Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə37/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   382
N 211

Öyrədici eksperiment.
Öyrədici eksperiment adından məlum 
olduğu kimi, eksperimental siniflərin şagirdlərinə tədqiqatçının 
hazırladığı yeni sistemi, yeni materialı, qaydanı, fəaliyyət növünü 
öyrətməyi nəzərdə tutur. Bu zaman şagirdlərin şəxsi keyfiyyətləri-
nin yaxşılaşdırılması, formalaşdırılması üzrə iş gedir. Ona görə də 
formalaşdırıcı eksperiment hesab olunur. Öyrədici eksperiment 
yaradıcı, yaxud kökündən dəyişən də adlandırıla bilər. Bu zaman 
yeni təlim sistemi eksperimental yolla sınaqdan keçirilir. Bu sistem 
eksperimentin fərziyyəsinə müvafiq şəkildə qurulur. Öyrətmək 
təlim təcrübəsi olduğundan onu təcrübi-eksperimental iş də adlan-
dırmaq mümkündür. Bu təcrübi-eksperimental iş daha təkmil peda-
qoji prosesin modeli ola bilər. Bunun sayəsində tərbiyə və təlimin 
ən yüksək effektinə nail olmaq mümkündür. V.V.Krayevski çox 
doğru qeyd etmişdir ki, sözün ciddi mənasında eksperiment idraki 
tədbirdir.
Öyrədici eksperimentin metodikası əvvəlcədən işlənilir. Nələ-
rin hansı ardıcıllıqla təqdim olunacağı, necə öyrədiləcəyi müəy-
yənləşdirilir. Eksperimentator metodikanı eksperimental siniflərin 
müəllimlərinə çatdırır. O, öyrədici eksperimentə başlamazdan əvvəl 
müəllimlərlə treninq keçirir. Treninq bir daha müəllimlərin səviy-


71 
yəsini, eksperimental tədqiqata həvəsi və bacarığı eksperimentə 
qoyulan ideya, fərziyyə, yeni sistemin xarakteri, əvvəlkindən fərqi
üstünlüyü, onun təcrübədə müvəffəqiyyətlə sınaqdan keçirilməsi 
üçün nəzərdə tutulmuş çalışmaların növləri, məzmunu haqqında 
məlumat verir. Həmin çalışmalar da sistemin tətbiqi prosesində la-
zım olacaq əyani vəsait, didaktik materiallar, testlər, şagirdlərin 
uğurlarının öyrənilməsi və ona nəzarətlə bağlı məsələlər açıqlanır, 
lakin işin gedişində bir neçə sinifdə müşahidə zamanı müəyyən 
situasiyada qarşıya çıxan çətinliklər, yeni ideyalar metodikada (iş 
sistemində) müəyyən dəyişikliklərin, korrektlərin aparılmasını diktə 
edə bilər. Eksperimentator belə faktları qeydə almalı və bütün 
siniflərə göstəriş verməlidir.
Müəllimlər eksperimentin gedişində ideyanı, sistemi dəyişmə-
dən situasiyanı, çalışmanı azacıq dəyişməklə işi davam etdirə bilər-
lər. Bəzən şagirdlərin fəaliyyəti nədə isə müəyyən dəyişikliyin apa-
rılmasını diktə edə bilər. Belə dəyişikliklər müqayisəli fikir söy-
ləməyə, nəticə çıxarmağa imkan verir. Beləliklə, eksperimentator 
müəllimlərə eyni çalışmalar sistemini yerinə yetirməyi təklif edir və 
müxtəlif hazırlıqlı qruplarda öyrədilmə prosesində qarşıya çıxan 
fərqləri nəzərə almağı tapşırır. Eksperimentatorun təqdim etdiyi 
metodika əsasında yerli şəraiti, imkanları nəzərə almaqla hər bir 
müəllim öz metodikasını hazırlaya bilər. 
Eksperimentator və müəllim öyrətdiyi yeni sistemin necə qav-
ranılması üzərində müntəzəm müşahidə aparmalı, müvafiq şəraitin 
yaranmasına nail olmalı, əvvəlkindən (adət etdiyindən) fərqli olaraq 
hansı halların yarandığını izləməli, təlimin keyfiyyətinin necə yük-
səldiyinə inanmalıdır.
Bəzən eksperiment mürəkkəb problem üzrə qoyulduqda siste-
min iki-üç variantı sınaqdan keçirilə bilər. Tədqiqatçı onların içəri-
sindən daha az vaxt, vəsait, qüvvə itirməklə alınan ən yaxşı nəticəni 
seçməklə sistemin optimallaşdırılmasını təmin edir. Seçilmiş vari-
antı hazırlığı bərabər səviyyəli siniflərdə tətbiq etməklə üstünlüyünü 
bir daha sübut edir. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə