Annotasiya



Yüklə 5,82 Mb.
Pdf görüntüsü
səhifə135/236
tarix04.07.2018
ölçüsü5,82 Mb.
#53178
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   236

 

393 


 

Ağıl-kamal verdi sənə yaradan, 

Çalışıb hər sirri öyrən hər zaman. 

Ağıl-kamal verdi sənə yaradan, 

Çalışıb hər sirri öyrən hər zaman. 

 

Marağalı Əvhədi 

 

XI fəsil 

TƏLİM PROSESİNİN MAHİYYƏTİ, 

MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

 

Əhatə olunan məsələlər: 

 

11.1. Təlim prosesi bir sistem kimi. 

11.2. Təlimin fəlsəfi əsasları.  

11.3. Təlimin məntiqi əsasları. 

11.4. Təlimin psixoloji əsasları. 

11.5. Təlim prosesində əsas pedaqoji ziddiyyətlər.  

11.6. Təlimin motivləri 

11.7. Təlim prosesinin funksiyaları (vəzifələri) 



 

 



 

394 


 

 

11.1. Təlim prosesi bir sistem kimi 

 

Pedaqogika  elmi,  onun  təlim  kateqoriyası  haqqında,  bunların 

elmi-metodoloji  əsasları  barəsində  çox  yazılıb,  çox  deyilib.  Buna 

dair bir çox müəlliflər dəyərli fikirlər irəli sürmüşlər. 

Təlimin  mürəkkəb  anlayış  olduğu  bəllidir.  Bu  da  məlumdur 

ki,  təlimin  qarşısında  təhsilləndirici,  tərbiyələndirici,  inkişafetdirici 

kimi  başlıca  vəzifələr  durur.  Deməli,  o,  şəxsiyyət  və  onun  fəallığı 

ilə bilavasitə bağlıdır. Ona görə də, öncə bunu nəzərə alaq ki, şəx-

siyyəti  fəallaşdıran  hər  hansı  bir  fəaliyyət  insanın  dərk  olunmuş 

məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığı ilə 

bilavasitə bağlıdır. 

Oyunu,  təlimi  və  əməyi  insan  fəaliyyətinin  əsas  növləri  sa-

yırlar. Bu növlər içərisində təlim insana məxsus elə xüsusi fəaliyyət 

növüdür  ki,  o,  insanın  yalnız  öz  hərəkətlərini  dərk  olunan  ideal 

məqsədlərilə  tənzim  etmək  fəaliyyətinə  yiyələnmiş  olduqda  müm-

kündür. Bunun üçün isə ilkin şərt uşaqlarda müəyyən bilik, bacarıq 

və vərdişlərin şüurlu mənimsənilməsi prosesidir. Lakin təlim insanı 

müxtəlif ictimai-faydalı fəaliyyət üçün zəruri olan bilik, bacarıq və 

vərdişlərlə  silahlandırmaq  prosesi  olmaqla  yanaşı  insanda  özünün 

psixi  proseslərini  idarə  etmək,  məqsədi  naminə  öz  fəaliyyətini  ni-

zamlamaq  və  təcrübə  seçmək,  bunları istiqamətləndirmək  bacarığı-

nın  təşəkkülünə  də  bilavasitə  kömək  edir.  Məktəb  yaşında,  əmək 

fəaliyyətinə hazırlanma mərhələsində təlim fəaliyyəti, xüsusilə mü-

hüm əhəmiyyət kəsb edir. B.Q.Ananyevin sözləri ilə desək, “oyun-

dan təlimə keçid, fəaliyyətin müxtəlif növlərinin növbələşməsi, cə-

miyyətdə əməyə hazırlaşmaq və i.a. bu, eyni zamanda idrak fəaliy-

yəti  subyektlərinin  xassələrinin,  cəmiyyətdə  sosial  mövqe-lərin, 

rolların dəyişməsi.... irəliləmələr mərhələsidir”. 

Şübhə  yoxdur  ki,  yaşlılar  uşağın  inkişafında  ictimai  təsirin 

fəal daşıyıcılarıdır, onlar uşağın fəaliyyətini təşkil edir, onları bəşə-

riyyətin ictimai təcrübəsi çərçivəsində mənimsəməyə yönəldirlər və 

bu yönəltmə o dərəcədə vacib əhəmiyyətə malikdir ki, bunu əsl tə-

lim kimi də səciyyələndirirlər. Məsələn, professor A.V.Petrovskinin 

ümumi  redaktorluğu  ilə  nəşr  edilən  “Ümumi  psixologiya”           




 

395 


(M., 1977) kitabında oxuyuruq: “Uşağın fəaliyyət və davranışını bə-

şəriyyətin ictimai təcrübəsini mənimsəməyə yönəldən fəal proses tə-

lim adlanır. Uşaq şəxsiyyətinin inkişafına təsir nöqteyi-nəzərdən gö-

türüldükdə həmin proses tərbiyə adlanır”. 

Təlim  prosesi  ilə  uşağın  inkişafı  arasında  daxili  əlaqənin  də 

mövcudluğunu  pedaqoqlar,  psixoloqlar  dönə-dönə  qeyd  etmişlər 

(M.V.Matyuxin,  T.S.Mixalçik  və  b.).  Doğrudan  da,  təlim  prosesi 

yalnız  şagirdlərin  bilikləri  əldə  etməsinin,  bacarıq  və  vərdişlərinin 

formalaşdırılmasının  məqsədyönlü  idarə  olunması  olmayıb,  o  eyni 

zamanda onların təfəkkürünün inkişafına istiqamətlənən əqli fəaliy-

yətlərinin  idarə  olunmasıdır.  Təlim  prosesində  şagirdlər  sonrakı 

mərhələdə  müstəqil  olaraq  bilik  əldə  etmə  qabiliyyətlərini  inkişaf 

etdirə bilirlər, cisimlər və onlardan istifadə ətraf aləm və adamlarla 

münasibət  qaydalarını  və  birgəyaşayış  normalarını  seçməyi,  şəxsi 

mövqeyini  müəyyənləşdirməyi,  məqsədləri  əsasında  şəraiti  dəyiş-

dirməyi özündə saxlayan keyfiyyətlərə yiyələnirlər. Şagirdlərin psi-

xi xüsusiyyətlərinin müxtəlif inkişaf pillələri pedaqoji prosesdə şərt 

kimi qəbul edilir. 

Düzgün  qurulan  təlim  prosesi  şagirdlərin  potensial  imkanla-

rından maksimum istifadə etmək işinə xidmət edir, onların fəaliyyə-

tini stimullaşdırır, təşkil və tənzim edir, bununla da uşaqların inkişa-

fına səmərəli təsir edir. 

Təlim prosesində fərdi fəallığın spesifik bir növü kimi şagird-

lərin  təlim  fəaliyyəti  fasiləsiz  inkişaf  edir.  Uşaq  məktəbə  ilk  dəfə 

qədəm qoyarkən, o, hələ təlim fəaliyyəti göstərməyi bacarmır, məhz 

təlim prosesində bu fəaliyyət növünü mənimsəyir. 

Təlim  fəaliyyətinin  özünəməxsus  mürəkkəb  strukturu  vardır, 

o,  məqsəd  və  motivlərlə  xarakterizə  olunur.  Bu  fəaliyyətdə  şagird 

bilməlidir ki, nə edir, nə üçün edir, necə etməlidir, o, özünə nəzarət 

etməyi də, özünü qiymətləndirməyi də bacarmalıdır. Bu işdə kollek-

tivin də rolu böyükdür. Çünki təlim prosesində şagirdlərin fəaliyyəti 

mənsub  olduğu  kollektivin  təsirindən  kənarda  olmur.  Burada  şəx-

siyyətlərarası  münasibətlərin  şəbəkəsi  mövcuddur,  həmin  münasi-

bətlər müəllimin pedaqoji təsiri ilə uşaq şəxsiyyətinin inkişafına is-

tiqamətləndirilir.  Təlim  əməyinin  düzgün  təşkili  və  idarə  olunması 



Yüklə 5,82 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   236




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə