Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə137/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   133   134   135   136   137   138   139   140   ...   236

 

399 


hında müəlliflər göstərirlər ki, “həyat” sözü altında biz təkcə ictimai 

həyatı  deyil,  bütün  maddi  aləmi,  gerçəkliyi  nəzərdə  tuturuq.  Eləcə 

də, “həyatın dərk olunması” ifadəsi altında məktəblinin bilik, baca-

rıq və vərdişlər sisteminə, zehni əmək mədəniyyətinə yiyələnməsini, 

zehni  qüvvələrinin  inkişaf  etdirilməsini,  ümumiyyətlə,  şəxsiyyətin 

intellektual aləmini, mənəvi zənginliyə sahib olmasını nəzərə alırıq. 

Buradan  qarşıya  sual  çıxır:  Bəs  təlim  prosesində  şagirdin  tərbiyə 

olunması  onun  (təlimin)  mahiyyətinə  daxil  deyildirmi?.....Bununla 

əlaqədar  xatırlatmaq  lazımdır  ki,  tərif  anlayışın  bütün  əlamətlərini 

yox, yalnız mühüm spesifik əlamətlərini əks etdirməlidir və etdirir. 

B.Əhmədov  və  A.Rzayevin  təqdim  olunan  mülahizəsinə  biz  mü-

nasibətimizi  açıqlamırıq,  bunu  oxucunun  sərəncamına  veririk.  Əs-

lində,  təqdim  edəcəyimiz  digər  baxışlarda  sözügedən  mülahizələrə 

münasibət bilavasitə özünə yer almışdır. 

Təlim prosesinə verilən təriflərin təkmilləşdirilməsinin zəruri-

liyini qeyd edən akademik M.M.Mehdizadə təlim prosesinə belə bir 

tərif  verməyi  məqbul  hesab  etmişdir:  “.....təlim  prosesi  müəllim  və 

şagirdlərin  müəyyən  quruluşa  malik  olan  elə  birgə  fəaliyyətidir  ki, 

bilik, bacarıq və vərdişlər sistemi, təlimin forma, növ və metodları, 

didaktik, əyani və texniki vəsaitdən ibarət komponentlərindən istifa-

də  edərək  şagirdlərin  təhsil,  tərbiyə  və  inkişaflarını  təmin  etməyə 

yönəldilir”. Müəllif vermiş olduğu bu təriflə bağlı izah edir ki, təlim 

prosesinə  belə  bir  tərif  verməklə  heç  də  orijinallıq  iddia  etmirik, 

lakin  bunun  münasib  olduğunu  da  onda  görürük  ki,  burada  həm 

təlim prosesinin məqsədləri, həm onun birgə fəaliyyət göstərən əsas 

komponentləri (müəllimlər, şagirdlər), həm də ikinci dərəcəli kom-

ponentləri( təlimin məzmunu, forması, metodları, didaktik və əyani-

texniki vasitələri) açıq göstərilir. (orada) 

Nəhayət,  M.S.Əkbərov  və  N.P.Cəfərov  da  özlərinin  “Bilik 

haqqında nə bilirik?” adlı məqalələrində (bax: “Azərbaycan müəlli-

mi”, 13 may və 20 may 1983-cü il tarixli sayları) yazırlar ki, təlim 

elə iki tərəfli prosesdir ki, bu şagirdlərin bilik, bacarıq və vərdişləri 

mənimsəməsi, həm də bu fəaliyyətə, tədrisə müəllimin rəhbərliyini 

əhatə edir. 

Elə  bilirik  ki,  təlim  haqqında  baxışlara  dair  gətirdiyimiz  bu 

nümunələr deməyə kifayət qədər əsas verir ki, təlim prosesinin ma-




 

400 


hiyyətini,  onun  xarakterini  səciyyələndirən  müəyyən  daxili,  nisbə-

tən  davamlı  təkrarlanan  tərəfləri  vardır.  Fəlsəfi  dildə  desək,  bu  da-

xili,  zəruri,  təkrarlanan,  davamlı  əlaqələri  həmin  sistemin  (təlim 

prosesinin)  invariantları  adlandıra  bilərik.  Bu  invariantları  dərk  et-

mək, onları müəyyənləşdirmək, dərinliyinə varmaq həmin invariant-

lardan məqsədəuyğun surətdə istifadə etməyə imkan yaradır. Bu in-

variantları dərk edən müəllim öz praktik fəaliyyətində qarşısına da-

ha düşünülmüş, elmi surətdə əsaslandırılmış məqsədlər qoyur. Bizə 

belə gəlir ki, təlim prosesinin daxili, nisbətən sabit cəhətləri əsasən 

aşağıdakılardır: 

1.  Təlim  prosesi  insanın  sosial  formalaşmasında  (təbii  ki, 

məktəb yaşı dövrü nəzərdə tutulur) xüsusi əhəmiyyətə malikdir. Tə-

lim prosesi uşağın sosial formalaşmasına təsir edən xarici və daxili 

təsirlərlə vəhdətdədir. Təlim prosesi müstəqil yolla həyata keçirilən 

özünütərbiyə  və  özünütəhsil  proseslərinin  əsasında  durur,  pedaqoji 

ünsürlərə malik olan proseslərlə əlaqələnir və onda ictimai mühitin 

mənfi təsirlərinin aradan götürülməsi zərurəti nəzərə alınır. 

2.  Təlim  prosesi  pedaqoji  prosesdir,onun  əsas  komponentləri 

müəllim və şagirddir. Müəllim təlim prosesində rəhbərlik etmə fəa-

liyyətinin subyektidir, onun fəaliyyəti xarici pedaqoji təsir funksiya-

sına malikdir, o stimullaşdırma, təşkiletmə və tənzimetmə tərkiblə-

rindən  ibarətdir,  dərk  olunmuş  məqsədlə  (təlimin  məqsədi  ilə)  və 

əks-əlaqə faktları ilə tənzim olunur. Müəllimin özü və onun fəaliy-

yəti  inkişafdadır,  dəyişmədədir.  Bu  dəyişmə  şagirdin  özünün  və 

fəaliyyətinin  dəyişməsi  ilə  vəhdətdədir.  Şagirdin  fəaliyyəti  idarə 

olunandır, bu fəaliyyət müəllimin pedaqoji təsirinin onun (şagirdin) 

daxili aləmi ilə transformasiyası vasitəsilə şərtlənir. Şagirdin şəxsiy-

yətinin formalaşma tempi, xarakteri, istiqaməti bu fəaliyyətlə əlaqə-

lidir.  Öyrətmə  və  öyrənmə  fəaliyyətləri  daxili  əlaqədədir  və  vəhdət 

təşkil edir. 

3. Düz  və əks-əlaqə təlim prosesində əsasdır, daxili cəhətdir, 

bunsuz səmərəli idarəetmə mümkün deyildir. Müəllimin şagirdi fəa-

liyyətə  cəlbetməsi  qaydalarınının  konkretləşdirilməsinin  şərtlərin-

dəndir.  Təlimin  digər  komponentləri  arasındakı  əlaqə  məqsəd,  düz 

və  əks-əlaqənin  vasitəsi  ilə  müəyyənləşdirilir.  Pedaqoji  prosesdə 

düz və əks-əlaqə dəyişmədədir, inkişafdadır. 




 

401 


4. Təlim prosesi təhsil, tərbiyə və inkişaf prosesi ilə daxili əla-

qədədir, burada ikinci dərəcəli əhəmiyyətə malik olan yoxdur. 

5.  Təlimin  məqsədini  konkret  ictimai-tarixi  şərait,  bəşər  mə-

dəniyyətinin inkişaf səviyyəsinin dərk olunması, onun qorunub sax-

lanılması, inkişaf etdirilməsi təcrübəsinin verilməsinin nəzəriyyə və 

praktikası,  uşağın  sosial  formalaşmasının  qanunauyğunluqları  mü-

əyyən edir. Nəzərə alınır ki, bəşər mədəniyyətinin inkişaf səviyyəsi, 

onun dərk olunması, qorunub saxlanması və inkişaf etdirilməsi təc-

rübəsi cəmiyyətin insanın sosial formalaşmasına yönələn tələblərilə 

və ictimai münasibətlərlə vəhdət təşkil edir. 

6.  Təlim  materialının  məzmunu  məqsədə  və  şagirdlərin  im-

kanlarına  əsasən  konkretləşdirilir.  Bu  zaman  onun  zəruri  bilik  və 

bacarıqlara  müvafiqliyi  aparıcı  ideyalara,  nəzəri  müddəaların  öyrə-

nilməsinə üstünlük verməklə gözlənilir. 

7.  Təlimin  bütün  komponentlərinin  əlaqəsi  onun  nəticəsinin 

səmərəliliyinə təsir göstərir. 

8.  Təlim  prosesinin  hərəkətverici  qüvvəsi  təlimin  gedişində 

irəli  sürülən  tədris  və  praktik  vəzifələrlə  şagirdlərin  mövcud  bilik, 

bacarıq  və  zehni  inkişafının  səviyyəsi  arasında  olan  ziddiyyətlərlə 

bağlıdır. 

9. Təlim prosesi xüsusi qaydada təşkil olunan kollektiv idrak 

fəaliyyətinin  idarəolunması  prosesdir.  Məqsədin  reallaşması  şa-

girdin  idrak  fəaliyyətinin  inkişaf  dərəcəsindən  asılıdır.  Məqsədin 

həyata  keçirilməsi  üçün  idrak  motivlərinin  formalaşması,  ümumi-

ləşmə  ilə  konkretləşdirmənin,  reproduktiv  fəaliyyətlə  yaradıcı  fəa-

liyyətin, nəzəri biliklərin əldə olunması ilə onların tətbiqi bacarıq və 

vərdişlərinin vəhdəti xüsusi əhəmiyyət kəsb edir. 

10.  Təlim  prosesində  müəllim  öz  pedaqoji  təsiri  ilə  şagirdəri 

potensial  imkanlarına  uyğun  (ondan  maksimum  istifadə  olunması 

ilə) inkişaf dərəcəsində fəaliyyətə cəlb edir. Belə fəaliyyətə cəlbet-

mə aktları qanunauyğun (burada sosial formalaşmanın, idrakın, haq-

qında  söhbət  gedən  prosesin  qanunauyğunluqları  nəzərdə  tutulur) 

şəkildə bir-biri ilə əvəz olunur, hansı ki, bu, qarşıya qoyulmuş vəzi-

fələrin reallaşmasını şərtləndirir. 

Nəhayət,  mülahizələrimizi  ümumiləşdirərək  təlim  prosesinə 

məqbul  hesab  etdiyimiz  tərifi  verək.  Orta  ümumtəhsil  məktəblə-




Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə