Annotasiya


Pedaqogikanın metodologiyası



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə29/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   382
N 211

 
2.2. Pedaqogikanın metodologiyası 
Elmin digər sahələrində olduğu kimi, pedaqogika üzrə təd-
qiqatlar da metodoloji əsasa istinad edir, ondan istiqamət alır. 
Bunsuz pedaqogikanı müvəffəqiyyətlə inkişaf etdirmək olmaz. Hər 


53 
bir didaktik, metodik axtarışlar metodoloji əsasla idarə olunur. Bir 
sözlə, metodologiyaya əsaslanmadan həqiqi elmi tədqiqat aparmaq 
mümkün deyil. 
“Metodologiya” yunan dilində “metodlar haqqında elm” 
deməkdir. Metodologiya anlayışının hamı tərəfindən qəbul olunmuş 
tərifi yoxdur. Pedaqoji ədəbiyyatda metodologiya bəzən tədqiqatın 
metodik priyomlarının məcmusu, bəzən xarici aləm haqqında bilik-
lərin əldə edilmə qaydaları, aləmin dərk olunması və yeniləşdi-
rilməsi metodları haqqında nəzəriyyə hesab olunur. Əslində çox 
geniş məzmuna malik olan metodologiya rəhbər prinsiplərə istinad 
edən elmi tədqiqatların silahı, elmi təhlilin və sintezin tələblərinin 
yerinə yetirilməsinin konkret vasitəsi rolunu oynayan nəzəri biliklər 
sistemidir. Pedaqoji metodologiya elmi-pedaqoji tədqiqatların əsas 
qaydaları, quruluşu, funksiyaları və metodları haqqında təlimdir. 
R.Dekarta görə, metodologiya idrak prosesinin fəlsəfi əsaslan-
dırılmasıdır. Hegel göstərirdi ki, idrakın bu və ya digər sahəsi üçün 
xarakterik olan fəlsəfi metodu konkret elmlərin metodları ilə eyni-
ləşdirmək olmaz, metod idrak prosesinin məzmunundan asılıdır. 
Fəlsəfə ensiklopediyasında metodologiyanın tərifi belə verilir: “Me-
todologiya idrakın və varlığın dəyişdirilməsi metodları, dünyagö-
rüşü, prinsiplərin idrak prosesinə, ümumiyyətlə mənəvi yaradıcılığa 
və praktikaya tətbiqi haqqında fəlsəfi təlimdir”. Mövcud fəlsəfi 
ədəbiyyatda metodologiyaya “Təbiət və cəmiyyət hadisələrinə 
yanaşma qaydası haqqında təlim”, “Məqsədə çatmaq, müəyyən mə-
sələni həll etmək üçün istifadə olunan metodlar haqqında təlim”, 
nəzəriyyə, “Tədqiqat metodları haqqında təlim”, metodika, “Elmin 
bu və ya başqa bir sahəsində tətbiq olunan tədqiqat metodlarının 
məcmusu”, metod kimi tərif verilir. V.H.Nəsirov, Ə.B.Məmmədov 
metodologiyaya belə bir tərifin verilməsini məqbul saymışlar: “Me-
todologiya gerçəkliyin dərk olunması və dəyişdirilməsi metodları 
haqqında dialektik materializmin prinsiplərinin idrak prosesinə
mənəvi fəaliyyətə və praktikaya tətbiq olunması haqqında təlimdir.”
Maraqlı təriflərdən biri də N.E.Kovolyov, B.F.Sorokinə məx-
susdur: “Elmlərin metodologiyası elmi tədqiqatların metodlarını və 
bu elmin predmetinin öyrənilməsinə yanaşma prinsiplərini öyrənən 
sahədir . 


54 
Hər bir elmin öz tədqiqat predmeti və təbii ki, onun üçün 
spesifik tədqiqat metodları var. Onların xarakteri tədqiqatın qarşısın-
da duran vəzifələrlə müəyyən edilir. Bununla belə, elmi idrakın ümu-
mi metodologiyası da mövcuddur. Ümumelmi metodologiya hər bir 
elmin daxilində tədqiqat məsələlərinin işlənməsinin prinsipial əsasını 
təşkil edir. Ona görə də pedaqogikanın metodologiyasını ümumi 
metodologiyadan fərqləndirmək lazım gəlir . 
Pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyənin əsasları 
və quruluşu, pedaqoji gerçəkliyi əks etdirən biliklərin əldə edilmə-
sinə yanaşma prinsipləri və yolları, habelə belə bilikləri əldə etmək 
fəaliyyəti, proqramların, məntiqi metodların, tədqiqat işlərinin key-
fiyyətinin qiymətləndirilməsi haqqında sistemdir. Demək, peda-
qogika elminin metodoloji əsaslarını idrak nəzəriyyəsi, cəmiyyətin 
inkişaf qanunauyğunluqları, insan və onun tərbiyəsi, şəxsiyyətin 
ahəngdar inkişafı və formalaşması, milli və ümumbəşəri dəyərlər, 
onların vəhdəti barədə fəlsəfi, psixoloji və pedaqoji nəzəriyyələr, 
onlara sistemli yanaşma təşkil edir . 
Pedaqoji tədqiqatların metodologiyası pedaqoji nəzəriyyənin 
əsas qaydaları, pedaqoji hadisələrə yanaşmanın prinsipləri və onla-
rın tədqiqat metodları, həmçinin biliklərin tərbiyə, təlim, təhsil 
təcrübəsinə tətbiqi haqqında biliklər sistemidir.
“Pedaqoji tədqiqatların metodologiyası” dedikdə, hər hansı 
pedaqoji problemin tədqiqatının əsasına qoyulmuş ümumi prinsipial 
başlanğıc vəziyyət başa düşülür. Pedaqogikada metodologiyaya 
pedaqoji gerçəkliyin, yəni pedaqoji fakt, hadisə və proseslərin dərk 
edilməsi və dəyişdirilməsi haqqında nəzəri müddəaların məcmusu 
kimi baxılır... Mürəkkəb sistem olan metodologiyanın səviyyələri 
arasında müəyyən asılılıq mövcuddur. Bu zaman fəlsəfi səviyyə 
metodoloji əsas kimi çıxış edir, varlığın dərk olunması və dəyişdiril-
məsi prosesində dünyagörüşü rolunu oynayır.
Metodologiyanın nəzəri tərəfi elmi axtarışın başlanğıc müha-
kiməsi kimi əsas pedaqoji qanunauyğunluqların müəyyənləşdi-
rilməsi ilə əlaqədardır. O, pedaqoji tədqiqatın hansı fəlsəfi, elmşü-
naslıq, bioloji və psixoloji ideyalarda qurulduğunu müəyyənləşdirən 
dünyagörüşü funksiyasını daxil edir, alınmış nəticəni izah edir, nə-
ticə çıxarır. Metodologiyanın normativ tərəfi pedaqoji obyektlərə 


55 
yanaşmanın ümumi prinsiplərinin öyrənilməsi, elmi-pedaqoji tədqi-
qatların ümumi və xüsusi metod və priyomlarının sistemidir. Me-
todologiyaya görə, idrak metodlarının əsasında təbiət və cəmiyyətin 
obyektiv qanunları durur. İdrak metodu yalnız gerçəkliyin obyektiv 
qanunlarını əks etdirdikdə elmi metod olur. Məhz elmi tədqiqat 
metodlarından istifadə etməklə biz biliyimizi artırırıq. Biz ətraf 
aləmdəki bir çox şeylərin strukturu və hərəkət tərzi haqqında 
məlumata bələd olmadan idrakda və təcrübədə yeni nəticələrin əldə 
edilməsi üçün ona yanaşma metoduna yiyələnə bilmərik. Biz müəy-
yən biliklərə yiyələndikdən sonra həmin biliklərin nə vaxt nisbətən 
tamamlanmış sistemə düşəcəyini gözləmədən yeni biliklər və nəti-
cələr əldə etmək üçün onu tez tətbiq etməyə cəhd göstəririk. Unut-
maq olmaz ki, yalnız nəticə deyil, ona aparan yol da real olmalıdır . 
Metodologiyanın predmeti və vəzifələrini tədqiqat metod-
larının təhlili ilə məhdudlaşdırmaq yanlışlıq olardı. Buna daha geniş 
miqyasda yanaşan M.A.Danilov yazır ki, pedaqogikanın metodo-
logiyası pedaqoji nəzəriyyənin çıxış vəziyyəti, əsası və quruluşu 
haqqında, biliklərin əldə edilməsi qaydaları haqqında, inkişaf et-
məkdə olan cəmiyyətdə fasiləsiz dəyişən pedaqoji həqiqəti düzgün 
əks etdirən məlumatlara yiyələnmə qaydası və yanaşma prinsipləri 
haqqında biliklər sistemidir. V.İ.Zaqvyazinski yazır: “Pedaqogika-
nın metodologiyası pedaqoji biliklər və onu əldə etmə prosesi haq-
qında, başqa sözlə, pedaqoji idrak haqqında təlimdir. Ona aşağı-
dakılar daxildir: 
1) pedaqoji biliklər, həmçinin pedaqoji problematikanın struk-
turu və funksiyaları haqqında təlim; 
2) metodoloji məna kəsb edən əsas, hakim, fundamental, fəl-
səfi, ümumelmi və pedaqoji qayda (nəzəriyyə, konsepsiya, fər-
ziyyə);
3) pedaqoji idrakın metodları (sözün dar mənasında meto-
dologiya) haqqında təlim. 
Beləliklə, pedaqoji metodologiya elmi-pedaqoji tədqiqatların 
başlanğıc (açar) vəziyyəti, strukturu, funksiyaları və metodları haq-
qında təlimdir” . 
V.İ.Zaqvyazinski metodoloji biliklərin tərkibinə aşağıdakıları 
daxil edir: a) ümummetodoloji və ümumelmi qanunlar, qanuna-


56 
uyğunluqlar, onlardan doğan pedaqoji qaydalar, pedaqoji fəaliyyətə 
verilən tələblər və pedaqoji fəaliyyət (məsələn, dərketmədə əksolun-
ma və yaradıcılığın vəhdəti, idrakın subyektinin fəallığı, tərbiyənin 
ümumi məqsədi haqqında qayda); b) daha ümumi və əhəmiyyətli 
pedaqoji qanunlar və qanunauyğunluqlar, pedaqoji fəaliyyətə onlar-
dan irəli gələn tələblər; c) pedaqoji tədqiqatların prinsipləri və 
metodları. 
Metodoloji problematika beş qrupa ayrılır ki, onların içəri-
sində də ümumi və xüsusi metodologiyalar daha mühüm əhəmiyyət 
kəsb edir. Elmi idrakın ümumi metodologiyası çoxdan mövcuddur. 
O, dialektikanın qanunlarına uyğun olaraq şeylərin və hadisələrin 
xassələrinə, təbiətin, cəmiyyətin, insan təfəkkürünün ümumi qanun-
larına, təfəkkür prosesinə və varlığın dəyişilməsinə, bütün obyektiv 
aləmə xas olanları açır. Bu, hər hansı hadisəyə, qarşılıqlı asılılığa 
sıx qarşılıqlı əlaqədə baxmaq imkanı verir. Təbiət, cəmiyyət və in-
san təfəkküründə baş verən bütün proseslərə xas olan səbəb-nəticə 
əlaqələri daxili və xarici, mühüm və qeyri-mühüm əlaqələrdir. Pe-
daqoji prosesin dialektikasının bu problemləri – onun hərəkətə gə-
tirmə qüvvəsi, nəzəriyyə və praktikanın, konkret və mücərrədin, tək 
və ümuminin, obyektiv və subyektivin, tədris-tərbiyə prosesinin 
harmoniyasının əldə edilməsi problemləridir. Onlar metodologiya-
nın inkişafının bütün mərhələlərinə daxil olur, hər hansı metodoloji 
biliklərin əsası kimi çıxış edir. Tədqiqatın pedaqogika tarixinə, onun 
nəzəriyyəsinə, didaktikaya, yaxud tərbiyəyə aid olmasından, nəzəri 
və ya empirik, fundamental və ya tətbiqi xarakter daşımasından, 
ümumi və ya konkret mövzuya həsr edilməsindən asılı olaraq 
metodoloji əsasda özünəməxsus çalarlar nəzərə alına bilər. 
Elmlərin metodologiyası onun elə bir sahəsidir ki, elmi-tədqi-
qat metodlarını və həmin elmi təmsil edən fənnin öyrənilməsinə ya-
naşma prinsiplərini öyrənir. Hər bir elm özünə xas olan tədqiqat me-
todlarından istifadə edir, onların xarakteri tədqiqatın məzmunundan 
və məqsədindən asılı olur. Pedaqogikanın metodologiyası elmlərin 
ümumi metodologiyasından nəşət edən, pedaqoji nəzəriyyənin çıxış 
vəziyyətinin, biliklər sisteminin inkişafı ənənələrinin öyrənilməsi, 
pedaqoji hadisələrə və onların tədqiqat metodları, həmçinin əldə 


57 
olunmuş biliklərin tərbiyə, təlim və təhsil təcrübəsinə tətbiqi yolları 
haqqında elmdir . 
V.İ.Zaqvyazinskinin fikrincə, xüsusi pedaqoji problemlər 
pedaqogikanın və pedaqoji tədqiqatların özünəməxsus problemlə-
ridir. Onlara tədqiqatın problematikası haqqında məsələlər, metodo-
loji status qazanmış nəzəri qaydalar qrupu, elmi axtarışların nəticə-
lərinin nəzəri biliklər sisteminə gətirilməsi, problemlərin tədqiqin-
dən əldə edilən nəticələrin təcrübəyə tətbiqi, didaktik və metodik 
qruplaşdırılmaların prinsipial əsası daxildir. Müasir pedaqoji kon-
sepsiyanın əsas əlamətlərini xarakterizə edən nəzəri müddəalar 
metodoloji əsaslar kimi çıxış edir. Didaktikada bu müddəalar təli-
min məqsədi, mahiyyəti, quruluşu, hərəkətverici qüvvələri, perspek-
tiv inkişafı və sairəni şərh edir. Metodoloji müddəaların çoxu didak-
tik prinsiplərdə əks olunmuşdur. Filosoflar göstərirlər ki, elmin 
strukturunun elementi olan metod nəzəriyyəyə, qanuna və qanuna-
uyğunluğa nisbətən daha çox hərəkətdədir, dəyişkəndir. 
Geniş istifadə olunan xüsusi pedaqoji, ənənəvi elmi-tədqiqat 
metodları məlum materialın alınması, onun qruplaşdırılması və sis-
temləşdirilməsi, bu və ya digər münasibətlərin müəyyənləşdirilməsi 
mərhələsində çox faydalıdır. Onlar pedaqoji obyekt və hadisələrin 
keyfiyyət əlamətlərini, struktur elementlərini tapmağa və formalaş-
dırmağa imkan verir, empirik faktların öz-özünə toplanmasını təmin 
edir. Onların qiyməti bundadır. Bununla yanaşı, daha çox yəqin olur 
ki, yalnız ənənəvi metodlardan istifadə pedaqogikanın empirik bazi-
sinin keyfiyyətcə kökündən dəyişərək yenidən yaranmasına, ciddi 
pedaqoji qanunların və nəzəriyyələrin formalaşmasına, pedaqogika-
sının öz proqnostik vəzifəsini həyata keçirməsinə ümid bəsləməyə 
imkan vermir. Təsadüfi deyildir ki, XX əsrin 80-cı illərinin elmi-pe-
daqoji nəşrlərində belə işlərin nəzəri səviyyəsini əhəmiyyətli dərə-
cədə yüksəltməyə imkan verən metodların axtarılmasına diqqət 
verilmişdir.
Y.K.Babanski yazırdı: “Nəzəri təhlil metodları hər bir tədqi-
qatın nəzəri yeniliklərinin təlimin və tərbiyənin qanunauyğunluq-
larına bu və ya digər dərəcədə daxil olmasına imkan verir. Nə qədər 
ki, pedaqogikanın qanunauyğunluqlarının onun inkişafının müasir 
mərhələsində əsaslandırılması vəzifələri real və zəruri olur, məhz 


58 
buna görə də hər hansı elmi tədqiqatda nəzəri metodların rolunun 
artmasına, hərtərəfli cəhd göstərmək lazımdır” .
Pedaqoji tədqiqatların metodoloji əsası didaktikanın, tərbiyə 
nəzəriyyəsinin yaradıcı rolunun artmasına – elmi biliklərin sürətlə 
inkişafına, texnologiya və metodların yeniləşməsinə, yeni yanaş-
manın tətbiqinə, pedaqoji prosesdə inteqrasiya və differensiyanın 
nəzərə alınmasına geniş imkanlar yaradır. Beləliklə, düzgün müəy-
yənləşdirilmiş metodoloji əsasın köməyi ilə pedaqoji prosesdəki 
gizli, qapalı, dərin, çətin, rəngarəng, mürəkkəb komplekslər həll 
olunur. Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması təmin 
olunur. Bu gün hərtərəfli, dərin pedaqoji tədqiqatların elmi nəticə-
ləri təhsilimizin uğurla inkişafına və dünya təhsil sisteminə 
müvəffəqiyyətlə inteqrasiya olunmasına xidmət edə bilər.
Metodologiyanın ən fundamental problemi pedaqogikanın 
predmetinin və pedaqoji hadisələrin dərk olunması məntiqinin 
müəyyənləşdirilməsidir. Pedaqogikanın metodologiyası ilə tədqiqa-
tın əsas problematikasını dəqiq müəyyənləşdirmək, metodoloji bi-
liklərin obyekti və predmetinin məzmununu hərtərəfli əks etdirmək 
lazımdır. Elmi idrakın vacib sahəsi sayılan metodologiyanın obyekti 
olan elmi-tədqiqat prosesi isə biliyə yiyələnmə və onun praktik 
tətbiqi qaydasıdır. Metodologiyaya istinad etmək şəxsiyyətin inkişa-
fının, yeni insanın formalaşmasının qanunauyğunluqlarına müvafiq 
olaraq onun idrakını inkişaf etdirməyə, tərbiyəsini lazımi səviyyədə 
qurmağa imkan verir.
Pedaqoji tədqiqatın metodologiyası tədqiqatın məqsədinə və 
məzmununa uyğun formalaşdırılmalıdır. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə