Annotasiya


Müəyyənləşdirici eksperiment



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə36/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   382
N 211

Müəyyənləşdirici eksperiment. 
Bu eksperimenti təşkiledici 
eksperiment də adlandırırlar. Pedaqoji-psixoloji tədqiqatlarda müəy-
yənedici eksperiment xüsusi mərhələ kimi yüksək qiymətləndirilir. 
Müəyyənedici eksperimentdə tədqiqatçı yalnız araşdırılan pedaqoji 
sistemin vəziyyətini öyrənir, faktların əlaqəsini, hadisələr arasındakı 
asılılıqları müəyyənləşdirir. Pedaqoji tədqiqatın başlanğıcı, ilk pilləsi 
məhz müəyyənedici eksperimentdir. Bu prosesdə təlim-tərbiyənin 
mövcud sistemi yoxlanır, pedaqoji-psixoloji diaqnostika aparılır.
Müəyyənedici eksperimenti bəzən məktəb təcrübəsinin öyrə-
nilməsi və ümumiləşdirilməsi ilə qarışdırırlar. Adından məlum ol-
duğu kimi, müəyyənedici eksperiment hər hansı fərziyyənin yoxlan-
masına, tədqiqat obyektinin vəziyyətinin öyrənilməsinə xidmət edən 
ilkin mərhələdir. Bu mərhələdə eksperimentator bir müddət bərabər 
səviyyəli şagirdlər (siniflər, məktəblər və s.), müəllimlər sorağında 
olur. Lazım gəldikdə səviyyənin belə bərabərləşdirilməsində 


70 
bilavasitə iştirak edir. Bu mərhələdə təxminən bərabər səviyyəli 
siniflərdən (məktəblərdən, rayonlardan) kontrol sinif müəyyən 
edilir. İstər eksperimental, istərsə də kontrol siniflərdə mövcud və-
ziyyət eyni yolla aşkara çıxarılır və sənədləşdirilir. Bu isə o qədər 
də asan məsələ deyildir.
Eksperimentə cəlb olunacaq siniflərin səviyyəsini müqayisəli 
öyrənmək məqsədilə müxtəlif işlər görülür. İstər eksperimental, is-
tərsə də kontrol siniflərdə şagirdlərin fiziki və psixi inkişafının 
ümumi səviyyəsi müəyyənləşdirilməli və bərabər səviyyəli siniflər 
götürülməlidir. Eksperimentator çalışmalıdır ki, bütün siniflərə veri-
lən mövzu, tapşırıqların sayı və həcmi, onların yerinə yetirilməsi 
üçün sərf olunan vaxt, cədvəl üzrə məşğələlərin sayı və s. eyni 
olsun. Burada yeganə fərq variativ ola bilər. Eyni mövzu üzrə eyni 
səviyyəli məsələlər, tapşırıqlar seçməklə bunu təmin etmək müm-
kündür. Eksperiment iki-üç paralel sinifdə təşkil olunduqda eyni 
müəllimin dərs deməsini təmin etmək mümkündür.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə