Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə34/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   382
N 211

Anketləşdirmə
. Anketləşdirmə metodu mahiyyəti etibarilə 
müsahibə metodunun yazılı şəklidir. Bu metodun tətbiqində başlıca 
məsələ anketin məzmunlu, dəqiq tərtib edilməsidir. Anketləşdirmə 
müsahibəyə nisbətən sərt məntiqi konstruksiyaya malikdir. Anket 
üçün suallar əvvəlcədən seçilir və mümkün olan yazılı cavablar da 
müəyyənləşdirilir. Anket sorğusu həmişə eksperimentatorun respon-
dentlərlə üzbəüz ünsiyyətdə olmasını tələb etmir. Bu metod tədqiqa-
ta daha çox şagirdi cəlb etmək imkanı verir. Anketləşdirmə ehtimal-
lara əsaslanır. Tədqiqatın məqsədinə uyğun verilən suallara şagird-
lərin cavabları təhlil olunur, kütləvi materialla ilkin tanışlıq həyata 
keçirilir. Hazırda pedaqoji tədqiqatlarda açıq və gizli, adlı və adsız 
və s. anket sorğularından istifadə olunur.
Anket sorğusu müstəqil tədqiqat metodu olmaqla yanaşı, həm 
də digər tədqiqat metodlarına xidmət edir. Anketdə mahiyyət yaxşı 
açılmalı, o, cavab verənin işini asanlaşdırmalıdır. Hər bir suala yazı-
lı şəkildə birmənalı dəqiq cavab vermək imkanı təmin edilməlidir. 
Anket tədqiqatın fərziyyəsi ilə əlaqədar informasiyaların alınmasına 
xidmət etdiyindən məqsədyönlü və dəqiq olmalıdır. Anketdə şagird-
lərin (respondentlərin) diqqətini yayındıran, mənfi emosiya yaradan 
ikincidərəcəli, o qədər də əhəmiyyətli olmayan yüngül epizodik mə-
sələlərə yer verilməməlidir. Sual elə qoyulmalıdır ki, respondentlər 
əsaslandırılmış şəkildə axtarılan informasiyanı tapa bilsinlər. Anket 
tərtib edərkən respondentlərin həmin suallara dəqiq elmi cavab verə 


66 
bilib-bilməyəcəkləri, onların ürəkdən cavab verib-verməyəcəkləri
sualların onların əhval-ruhiyyəsinə necə təsir edəcəyi nəzərə alın-
malıdır. Anketdə qapalı və açıq suallar verilir. Anketdə hər hansı 
suala mümkün olan cavabın bütün variantları əhatə olunursa, sual 
qapalı hesab olunur. Bu zaman təklif olunan bir sıra formalaşdırıl-
mış sualdan bir və ya bir neçə cavabın seçilməsi nəzərdə tutulur. 
Belə sualla rastlaşan respondent öz biliyinə uyğun variantı seçir. 
Qapalı anketin suallarında tədqiqatçı seçimi əvvəldən qoyulmuş ca-
vab variantlarının sayı ilə məhdudlaşdırılır. Açıq sualda cavabların 
xarakteri, sayı, növləri və formaları əvvəlcədən nəzərdə tutulmur. 
Standart olmayan belə intervüdə yalnız açıq suallardan istifadə 
olunur. Açıq suallar o qədər də dərin düşüncə, ciddi araşdırma tələb 
etmir. Ona görə də respondentlər açıq suallara daha böyük həvəslə 
cavab verir. Bu zaman çətin sualdan qaçmaq, cavab verməkdən 
yayınmaq imkanı olur. 
Anketləşdirmə tədqiqat obyektini ölçmə, qiymətləndirmə va-
sitəsi rolunda da çıxış edir. Hər hansı tədqiqat metodu kimi anket-
ləşməni də universal hesab etmək olmaz. Bu metod bəzən həlledici, 
bəzən köməkçi rol oynayır, bəzən isə heç lazım olmur.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə