Annotasiya


 Şəxsiyyətin inkişafi və formalaşmasında



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə55/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   382
N 211

 
3.8. Şəxsiyyətin inkişafi və formalaşmasında
tərbiyənin rolu 
Şəxsiyyətin inkişafında 
tərbiyə
amili mühüm əhəmiyyət kəsb 
etməkdədir. 
Hələ аntik dövrün böyük filоsоfu Plаtоn deyirdi ki, insаnı 
düzgün tərbiyə etsək, о, ən sаkit və ilаhi məxluq оlаr. Əgər оnu tər-
biyə etməsələr və yа yаnlış tərbiyə versələr, о zаmаn о, yer üzərində 
оlаn heyvаnlаrın ən vəhşisi оlаr. O deyirdi ki, dövlətin gücü insan-
ların tərbiyəsindən asılıdır. 
İlk dəfə fitri qаbiliyyətlər nəzəriyyəsinə zərbəni ingilis filоsо-
fu 
Cоn Lоkk
vurmuşdur. O 
“Ağ lövhə” nəzəriyyəsi
ni irəli sürərək 
demişdir ki, insan doğularkən “Ağ lövhə” kimi doğulur. Bu lövhəyə 
nə yazılarsa, insan da elə inkişaf edəcəkdir. О, belə hesаb edirdi ki, 
uşаq dünyаyа nə şаir, nə həkim, nə də аğа kimi gəlir, irsən uşаğа 
heç nə verilmir. Cоn Lоkk insаn xаrаkterini аxаr çаyа, tərbiyəni isə 
bəndlərə bənzədirdi. Аxаr çаyın qаrşısınа bəndlər vurub оnun isti-
qаmətini dəyişmək mümkün оlduğu kimi, tərbiyənin gücü ilə insаn 
xаrаkterini istənilən səmtə yönəltmək оlаr. Con Lokk iddia edirdi 
ki, təsadüf etdiyimiz adamların onda doqquzu mövcud olduqları və-
ziyyətdə-rəhmdil və ya zalım, faydalı və ya faydasız olmalarında 
tərbiyəyə minnətdardırlar. İnsanlar arasındakı fərqləri məhz tərbiyə 
yaradır. 
XVIII əsrin fransız materialistləri Helvetsi, Didro və başqaları 
“Ağ lövhə” nəzəriyyəsini əsasən qəbul etmiş və müəyyən qədər 
yaymağa çalışmışlar. Helvetsi irsiyyət amilini inkar edərək tərbiyə 
amilini həddən çox şişirdərək deyirdi ki, “Tərbiyə hər şeyə qadir-
dir”. Deni Didro Helvetsiyə və Con Lokka cavab yazaraq deyirdi ki, 
tərbiyə amilini çox da şişirtmək lazım deyildir. “Tərbiyə hər şeyə 
yox, çox şeyə qadirdir. “Ağ lövhə”yə yazmaq əsas şərt deyildir. 
Əsas şərt “Ağ lövhə”yə kim yazır, nə yazır, necə yazır və hansı 
alətlə yazır” – budur əsas şərt. Deni Didro demək istəyirdi ki, şəx-
siyyətin nkişafı və tərbiyəsində tərbiyəçinin də rolu böyükdür. O ne-
cə tərbiyə edir, hansı üsullarla tərbiyə edr, kimi tərbiyə edir və kim 
tərbiyə edir - əsas məsələ budur. 


104 
V.Q.Belinski də uşağın inkişafında irsiyyətin rolunu tam inkar 
edib, tərbiyənin rolunu həddən artıq şişirənləri tənqid edərək yazırdı 
ki, körpənin ruhu üzərində istənilən şeylər yazıla bilən “ağ lövhə” 
deyildir: “O elə bir toxumdur ki, ondan ağac ola bilər, elə bir 
imkandır ki, ondan adam ola bilər”. Palıd ağacını alma yetişdirməyə 
məcbur etmək olmaz, çünki, onda alma yetişdirmək imkanı yoxdur, 
lakin meşədə cır alma ağacını peyvənd etməklə böyük və dadlı 
almalar yetişdirməyə məcbur emək olar. Bununla V.Q.Belinski in-
sanda qabiliyyətlərin inkişaf etməsi üçün müəyyən təbii imkanların 
müəyyən rol oynadığını göstərmişdir. 
Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII əsr) tərbiyə-
nin roluna böyük qiymət vermişlər. Y.A.Komenskiyə görə, insan 
tərbiyə sayəsində insan olur. O, “hamıya hər şeyi öyrətməyin” (Pan-
sofiya ideyası) mümkün olduğunu qeyd edirdi. Fransız materialisti 
K.Helvetsi də tərbiyənin rolunu şişirdirdi. O deyirdi ki, “tərbiyə hər 
şeyə qadirdir”. Helvetsiyə etiraz edən Deni Didro göstərirdi ki, “tər-
biyə hər şeyə deyil, çox şeyə qadirdir”. Tərbiyənin təbii xüsusiy-
yətlərə münasibəti məsələsinə toxunarkən Didro Pestalotsinin məlum 
bir fikrinə yaxınlaşır; D.Didro deyir ki, tərbiyə uşaqların təbiətini 
nəzərə ala bilsə, onlarda faydalı təbii imkanları inkişaf etdirə və 
zərərli təbii imkanları üstələyə bilər. Onun fikrincə, insanların xarak-
terindəki və zehni inkişafındakı fərqlər tərbiyənin nəticəsidir. XVII 
əsr fransız pedaqoqu və filosofu Mişel Lepeletye irəli sürdüyü 
layihələrdə göstərirdi ki, təhsil və tərbiyə vasitəsilə yeni insanlar ha-
zırlamaq və cəmiyyəti təzələmək olar. Onun layihəsinə görə uşaq-
ları milli məktəblərə cəlb etmək və mühitin mənfi təsirindən onları 
qorumaq mümkündür. Lakin, Lepeletyenin ideyalarını həyata keçir-
mək mümkün olmamışdır. 
Azərbaycan maarifçılərindən S.Ə.Şirvani, M.Ə.Sabir cəmiy-
yətin tərəqqisində tərbiyəyə böyük ümid bəsləmişlər. Onlar insanın 
xoşbəxtliyinin yolunu tərbiyədə görmüşlər. S.Ə.Şirvani “İqlimin 
təsiri” adlı şeirində tərbiyənin təsir gücünü belə ifadə etmişdir: 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə