Annotasiya


Ekzistensializm pedaqogikası



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə15/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   382
N 211

Ekzistensializm pedaqogikası
. Ekzistensializm əslində fəlsəfi 
cərəyandır, latın sözündən (eksistentia) əmələ gəlmişdir. Mövcud-
luq deməkdir. Ekzistensializm fəlsəfəsinə görə ölüm adamda qayğı, 
qorxu, qətilik, vicdan kimi həyat təzahürləri əmələ gətirir. Bu fəlsə-
fə hər kəsin özünə gün ağlamasını, heç kimdən imdad gözləmə-
məsini tələb edir. Ekzistensializm Fransada, Almaniyada, ABŞ-da 
daha geniş yayılmışdır. Təlim və tərbiyə işini mövcudluq fəlsəfəsi 
əsasında qurmağa çalışan pedaqoqlardan A.Fallinko (ABŞ), 
J.P.Sartr (Fransa), E.Qrizebax (Almaniya) və başqalarını göstərmək 
olar. Onlar isbat etməyə çalışmışlar ki, adamın xarakterini for-
malaşdıran təlim, tərbiyə deyil, şəxsin özüdür. Nə müəllim, nə də 
valideyn uşağın daxili aləminə nüfuz edə bilməz.
Müəllim və ya tərbiyəçinin əsas vəzifəsi uşağa əqli və əxlaqi 
cəhətdən hələ kamil olmadığını hiss etdirməkdən və özünütərbiyədən 
ibarət olmalıdır. Ekzistensializm pedaqogikasına görə, məsələn, tarix 
dərslərində sosial-iqtisadi münasibətləri, siyasi quruluşları öyrənmək-
lə yanaşı, insan aqibətinə diqqət yetirmək, hissləri oyatmaq lazımdır. 
Ekzistensializm pedaqogikası özünütərbiyəni ailə və məktəb tərbi-
yəsinə, sosial mühitin təsirinə qarşı qoyur, tərbiyədə məqsədyönlü-
lüyü və planlılığı əhəmiyyətsiz iş sayır. Bu pedaqogikanın son 
məqsədi uşaqlarda işgüzarlıq xüsusiyyəti formalaşdırmaqdır. Praq-
matizmə möhkəm tellərlə bağlı olan cərəyanlardan biri 
neopoziti-
vizmdir
. Bu cərəyanın pedaqoji aləmdəki nümayəndələri (V.Brets-
nika (Almaniya), R.Pitres və P.Xeret (İngiltərə), L.Leqran (Fransa)) 
sistematik biliklərin verilməsinə qarşı çıxır, şagirdlərin “tədqiqat-
çılıq” bacarığını inkişaf etdirməyi ön plana çəkirlər. Əxlaq tərbiyəsi 
məsələlərində neopozivistlər belə bir fikir irəli sürürlər ki, guya etik 
problemlərin ictimai həyatla heç bir əlaqəsi yoxdur.


35 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə