Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə105/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   236

 

315 


hakimiyyəti orqanı tərəfindən qapalı tipli xüsusi təhsil bölmələri ya-

radılır. Həmin şəxslər bu təhsil müəssisələrinə psixoloji-tibbi-peda-

qoji komissiyanın rəyi nəzərə alınmaqla qanunvericilikdə müəyyən 

olunmuş  qaydada  göndərilirlər.  Azadlıqdan  məhrum etmə  yerlərin-

də  psixoloji-tibbi-pedaqoji  komissiyanın  rəyində  müəyyən  edilmiş 

şərtlərə  əməl  etməklə  ictimai  təhlükəli  əməllər  törətmiş  sağlamlıq 

imkanları  məhdud  şəxslərin  xüsusi  təhsili  qanunvericilikdə  müəy-

yən olunmuş qaydada təşkil edilir. 



3. Xüsusi təhsilin dövlət standartları. 

Fiziki  çatışmazlığı,  əqli  və  (və  ya)  psixi  ləngimələri  olanlar 

üçün xüsusi təhsilin dövlət standartları müvafiq icra hakimiyyəti or-

qanı  tərəfindən  müəyyən  edilir.  Xüsusi  təhsil  dövlət  standartları 

mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən 

müəssisələr üçün məcburidir. 



4.Xüsusi təhsil sisteminin idarə olunması. 

Xüsusi təhsil həyata keçirilən dövlət müəssisələri müvafiq ic-

ra  hakimiyyəti  orqanı  tərəfindən  idarə  olunur.  Müvafiq  icra  haki-

miyyəti  orqanı  xüsusi  təhsil  üzrə  proqramlar,  o  cümlədən  əlaqəli 

proqramlar hazırlayır və həyata keçirir, sağlamlıq imkanları məhdud 

şəxslərin sağlamlığının mühafizəsinə, onların çatışmazlıqlarının ko-

reksiyasına, sosial adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlil-

liyin profilaktikasına yönəlmiş birgə tədbirlər görür. 

Mülkiyyət  formasından  asılı  olmayaraq  xüsusi  təhsil müəssi-

səsinin  akkreditasiyası,  xüsusi  təhsil  haqqında  dövlət  nümunəli  sə-

nəd almaq üçün təhsil alanların yekun attestasiyası və xüsusi təhsi-

lin keyfiyyətinə nəzarət qanunvericiliklə müəyyən edilmiş qaydada 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

Xüsusi təhsil müəssisəsinin, xüsusi təhsil bölməsinin və inteq-

rasiya  təlimli  təhsil  müəssisəsinin  maddi-texniki  bazasına  xüsusi 

təhsil  müəssisəsinin  tipindən  asılı  olaraq  binalar,  qurğular,  yemək-

xanalar,  yardımçı  binalar,  tibb,  korreksiya  və  reabilitasiya  kabinet-

ləri, idman, qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu da-

xildir.  Xüsusi  təhsili  həyata  keçirən  müəssisənin  maddi-texniki  ba-

zası  müvafiq  olaraq  dövlət,  bələdiyyələr  və  təsisçi  (təsisçilər)  tərə-

findən formalaşdırılır. Xüsusi təhsil üçün dərslik, dərs vəsaitləri və 

elmi-metodik vasitələrin hazırlanması müvafiq icra hakimiyyəti or-




 

316 


qanı, bələdiyyələr və təsisçi (təsisçilər) tərəfindən həyata keçirilir. 

Xüsusi təhsil sahəsində pedaqoji və tibbi fəaliyyətə qanunve-

riciliklə  müəyyən  edilmiş  tələblərə  cavab  verən  şəxslər  buraxılır. 

Xüsusi təhsil üçün kadrların hazırlnması orta və ali-peşə-ixtisas təh-

sili müəssisələrində, pedaqoji işçilərin ixtisasartırma və yenidənha-

zırlanma müəssisəsində  müvafiq  icra  hakimiyyəti  orqanının müəy-

yənləşdirdiyi  qaydada  həyata  keçirilir.  Xüsusi  təhsil  müəssisələ-

rində çalışan işçilərin sosial müdafiəsi Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə müəyyən edilir. 

5.  Psixoloji-tibbi-pedaqoji  komissiya  və  tibbi-sosial  eks-

pert komissiyasının vəzifələri. 

Uşaqlarda  fiziki  çatışmazlıqların,  əqli  və  (və  ya)  psixi  ləngi-

mələrin diaqnostikasını aparmaq, bunun əsasında onların xüsusi təh-

silə  cəlb  olunması  barədə  qərar  qəbul  etmək,  valideynlərinə  və  ya 

digər nümayəndələrinə müvafiq məsləhət vermək, mübahisəli məsə-

lələrə  baxmaq  məqsədi  ilə  tərkibi  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyənləşdirilən və daimi fəaliyyət  göstərən psixoloji-

tibbi-pedaqoji  komissiyalar  yaradılır.  Psixoloji-tibbi-pedaqoji  ko-

missiyalara  elmi-metodik  xidmət  göstərilməsi,  habelə  psixoloji-tib-

bi-pedaqoji  komissiyalarla  sağlamlıq  imkanları  məhdud  uşaqların 

valideynləri və ya digər qanuni nümayəndələri arasında münasibət-

lər qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir. Psixolo-

ji-tibbi-pedaqoji komissiya aşağıdakı vəzifələri yerinə yetirir: 

- uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tib-

bi-pedaqoji  müayinəsini  aparmaq,  inkişaf  xüsusiyyətlərini  aşkarla-

maqla diaqnozunu müəyyənləşdirmək; 

-  sağlamlıq  imkanları  məhdud  uşaqların  xüsusi  təhsilə  cəlb 

edilməsi barədə qərar qəbul etmək; 

-  sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsil  almaları  üçün 

xüsusi təhsili həyata keçirən müəssisənin tipini müəyyənləşdirmək; 

- fərdi təlim planına dair tövsiyələr vermək; 

- təyin edilmiş diaqnozu dəqiqləşdirməklə təsdiq etmək və ya 

dəyişdirmək. 

 



 

317 


 

9.2. Dövlət uşaq müəssisələrindən uşaqların  

ailələrə verilməsi (de-institutlaşdırma)  

və alternativ qayğı Dövlət Proqramı barədə 

 

Son illərdə respublikamızda iqtisadiyyatın sürətli inkişafı, so-

sial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə hə-

yata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adam-

başına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailə-

nin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda de-institutlaşdır-

ma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır. 

Dünya təcrübəsi və uşaq hüquqları üzrə konvensiyaların tələb-

ləri  nəzərə  alınaraq,  beynəlxalq  təşkilatlarla  birlikdə  “Azərbaycan 

Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə ve-

rilməsi  (de-institutlaşdırma)  və  alternativ  qayğı  Dövlət  Proqramı” 

(2006-2015-ci  illər)  hazırlanmış  və  2006-cı  ilin  martın  29-da  ölkə 

Prezidentinin  Sərəncamı  ilə  təsdiq  olunmuşdur.  Proqramın  əsas 

məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş 

uşağın  şəxsiyyətinin  tam  və  ahəngdar  inkişafı  üçün  ailə  mühitində 

xoşbəxtlik, məhəbbət  və anlaşma  şəraitində  böyüməsinin  zəruriliyi 

nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə 

verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması 

və səmərəli işlənməsinin təmin edilməsidir. 

Proqrama  əsasən  de-institutlaşdırma  aşağıdakı  dövlət  uşaq 

müəssisələrini əhatə edir: 1) valideynlərini itirmiş və valideyn hima-

yəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri; 2) valideynlərini 

itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün inter-

nat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı 

internat evləri); 4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi 

internat  məktəbləri;  5)  sağlamlıq  imkanları  məhdud  uşaqlar  üçün 

xüsusi məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Na-

zirliyi sistemində). 

Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tu-

tulmuşdur: 

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi; 

-  dövlət  uşaq  müəssisələrində  uşaqların  ailələrə  verilməsinin 




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə