdi,
ipdən asılı qalırdı, gah bir ayağını, gah da o biri
ayağını qaldırırdı, ya da elə fırlanırdı ki, ona ba-
xan həm cavanların, həm də yaşlıların damar-
larında qan donurdu. Amma tamaşanın ən ma-
raqlı yerində fasilə edib ciddi deyirdi: 
– İndi bir az dua eləyək və mən sizə keşişin bu
günki sözlərini təkrar edəcəyəm.
18


M
arqarita ana hər gün daha çox başa düşürdü ki, Al-
lahın Covanni ilə bağlı planı var. Ona görə də onu Evxa-
ristiyanı (birləşmə) qəbul etməyə hazırlaşdırdı. 1826-cı
ildə oruc dövrəsi ərzində anası Covannini Kastelnuovo-
ya din dərsinə göndərdi. Covanni dərsləri tez və asan
öyrənirdi və çətin sualların cavabını tez açırdı. Birinci
dəfə Evxaristiyanı və tövbə sirrlərini qəbul etm-
əmişdən əvvəl anası ona bir söz dedi:
– Oğlum, hər dəfə Evxaristiyanı qəbul edəndə, ona Al-
lahın böyük lütfü kimi bax. Tövbə edəndə ürəkdən et
və heç vaxt heç nə gizlətmə. Hər elədiyin pis hərəkətlər
üçün peşman ol və Allaha söz ver ki, daha da yaxşı ola-
caqsan.
19


O
gündən sonra Covanni daha çox arzulayırdı ki, keşiş
olsun. Amma, bu, ona bir az qeyri-mümkün görünürdü,
çünki Bosko ailəsi çox kasıb idi və o illərdə müharibədən
sonra oxumaq üçün çox pul lazım idi. O, ancaq oxuya və
yaza bilirdi. Amma, o, ümidini itirmirdi. Hər gün başqa-
ları ilə tarlaya işləməyə gedirdi, axşam, evə qayıdanda,
ağacın altında oturarkən kitablarını oxuyurdu.
Hərdənbir onun beynindən gözəl yuxusunun sözləri ke-
çirdi: „Onlara günahın çirkinliyi haqqında danış və de
ki, günahsız yaşasalar xoşbəxt ola biləcəklər... 
Əvvəlcə
itaət etməyi və elmə yiyələnməyi öyrənməlisən...“ 
Bu sözlər ona oxumaq üçün daha çox güc verirdi.
20


B
ir keşişi görəndə, onun yanına qaçırdı...
Bir dəfə, Morialdoda, əyləncəklərin arasında
gəzə-gəzə sehirbazlara və akrobatlara baxa-
raq yeni nəsə öyrənirdi ki, bu an kilsənin qa-
bağında Kafassonu, dini universitetdə oxu-
yan gənci gördü.
– Şənlik sənin xoşuna gəlir? – o, Covannidən
soruşdu.
– Bəli, – o, cavab verdi.
21


Yüklə 16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə