104
V.Q.Belinski də uşağın inkişafında irsiyyətin rolunu tam inkar
edib, tərbiyənin rolunu həddən artıq şişirənləri tənqid edərək yazırdı
ki, körpənin ruhu üzərində istənilən şeylər yazıla bilən “ağ lövhə”
deyildir: “O elə bir toxumdur ki, ondan ağac ola bilər,
elə bir
imkandır ki, ondan adam ola bilər”. Palıd ağacını alma yetişdirməyə
məcbur etmək olmaz, çünki, onda alma yetişdirmək imkanı yoxdur,
lakin meşədə cır alma ağacını peyvənd etməklə böyük və dadlı
almalar yetişdirməyə məcbur emək olar. Bununla V.Q.Belinski in-
sanda qabiliyyətlərin inkişaf etməsi üçün müəyyən təbii imkanların
müəyyən rol oynadığını göstərmişdir.
Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII əsr) tərbiyə-
nin roluna böyük qiymət vermişlər. Y.A.Komenskiyə görə, insan
tərbiyə sayəsində insan olur. O, “hamıya hər şeyi öyrətməyin” (Pan-
sofiya ideyası) mümkün olduğunu qeyd edirdi. Fransız materialisti
K.Helvetsi də tərbiyənin rolunu şişirdirdi. O deyirdi ki, “tərbiyə hər
şeyə qadirdir”. Helvetsiyə etiraz edən Deni Didro göstərirdi ki, “tər-
biyə
hər şeyə deyil, çox şeyə qadirdir”. Tərbiyənin təbii xüsusiy-
yətlərə münasibəti məsələsinə toxunarkən Didro Pestalotsinin məlum
bir fikrinə yaxınlaşır; D.Didro deyir ki, tərbiyə uşaqların
təbiətini
nəzərə ala bilsə, onlarda faydalı təbii imkanları inkişaf etdirə və
zərərli təbii imkanları üstələyə bilər. Onun fikrincə, insanların xarak-
terindəki və zehni inkişafındakı fərqlər tərbiyənin nəticəsidir. XVII
əsr fransız pedaqoqu və filosofu Mişel
Lepeletye irəli sürdüyü
layihələrdə göstərirdi ki, təhsil və tərbiyə vasitəsilə yeni insanlar ha-
zırlamaq və cəmiyyəti təzələmək olar. Onun layihəsinə görə uşaq-
ları milli məktəblərə cəlb etmək və mühitin mənfi təsirindən onları
qorumaq mümkündür. Lakin, Lepeletyenin ideyalarını həyata keçir-
mək mümkün olmamışdır.
Azərbaycan maarifçılərindən S.Ə.Şirvani, M.Ə.Sabir cəmiy-
yətin tərəqqisində tərbiyəyə böyük ümid bəsləmişlər. Onlar insanın
xoşbəxtliyinin yolunu tərbiyədə görmüşlər. S.Ə.Şirvani “İqlimin
təsiri” adlı şeirində tərbiyənin təsir gücünü belə ifadə etmişdir:
Dostları ilə paylaş: