101
tərbiyənin rolunu isə faktik olaraq kölgədə qoymuşdur. J.J.Russo,
düzdür,
sözdə tərbiyəni qəbul etmiş, hətta pedaqoji sistemində
“azad tərbiyə” və “təbii tərbiyə” anlayışları da işlətmişdir. O, “təbii
tərbiyə” dedikdə
təbiətin, ətrafdakı adamların, əşyaların uşağa təsi-
rini, “azad tərbiyə” dedikdə isə, təşkil olunmuş mühitin uşağa təsiri-
ni nəzərdə tutmuşdur. Göründüyü kimi, Russo mahiyyətcə
mühitin
təsir gücünü mütləqləşdirmişdir. O, demişdir: “İnsan azad doğulur,
lakin o hər yerdə buxovlanır”.
İnsan xarakterinin formalaşmasında mühitin rolu ilə bağlı
Azərbaycan filosofu Siracəddin
Mahmud Əbubəkr oğlu Urməvi
(1198-1283) dəyərli fikirlər irəli sürmüşdür. O, deyirdi ki, insanın xa-
siyyəti fitri deyil, həyatda formalaşır. O, yazırdı: “Atası xristian olan
uşağı müsəlman tərbiyə etsə müsəlman olar.” Onun fikrincə, uşağın
saya (ağ) beynində xeyir və ya şər, yaxşı və ya pis sonralar iz salır.
Dahi Nizami Gəncəvi şəxsiyyətin formalaşmasında mühitin
də roluna ətraf aləmin təsirini də yüksək qiymətləndirçişdir:
Dostları ilə paylaş: