Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə16/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   382
N 211

Neotomizm pedaqogikası. 
Neotomizm də fəlsəfi cərəyandır. 
Neotomizm yunan sözündən (neo və tomizm) əmələ gəlmişdir. Neo 
– yeni deməkdir. Tomizm orta əsr sxolastı Foma Akvinskinin dini 
nəzəriyyəsidir. Neotomistlər Foma Akvinskinin ilahiyyat nəzəriy-
yəsini inkişaf etdirməyə çalışmışlar. Jak Mariten (Fransa), U.Kan-
ninham, U.Mahogen (ABŞ), M.Kazotti, M.Stefanini (İtaliya) neoto-
mizmin aparıcı ideoloqları olmuşlar.
Neotomistlər insanın və onun ictimai həyat tərzi formalarının 
ilahi qüvvə tərəfindən yarandığını iddia edirlər: insan onu yaradanı 
daim yadda saxlamalı, ondan həya etməli, ona itaət göstərməlidir. 
Neotomistlərin fikrincə, dini görüş real bilikdən üstündür. Onlar döv-
lət məktəblərində də dinin tədris olunmasını, bütün fənlərin tədrisinə 
dinin sirayət etməsini istəyirlər. Onların fikrincə, xarici aləmi dərk 
etmək üçün elm kifayət deyil, bundan ötrü ilahiyyat, ilahi qüvvəyə 
qovuşmağı bacarmaq lazımdır: sonuncunu isə uşağa kilsə, ruhanilər 
verir; elm şüura, din isə şüuraltı hissiyyata istinad edir. Neotomistlərə 
görə, İsus Xristosa oxşamaq tərbiyənin məqsədi olmalıdır. Bundan 
ötrü hər kəs dini cəhətdən təkmilləşməli, dini adətlərə əməl etməlidir. 
Neotomistlər məktəbin tədris planına humanitar fənlərlə yanaşı təbiət 
fənlərinin daxil edilməsini də məsləhət görürlər.
Bixeviorizm 
ingilis sözü olub “davranış” deməkdir. XX əsrin 
əvvəllərində Amerikada meydana gəlmiş cərəyandır. Cərəyanın 
müəlliflərindən biri olan Edvard Torndayka görə, psixologiya şüuru 
deyil, davranışı özü üçün tədqiqat predmeti seçilməlidir. E.Tornday-
ka görə, həm heyvanlarda, həm də insanlarda psixi proseslər 
assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici 
proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir. 
E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul – 
reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə, müəllim 
təlim prosesində elə situasiya yaratmalıdır ki, şagird məqsədəuyğun 
cavab reaksiyası ilə çıxış edə bilsin. Yeni təlim texnologiyaları 
əsasında keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Motiv 
şagirdi cavab reaksiyası üçün hazırlayır, onu problem ətrafında 
fikirləşməyə, tədqiqat aparmağa sövq edir.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə