Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə72/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   382
N 211

İki yaşında 
olan uşaqlar hər ay öz çəkilərini 170-190 qram, 
boylarını isə 1 sm artırırlar. İki yaşa yaxınlaşanda uşağın çəkisi orta 
hesabla 12 və ya 7 kq, boyu 85-86 sm olur. İki yaşlı uşağın 20 ədəd 
süd dişi olur. Sinir sisteminin iş qabliyyəti artır. Sutkalıq yatmaq 
vaxtı 14 saatdan 12,5 saata enir. 
Bu dövrdə uşaqlarda inkişaf davam edir, lakin bu proses mü-
əyyən qədər zəifliyir. Uşaq 1,5 yaşında olanda 3-3,5 saat, ikinci ilin 


141 
sonunda isə 5 saat oyaq qala bilir. Orqanizm möhkəmlənir, müqavi-
məti artır, ona görə də uşağın xəstələnmə ehtimalı da azalır. Bu yaş-
da uşağın oyununu təşkil edərkən ona müxtəlif ölçülü toplar, araba-
cıqlar və s. vermək olar. Bu dövrdə uşaqlarda öyrənmə həvəsi artır, 
müşahidəçilik qabliyyəti güclənir, xüsusən, görmə həsaslığı xeyli 
çoxalır. İkinci ilin sonuna yaxın uşaqlarda hərəkət daha da inkişaf 
edir. Onlar çevik və cəld hərəkətlər edirlər. Həyatın ikinci ilində 
uşaqlarda öyrənmə güclənir. Bu yaşda olan uşaqların həyatında 
oyun böyük əhəmiyyət kəsb edir. Oyun zamanı uşaqlar müxtəlif əş-
yalarla rəftar etmək bacarığına yiyələnirlər. Bu da uşaqlarda müstə-
qil hərəkəti inkişaf etdirir, eləcə də onlar adamlarla qarşılıqlı müna-
sibəti öyrənir, ətraf mühit haqqında isə təsəvvürləri genişlənir. 
Oyuncaqların sistemlə düzülməsi oyun zamanı onlardan səmərəli 
istifadə etməyə şərait yaradır. 
İki yaşında olan uşaqlarda nitq inkişaf edir və təkmilləşir. Yaş 
yarımlıq uşaq cəmi 30-40 söz öyrənir. Bəzən bir sözlə müəyyən bir 
fikri ifadə edir. Çox vaxt sözləri düzgün ifadə etmir, kəkələyir, onun 
nə demək istədiyini yalnız yaxın adamlar, xüsusən ata-anası tez ba-
şa düşür. İki yaşın sonunda uşaq 300-ə qədər söz işlədir ki, bunlar-
dan bəziləri hətta əşyaların keyfiyyətinə aid olur. Onun nitqində 
qısa cümlələr tədricən geniş yer tutmalıdır. 
Üç yaşında
uşaqlarda oyaq qalma vaxtı artaraq 6-6,5 saat 
olur. Onlarda gəzinti vaxtı da artır, çünki, onlar daha müstəqil 
olurlar. Birinci gəzinti 2 saat, ikinci gəzinti 1,5 saat olur. 
Uşaq üç yaşında olanda onun fiziki inkişafı ləng gedir. Bir 
ildə uşağın çəkisi orta hesabla 2-2,5 kq, boyu isə 7-8 sm artır, lakin 
onlar artıq daha möhkəm və dözümlü lurlar. Bu yaşda uşaq 6 saat-
dan 6,5 saata kimi oyaq qala bilir. 
Bu yaşda uşağın yeriməsi xarakter alır, tədricən artıq hərə-
kətlər yox olur, “dayan” işarəsi ilə uşaq hərəkətlərini ləngidir. Uşaq 
müstəqil geyinir, soyunur, əl-üzünü yuyur, karandaşla işləyir, yap-
ma işləri görür. Yaxşı işdən sevinir, müvəffəqiyyətsizlik baş verdik-
də kədərlənir. 
Üç yaşında uşağın nitqi yaxşılaşır, xatirələr danışır, nəticə çı-
xarır, təbiət hadisələrinə öz münasibətini bildirir, göy guruldayanda 
“yağış yağacaq” deyir. Üç yaşda uşaqda lüğət ehtiyyatı zənginləşir, 


142 
1200-1300 sözdən istifadə edir, böyüklərin dediyi sözü təkrarlayır, 
öyrəndiyi şeiri yadda saxlayır və yada salır, nitq hissələrindən baca-
rıqla istifadə edir. Bu yaşda uşaqların nitq inkişafını, ətraf mühitə 
münasibətini formalaşdırmaq üçün didaktik vəsait komplektindən 
istifadə etmək çox faydalıdır. Həyatının üçüncü ilində uşağın inki-
şafı xeyli ləng gedir. Üçüncü ilin sonunda uşağın 93-94 sm, çəkisi 
14 -15 kq olur. Uşaqların boyu əsasən qılçaların uzanması hesabına 
artır.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə