Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə18/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   382
N 211

 
 
1.6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi 
 
Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Müxtəlif 
tədris müəssisələri üçün tədris planlarının, tədris proqramlarının və 
dərsliklərin işlənməsində, ayrı-ayrı fənlərin tədrisində, müəssisə
idarə və təşkilatlarda tərbiyə işinin nizama salınmasında digər elm-
lərlə pedaqogikanın əlaqəsi özünü daha qabarıq göstərir. Bütün elm-
lərlə pedaqogikanın qarşılıqlı əlaqəsini burada səciyyələndirmək 
mümkün deyil. Pedaqogikanın yalnız fəlsəfə, psixologiya və fizio-
logiya ilə əlaqəsini nəzərdən keçirək.


38 
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi

F.Paulsen göstərir ki, peda-
qogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixolo-
giyasız və etikasız, o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz 
növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır.” 
Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı” 
kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb 
fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi 
ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, onların 
müəllifləri təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşün-
cənin ümumi axarından ayırırlar. Ona görə də, pedaqogika tarixi 
müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur. Lakin, 
axı bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə 
zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.”
 
Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə 
də həyat üçün hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələ-
ləri insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsi-
dir. Təsadüfi deyildir ki, bu məsələlərə ənənəvi olaraq məhz filo-
sofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər tərbiyə 
məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən 
hazırlanmışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi 
formalaşması ilk növbədə filosoflardan Y.A.Komenskinin, J.J.Rus-
sonun, C.Lokkun yaradıcılıqları ilə bağlıdır. İ.Kantın “Pedaqogika 
haqqında”, “Maarifləndirmə nədir?” – sualına cavab”, “Antropoloji 
didaktika” əsərlərində, Hegelin “Gimnaziya direktorunun çıxışları”, 
“Universitetdə fəlsəfənin tədrisi”, “Gimnaziyalarda fəlsəfənin təd-
risi” əsərləri müasir kurikulum probleminin metodoloji əsaslarını 
təşkil edir. Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair 
əsasən üç mövqe vardır. Bəziləri (P.Narton, F.Paulsen, Q.Gerşen-
steyner, S.Y.Volfson və başqaları) pedaqogikanı “tətbiqi fəlsəfəyə” 
aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki, fəlsəfənin sahələri olan 
etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o cümlədən 
təlim və tərbiyə məsələlərini də əhatə edir. Lakin onlar bu düzgün 
fikirdən belə bir səhv nəticə çıxarırlar ki, fəlsəfə tərbiyə işinin 
məqsədini, pedaqogika isə onu həyata keçirməyin yollarını müəy-
yənləşdirir. Buna görə də onlar pedaqogikanı tətbiqi fəlsəfə adlandı-
rırlar. Belə çıxır ki, pedaqogikanın əsalarını və qanunauyğun-


39 
luqlarını fəlsəfədə axtarmaq lazımdır. Bu mövqe ilə razılaşmaq 
olmaz. Başqa bir qrup mütəxəssis (Z.Freyd, G.Max, E.Meyman, 
İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanu-
nauyğunluqları fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandı-
raraq psixologiyaya meyil etmiş və düşünmüşlər ki, pedaqogikanın 
başlıca dayağı psixologiya olmalıdır. Fikrimizcə, pedaqogikanı 
fəlsəfədən ayırmaq cəhdi uğursuzdur. Çünki humanitar elm olan 
pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbi-
yənin və inkişafın bir çox problemlərini metodoloji dayaqsız həll 
etmək mümkün deyil. Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov, 
F.F.Korolyov, B.P.Yesipov və başqaları aid edilir. Onlar bir çox 
halda fəlsəfi müddəaları mexaniki şəkildə pedaqogikaya gətirirlər. 
Dialektik materializmə istinad edən pedaqoqları (M.M.Mehdizadə, 
N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını) 
dördüncü qrupa aid etmək olar.
Onlar təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini konkret 
şəraitlə əlaqədar nəzərdən keçirirlər. Onların fikrincə, məsələn, 
pedaqoji prosesin səmərəlilik dərəcəsi konkret şəraitdən də asılı 
olur. Eyni üsulun səmərəsi bir şəraitdə çox, başqa şəraitdə az ola 
bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika həm 
təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzər-
dən keçirir. Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillə-
rinin ona təsiri dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur. 
Dialektik materializmə əsaslandıqda pedaqoji prosesin hərəkətverici 
qüvvələrini və qanunauyğunluqlarını onun özündə axtarmalı oluruq. 
Dialektik materializm həm də təhsil və pedaqoji fikir tarixi məsə-
lələrinin təhlili və öyrənilməsinə düzgün yanaşmağa imkan verir. 
Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun 
yarandığı şəraitlə əlaqədar qiymət vermək zəruridir. 
 
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiy-
yətin obyektiv inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu 
qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət gös-
tərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı 
fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində 
mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəf-
dən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, mad-


40 
di aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavran-
ması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş 
verir. Bu isə pedaqogikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində 
mümkün olur.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə