Annotasiya



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə35/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   382
N 211

Pedaqoji eksperiment.
Pedaqoji eksperiment pedaqoji təd-
qiqat prosesində öyrənilən hadisənin effektliyini müqayisəli şəkildə, 
sübutedici yolla aşkara çıxaran, düzgün, dəqiq, mötəbər nəticəyə 
gəlməyə imkan verən xüsusi növ empirik metoddur. Pedaqoji eks-
periment tədqiqatın məqsədinə uyğun olaraq yeni şərait yaratmaq 
yolu ilə pedaqoji hadisəyə fəal təsir göstərir. Eksperiment təlim-
tərbiyə prosesinin gedişində planlaşdırılmış şəkildə məqsədyönlü 
dəyişikliklər aparmağa, pedaqoji faktorların təsiri ilə xüsusi yara-
dılmış ictimai-tərbiyəvi mühitdə şəxsiyyətin tərbiyəsinin bu və ya 
digər cəhətini öyrənməyə imkan verir. Eksperimentin gedişində ha-
disələri daha əlverişli şəkildə öyrənmək üçün süni yolla məqsəd-
yönlü dəyişmək, yaxud yenidən yaratmaq mümkün olur. Beləliklə, 
hadisə prosesə nəzarət edilən və idarə olunan şəraitdə öyrənilir. 
Pedaqoji eksperiment planlaşdırılarkən aşağıdakılar nəzərə 
alınmalıdır: 1) eksperimentin məqsədi; 2) eksperimentin həcmi;
3) eksperimentdə iştirak edən şəxslərin xarakteristikası; 4) ekspe-
riment üçün istifadə olunan materialın təsviri; 5) eksperimentin keçi-


67 
rilmə metodikası; 6) eksperimentin keçirilmə yeri və vaxtı; 7) ekspe-
rimentin nəticələrinə təsir göstərə biləcək əlavə dəyişənlərin təsviri
8) eksperimentin gedişi üzərində müşahidənin təsviri; 9) eksperimen-
tin nəticələrinin təsviri; 10) eksperimentin yekunlaşdırılması qaydası. 
Tədqiqatçı eksperimentin planını elə tərtib etməlidir ki, ki-
fayət qədər hazırlıqlı hər hansı şəxs onun əsasında müvəffəqiyyətlə 
eksperiment apara bilsin. Pedaqoji ədəbiyyatda göstərilir ki, obyek-
tiv nəticənin alınması üçün kənar təsirlərə yol verilməməli, aşağı-
dakı şərtlər gözlənilməlidir:
1) Eksperimenti təşkil edənin məsləyə münasibəti, ümumi-
nəzəri, pedaqoji, psixoloji hazırlığı, bu sahədə səriştəsi və bacarığı 
mükəmməl olmalıdır. 
2) Eksperimentin aparılacağı təhsil müəssisələrinin növü 
(məktəbəqədər müəssisə, ibtidai siniflər, orta məktəb, peşə təhsili 
sistemi, xüsusi məktəb və s.) müəyyənləşdirilməlidir.
3) Eksperimentin təhsil alanlar, yaxud təhsil verənlərlə aparı-
lacağı (Adətən, təhsil alanların öyrənilməsi, inkişafı ilə əlaqədar 
sınaqlar keçirilir. Tərbiyəçi və müəllimlərin fəaliyyəti, onların yeni 
təlim texnologiyalarından istifadə etmə bacarıqlarının inkişafı üzrə 
də tədqiqat aparmaq mümkündür.). 
4) Eksperimentə cəlb ediləcək subyektin sayı müəyyən olun-
malıdır. Eksperimentə kiçik bir qrup, yoxsa sinif, məktəb, kurs, 
fakültə, universitet və s. cəlb olunacaq? Yeri gəlmişkən qeyd edək 
ki, 2-3 nəfərdən başlanmış yüzlərlə adamı eksperimentə cəlb etmək 
olar. Eksperimentə həddən çox adamın cəlb edilməsinə də yol veril-
məməlidir. Belə hallarda onların bir qismini əhatə etmək mümkün 
olmadığından nəticədə dəqiqlik gözlənilmir. 
5) Eksperimentin aparılmasının coğrafiyası üzərində də dü-
şünmək lazımdır. Eksperimentin yalnız şəhərdəki, yoxsa rayon 
mərkəzindəki, kənddəki təhsil müəssisələrində, ölkəmizin şimalın-
dakı, cənubundakı, qərbindəki, yoxsa bütün bölgələrindəki təhsil 
müəssisələrində aparılması, təbiəti kasıb və ya zəngin olan yerlərdə 
aparılması üzərində düşünmək lazımdır. 
6) Eksperimentin aparıldığı sosial mühit – iri şəhərlərdə, ra-
yon mərkəzində, kənddə, azsaylı xalqların toplum halında yaşadıq-
ları yerlərdə aparılması nəzərə alınmalıdır.


68 
7) Təhsil müəssisələrinin maddi bazası, tədris avadanlığı, yeni 
təlim texnologiyalarından istifadə imkanları nəzərə alınmalıdır. 
8) Eksperimentə cəlb olunan şagirdlərin (tələbələrin) cinsi, 
yaşı, sağlamlığının vəziyyəti, intizamı, oxumağa münasibəti, mara-
ğı, meyli, qabiliyyəti diqqət mərkəzində saxlanılmalıdır. 
9) Eksperimentdə istifadə olunan didaktik metodlardan (müşa-
hidə, müsahibə, anket sorğusu, intervü, yoxlama işi, testlər və s.) ay-
rıca və ya kompleks şəkildə istifadə olunması da nəzərə alınmalıdır.
10) Eksperimentə rəhbərlik imkanlarının (vaxtaşırı bütün ob-
yektdə olmaq, frontal, diferensial və fərdi iş aparmaq, şifahi və yazılı 
anketlərlə sorğu keçirmək, hər bir mərhələni ümumiləşdirərək apa-
rıcılara istiqamət vermək və s.) nəzərə alınması son dərəcə vacibdir. 
11) Eksperimental tədqiqatların əksəriyyətində müqayisə yolu 
ilə effektivliyini sübuta yetirməyə imkan verən alternativ tərəfin 
(çox hallarda kontrol siniflər və məktəblərin) olması təmin edil-
məlidir. Bu məqsədlə bilavasitə eksperimentin aparılacağı siniflərin 
(məktəblərin) və onlarla müqayisə olunacaq kontrol siniflərin (mək-
təblərin) təxminən bərabərsəviyyəli olması zəruridir. 
12) Eksperimentin bir və ya bir neçə təsir göstərən faktorlarla 
əlaqədar olması nəzərə alınmalıdır. Qrupların bərabərləşdirilməsi, 
əsasən, şagirdləri və müəllimləri düzgün seçməklə mümkündür. On-
ların hazırlığı, qabiliyyətlərinin səviyyəsi diqqətlə öyrənilməlidir. 
Vurğulamaq yerinə düşər ki, bu göstəricilərin ölçülməsi qaydası 
hələ kifayət qədər işlənilməmişdir. Ona görə də kontrol və 
eksperimental qrupları tam bərabərləşdirmək çətindir.
Obyekti təbii şəraitdə öyrənən metodlardan fərqli olaraq eks-
periment, hadisənin mahiyyətini dumanlandıran, az əhəmiyyətli 
faktları təcrid etməklə onu öyrənir: istənilən nəticəni almaq üçün şə-
raiti planauyğun şəkildə dəyişir, kombinə edir, müxtəlif variantlar 
düzəldir, sonra şəraiti nəzərə almaqla tədqiq olunan hadisəni yeni-
dən yaradır.
13) Eksperimental qruplar (siniflər, məktəblər) üçün eksperi-
mentatorun hazırladığı sistem təlim-tərbiyə prosesinə yeni amil 
daxil edir. Bu yeniliyin metodikası təlimati seminarda eksperimen-
tin aparıcılarına çatdırılmalıdır. 


69 
14) Eksperimental və kontrol siniflərin hamısında şərait eyni 
olmalıdır. Eksperimental və kontrol siniflərin hər ikisində tədris 
materialı (eksperimental amildən – sınaqdan keçirilən hadisədən 
başqa) eyni olmalıdır. 
15) Eksperimental siniflərin işinə başqalarının müdaxilə etmə-
lərinə, kənar təsirlərə yol verilməməlidir.
16) Eksperimentin dəqiqliyi üçün müəyyənedici eksperimentə 
cəlb olunmuş məktəb (sinif, şagird qrupu) onun yekunlaşdı-
rılmasınadək dəyişdirilməməlidir. Eksperimentin xarakterindən asılı 
olaraq eksperimentator tədqiqatı müəyyən müddət (bir neçə gün, bir 
neçə ay, bir neçə il) ərzində eyni obyektlə aparmalıdır.
Eksperiment vaxta görə qısamüddətli və uzunmüddətli ola bi-
lər. Nəzəri cəhətdən qısamüddətli eksperiment laborator şəraitdə 
bir-iki saat ərzində reallaşdırıldığı halda, didaktik eksperiment 
uzunmüddətli olur. Pedaqoji eksperimentlər yerinə yetirdiyi vəzifə-
lərə görə üç növə ayrılır: müəyyənləşdirici (diaqnostik), öyrədici, 
yoxlayıcı.
Müəyyənləşdirici, öyrədici və yoxlayıcı (kontrol) eksperi-
mentin hər biri ümumi eksperimentin bir mərhələsi olmaqla biri di-
gəri üçün zəmin rolunu oynayır, biri digərini tamamlayır. Bunların 
hər birinə nəzər salaq.

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə