Annotasiya


 Şəxsiyyətin inkişafi və tərbiyəsində



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə57/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   382
N 211

3.9. Şəxsiyyətin inkişafi və tərbiyəsində
“Qoşa amil” nəzəriyyəsi 
Şəxsiyyətin inkişafında 
“Qoşa amil” nəzəriyyəsi
də mövcud-
dur. Bu nəzəriyyənin qabaqcıl nümayəndələrindən biri Stenli Holl 
olmuşdur. Bu amil özünü müxtəlif formalarda göstərir. Bu nəzəriy-
yəyə görə, uşağın taleyi bir tərəfdən özü ilə irsən gətirdiyi bioloji 
amillə, o biri tərəfdən isə onun yaşadığı ictimai mühitlə (ailə, mə-
həllə və s.) və ya tərbiyə ilə əlaqəlidir. Bir qrup alimlər (K.D.Uşin-


107 
ski, A.P.Medvedkov, V.A.Suxomlinski, B.T.Lixaçov) isbat etməyə 
çalışmışlar ki, şəxsiyyəti inkişaf etdirən həm mühit, həm də tərbiyə-
dir. Bu nəzəriyyənin nöqsanı yalnız irsiyyətin rolunu inkar etmək-
dən ibarət deyil, həm də odur ki, şəxsin fəallığı, onun mühitə olan 
təsiri unudulur. “Qoşa amil” nəzəriyyəsinin başqa formasında iddia 
edilir ki, şəxsiyyət həm irsiyyətin, həm də mühitin məhsludur. 
Şəxsiyyətin formalaşmasında irsiyyət və mühitin və ya mühit 
və tərbiyənin, yaxud da irsiyyət və tərbiyənin rolunu qiymətləndirən 
pedaqoqlar, filosof və psixoloqlar olmuşlar ki onlar da “Qoşa amil” 
nəzəriyyəsinin tərəfdarları olmuşlar. 
Mühit amilinə məhəl qoymayan, şəxsiyyətin formalaşmasını 
irsiyyət və tərbiyə amilləri ilə izah etməyə, meyil göstərənlər də ol-
muşdur. Onların fikrincə, tərbiyə şəxsiyyətin təbii qüvvələri üzərin-
də qurulmalıdır: təbii qüvvələr. Yəni irsi imkanlar nə qədər etibarlı-
dırsa, şəxsin tərbiyəsi də bir o qədər müvəffəqiyyətli olur. İ.H.Pes-
talotsi bu nəzəriyyənin ən parlaq nümayəndəsidir. 
Görkəmli pedaqoq A.S.Makarenko təcrübədə sübut etmişdir 
ki, uşaqlarda pozğun əxlaq nəinki pozğun mühitin, həm də özbaşına 
buraxılmış tərbiyənin nəticəsidir. Həmin uşaqlar düzgün tərbiyə işi 
ilə fəal şəkildə əhatə olunarsa və mühitin fəal amilinə çevrilərsə
qüsurlu mühitin və qüsurlu tərbiyənin məhsulu hesab edilən əxlaqi 
keyfiyyətləri aradan qaldırmaq və əvəzində cəmiyyət üçün faydalı 
keyfiyyətlər formalaşdırmaq olar. 
“Qoşa amil” nəzəriyyəsinin ünsürlərinə böyük Azərbaycan 
şairi S.Ə.Şirvaninin yaradıcılığında da rast gəlmək olur. Şair şəxsiy-
yətin formalaşmasında tərbiyəyə böyük qiymət verdiyi kimi, mühi-
tin də böyük qüvvəyə malik olduğunu göstərir. O, şerlərinin birində 
mühitin rolunu belə ifadə etmişdir: 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə