Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə17/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   382
N 211

Pedaqoji futurologiya. 
Futurologiya latın sözü “
futurum
” 
(gələcək) və yunan sözü “
logiya” 
(nəzəriyyə) birləşməsi olub gələ-


36 
cək haqqında nəzəriyyə mənasını verir. Pedaqoji futurologiya təhsi-
lin gələcək inkişaf yollarını, məktəbin necə olacağını müəyyənləş-
dirməyə çalışır. Pedaqoji futurologiyanın ABŞ-da ən görkəmli nü-
mayəndələri Q.Broudi, A.Dyajt, D.Qolberq, U.Ziqler və başqaları-
dır. Onların pedaqoji fikirlərində müxtəlif fərqlər olsa da, ümumi 
cəhətlər də vardır. Onlar isbat etməyə çalışırlar ki, gələcəkdə 
“cəmiyyət məktəbsiz” olacaq, məktəblər “tədris mərkəzləri” nə, 
“evdə məktəblərə” çevriləcək, müxtəlif texniki vasitələrdən, xüsu-
sən elektron vasitələrindən geniş istifadə olunacaq, fərdi təlim 
üstünlük təşkil edəcəkdir; məktəbin funksiyaları qismən kitabxa-
naların, muzeylərin, parkların, digər mədəni-maarif və istehsalat 
müəssisələrinin üzərinə düşəcəkdir.
Futuroloqların fikrincə, məktəbdə verilən biliklər tez köhnəlir, 
mədəni-maarif və istehsalat müəssisələrində məlumatlar isə gənclik 
üçün daha maraqlı olur. Futuroloqların təsəvvüründə gələcəyin təh-
sili fərdi təlim əsasında qurulmalıdır. 
Konstruktivizm XX əsrin ikinci yarısında amerikalı pedaqoq-
lar Kappan, Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və başqaları tərə-
findən irəli sürülmüşdür. Konstruktivizm mahiyyətcə, əsas prinsipi 
yeni biliklərin, ideyaların əvvəlcədən bildiyimiz ideyaların sintezi 
yolu ilə əldə edilməsi haqqında nəzəriyyədir. Bu, o deməkdir ki, 
bilik passiv olaraq alınmır. Bu, insanların necə öyrənməsi haqqında 
tədqiqata əsaslanan təlimə bir yanaşmadır. Bir çox tədqiqatçılar 
deyirlər ki, hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu 
özü “qurur, yaradır”. Konstruktiv öyrənməyə necə nail olmaq haq-
qında bir sıra fikirlər vardır, lakin əksər təhsil işçiləri inanırlar ki, 
şagirdlər mücərrəd anlayışları araşdırmalar, mühakimələr və müza-
kirələr vasitəsilə daha yaxşı dərk edirlər. Yəni, öyrənənlərin beyni 
müəllimin üzərində yazdığı daş, yazı taxtası deyildir.
Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətin və 
insanların necə öyrəndiklərinin izahını verən epistomologiya kimi 
yanaşılır. 
Pedaqoji ədəbiyyatda konstruktivizmin növlərinə aşağıdakı 
yer verilir: 1) Pyajenin psixoloji konstruktivizmi; 2) L.Vıqotskinin 
sosial konstruktivizmi.


37 
Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin 
məqsədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi 
durur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki inki-
şafı təmin olunur. L.Vıqotskinin sosial konstruktivizmi sosial trans-
formasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yer-
ləşdiyi (əhatə olunduğu) mühitin onun inkişafındakı rolunu əks 
etdirir. Etibarlı inkişaf zonası kimi xarakterizə olunan mühit şagird-
lərin formalaşmasının bazisi kimi göstərilir. Fərdi inkişaf mədəni 
qaydaların qrup tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən 
özününküləşdirilən sosial qarşılıqlı əlaqələr nəticəsində yaranır. 
Şagirdlər bilikləri mühitlə qarşılıqlı əlaqədə əldə edirlər. Bu zaman 
həm fərd, həm də mühit dəyişir. Tədqiqatın obyekti fərdlə sosial və 
mədəni mühit arasındakı dialektik münasibətlərdir.
1950-ci illərdən başlayaraq qərb ölkələrində, o cümlədən İtali-
ya, Fransa, ABŞ və bir sıra digər ölkələrdə müxtəlif pedaqoqlar birlə-
şərək pedaqoji dərgilər, toplular, jurnallar çap etdirməyə başlamışlar. 
Onlar təlim, tərbiyə və təhsil sahəsində apardıqları tədqiqat işlərinin 
nəticələrini həmin informasiya vasitələri ilə təşviq edirdilər. ABŞ-da 
U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fran-
sada R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir göstərməyin zə-
ruriliyini əsaslandırır, demokratik məktəb sistemi uğrunda mübarizə 
aparır, icbari təhsilin müddətini uzatmağı tələb edirlər. Onların 
fikrinə görə, uşağın imkanlarını, qabiliyyətlərini tərbiyə şəraitindən 
ayırmaq və ayrılıqda nəzərdən keçirmək qeyri-elmi yoldur.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə