396
ilə şagirdlərin istehsal münasibətlərinə hazır olması üçün onların zə-
ruri inkişafına şərait yaranır.
Təlim prosesində hökmən uşağın yaş mərhələlərinin təbiəti,
konkret ictimai-tarixi şəraitin ona təsiri nəzərə alınmalıdır. Bu pro-
sesin müvəffəqiyyəti fəaliyyət aktlarının necə seçilməsindən və on-
ların hansı ardıcıllıqla əvəz olunmasından ciddi şəkildə asılıdır, pro-
sesin elmi-pedaqoji əsaslarla idarə olunması üçün bunu nəzərə al-
maq vacibdir.
Elmi-pedaqoji idarəetmə dedikdə isə obyektiv qanunauyğun-
luqları dərk etmək, onardan istifadə etmək əsasında şagirdin təlim
fəaliyyətinə şüurlu, məqsədyönlü təsir göstərmək nəzərdə tutulur.
Bu proses qarşıya məqsəd qoyulması ilə başlanır və praktik nəticə
əldə edilməsi ilə başa çatır. Bu məqsədə nail olduqda, yeni idarəetm
dövriyyəsi, halqası kimi digər məqsəd irəli sürülür. Təlim prose-
sində müəlim idarəetmə funksiyalarını, başqa sözlə, o, aşağıdakı
əməliyyatları yerinə yetirir: proqramın işlənib hazırlanması və qəbul
edilməsi; təşkiletmə (qarşıya qoyulmuş proqram öz-özlüyündə tə-
min olunmur, ciddi təşkilati iş aparmaq vacibdir); tənzimetmə; uçot
və nəzarət.
Təlim prosesinin idarə olunması informasiya işinin yaxşı təş-
kil olunması ilə də sıx əlaqədardır. Belə ki, bu prosesdə informasi-
ya-proqram işləyib hazırlamaq və qəbul etmək, habelə həmin proq-
ramın yerinə yetirilməsinə aid fəaliyyətin təşkil edilməsi və tənzim
olunması çox vacibdir. Başqa sözlə, təlimin səmərəliliyi yalnız opti-
mal informasiya, qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək üçün
zəruri və kifayət qədər informasiya olduqda təmin edilir.
Məlumdur ki, təlimin məzmunundan söhbət gedəndə proq-
ramlar mühüm əhəmiyyət kəsb edən vacub element sayılır. Təlim
prosesində istifadə olunan proqram sistemləşdirilmiş biliklərin, fəa-
liyyət üsullarının mənimsənilməsinə, ictimai-məhsuldar və əqli
əməyə və birgəyaşayışa hazırlığa, fiziki və əxlaqi kamilləşməyə,
başqa sözlə, hərtərəfli inkişafı arzu olunan (potensial imkanları
nəzərə alınmaqla) şagird şəxsiyyətinin inkişafı ilə bağlı məqsədlərin
reallaşdırılması ideyasını özündə saxlayır. Şagirdlərin intellektual
qabiliyyətlərinin, elmi dünyagörüşünün formalaşmasında əxlaqi, es-
tetik və fiziki keyfiyyətlərinin, onların fəaliyyətlərinin emosional-
397
iradi cəhətlərinin inkişafını istiqamətləndirmək proqramın əsas
məziyyətlərindəndir.
Təhsil elmi dünyagörüşün formalaşmasının çox mühüm şər-
tidir. Fəlsəfi ədəbiyyatda dünyagörüş insanın bütövlükdə dünyaya,
özünün oradakı mövqeyinə olan baxışlarının ümumiləşdirilmiş sis-
temi kimi səciyyələndirilir. Elmi dünyagörüş insana təbiətin və cə-
miyyətin inkişaf qanunları, öz həyatının məqsədi və mənası haqqın-
da aydın təsəvvür verir. Təlim prosesi şagirdlərin dünyagörüşünün
inkişafı probleminə istiqamətlənir, onlarda “şəxsiyyət azadlığı” ki-
mi çox mühüm keyfiyyətin formalaşması şəraitini yaradır.
Təlimin mahiyyəti haqqında yuxarıda dediyimiz qısa xülasə-
dən bir daha aydın olur ki, pedaqogikanın vacib kateqoriyası olan
təlim prosesi çox mürəkkəb prosesdir. Onun layihələşdirilməsi və
həyata keçirilməsi yaradıcı fəaliyyətdir. Yuxarıda qeyd etdiyimiz
kimi, bu prosesə baxışlarda fikir ayrılığı da yox deyildir. Məsələn,
Krayevski pedaqoji mahiyyətinə görə təlimə öyrətmə və öyrənmə
fəaliyyətlərinin vəhdəti, bir-birini nizamlaması, tamamlaması, şərt-
ləndirməsi kimi baxır. M.A.Danilovun fikrincə isə təlim prosesi
müəllim və onun rəhbərlik etdiyi şagirdlərin elə ardıcıl fəaliyyətləri-
nin məcmusundan ibarətdir ki, məktəblilərə bilik, bacarıq və vərdiş-
lər sistemini şüurlu və möhkəm surətdə mənimsətməyə, bunun da
nəticəsində onların idrak qüvvələrini inkişaf etdirməyə, onları zehni
və fiziki əmək mədəniyyəti ilə silahlandırmağa, şagirdlərin dünya-
görüşü və davranışının əsaslarını formalaşdırmağa yönəldilir . Yaxşı
deyilmişdir, amma fikrimizcə, “bunun da nəticəsində” sözlərinin
əvəzinə “bununla ayrılmaz şəkildə” sözlərinin işlədilməsi daha
məqsədəuyğun olardı. Çünki, burada qarşılıqlı şərtlənmə mövcuddur.
Təlim prosesi anlayışını daha yığcam şəkildə səciyyələndirən
Y.K.Babanski yazır: “Ümumtəhsil məktəblərində təlim prosesi mü-
əllim və şagirdlərin elə xüsusi təşkil olunan fəaliyyətidir ki, təhsil,
tərbiyə və inkişaf vəzifələrinin həllinə yönəldilir”. Burada təhsil,
tərbiyə və inkişaf kimi üç vəzifənin bir-birindən ayrılmadan tərifə
daxil edilməsi, təlim prosesinin çox vacib bir cəhətini vurğulayır.
Təlim prosesində, doğrudan da təhsil, tərbiyə və inkişaf vəzifələri
daxili vəhdətdə yerinə yetirilir. Bizim fikrimizcə, təlim prosesi təh-
silalma, tərbiyə və inkişaf proseslərinin daxili əlaqəsində mövcud-
398
dur, yəni təlim prosesi bu əlaqədə cərəyan edir. Lakin tərifdə “müəl-
lim və şagirdlərin elə xüsusi təşkil olunan fəaliyyətidir” fikrinin
açıqlanmasına ehtiyac vardır. Çünki orada müəllim və şagird fəaliy-
yətinin səciyyəsi və rolu bir qədər kölgədə qalır.
Başqa bir müəllif - İ.Y.Lerner belə hesab edir ki, təlim prosesi
şagirdin sosial təcrübənin müəyyən hissəsini mənimsəməsi üçün
onun müəllimlə qarşılıqlı əlaqəyə girməsi aktlarının qanuni şəkildə
bir-birini ardıcıllıqla əvəz etməsidir ki, bu zaman həm müəllimin,
həm də şagirdin fəaliyyəti dəyişir, şagird yeni keyfiyyətlər kəsb
edir. Burada, fikrimizcə, təlim prosesinin mahiyyəti daha yaxşı açı-
lır, belə ki, qarşılıqlı əlaqəyə girən tərəflərin fəaliyyəti inkişafda gö-
türülür. Bununla da, təlim prosesində başqa komponentlərin də tə-
rəflərin (müəllim və şagirdin) inkişafının tələblərinə uyğunlaşdırıl-
ması zərurəti diqqət mərkəzinə yönəldilir. Lakin burada bir şeylə ra-
zılaşmaq çətindir ki, təlim prosesinin pedaqoji mahiyyətinin mühüm
cəhətini təşkil edən əlaqədə şagirdin fəaliyyətinə məhdudiyyət qo-
yulmur; bu əlaqə şagird tərəfindən yox, onun imkanlarının mak-
simum səfərbər olması əsasında qarşıya qoyulmuş məqsədlərlə tən-
zimlənən müəllimin çox gərgin əməyi nəticəsində mümkün olur,
şagird sosial təcrübənin müəyyən hissəsini mənimsəməsi üçün
müəllimlə qarşılıqlı əlaqəyə müəllim tərəfindən cəlb olunur. Məhz
müəllimin pedaqoji təsiri ilə şagird təlim prosesində subyekt möv-
qeyinə yüksələ bilir. Təlimin mahiyyətinin mühüm cəhəti kimi bu
nəzərə alınmalıdır.
Təlim prosesi, onun mahiyyəti Azərbaycan pedaqoqlarının da
diqqət mərkəzində olan problemdir, onların əsərlərində təlimdə mü-
əllimin rolu daha ətraflı qeyd olunur, kölgədə qalmır. Bir neçə baxı-
şa nəzər salaq. B.Əhmədov, A.Rzayev “Pedaqogikadan mühazirə
konspektləri” kitabında təlim prosesinə belə bir tərif verir: “Təlim
U-nun (müəllim nəzərdə tutulur) rəhbərliyi altında V-nin (söz, əya-
nilik, metodlar, təlim-tərbiyə materialı, ümumiyyətlə, müəllimin sə-
rəncamında olanlar nəzərdə tutulur) tətbiqi ilə S-in (orta məktəb şa-
girdi nəzərdə tutulur) həyatı dərk etməsi, bilik, bacarıq və vərdişlərə
yiyələnməsi prosesidir”. Həmin kitabın 114-cü səhifəsində isə yazıl-
mışdır: “Təlim – müəllimin rəhbərliyi və müvafiq vasitələrin kö-
məyi ilə şagirdin həyatı dərk etməsi prosesidir”. İkinci tərifin iza-
Dostları ilə paylaş: |