Аня 2013 Layout 1


B. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə69/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

B. Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə
dair məhkəmə qərarlarına aid formal məsələlər
Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair
məhkəmə qərardad qəbul edir (bax: İPM-in 42.2 və 44.1-ci
maddələri) və bu qərardadlar daim əsaslandırılmalıdır (bax:
İPM-in 80.2-ci maddəsi). Qərardad icraatı zamanı İPM-in
80.3-cü maddəsi tətbiq edilir ki, bu müddəaya əsasən də
iddia icraatına şamil olunan qaydalar müvafiq olaraq qərardad
icraatına da şamil olunur.
Müvəqqəti xarakterli müdafiə haqqında ərizələrə dair
qərarlar, bir qayda olaraq, İPM-in 3.5 və 3.6-cı maddələrinə
uyğun olaraq səlahiyyətli təkbaşına hakim və ya kollegiyalar
tərəfindən qəbul edilir. İPM-in 44.3-cü maddəsinin 1-ci
cümləsinə müvafiq olaraq, ərizəyə kollegial qaydada baxılarkən
xüsusilə təcili hallarda məhkəmə tərkibinə sədrlik edən
hakim qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi barədə
təkbaşına qərardad qəbul edə bilər. Xüsusilə təcili hallarda
təkbaşına qərar qəbul etmək səlahiyyətinin ilkin qərarın
qəbuluna da şamil olunub-olunmaması məsələsi İPM-də
aşkar şəkildə tənzimlənməmişdir. Belə bir qərarın qəbulu
əksər hallarda dəyişdirmə və ya ləğv etmə barədə qərarın
qəbulundan daha təcili xarakter daşıdığı üçün ilkin qərarın
qəbuluna da təkbaşına qərar qəbul etmək səlahiyyətinin
şamil olunması hər halda məntiqi olardı. 
Əgər məhkəmə işin hallarının ilkin araşdırılmasından
sonra müvəqqəti xarakterli müdafiə tədbirlərinin görülməsini
tələb etmək hüququnun mövcud olmaması nəticəsinə gələrsə,
o, İPM-in 80.1-ci maddəsinə əsasən, yenə də əsaslandırılmalı
276


olan qərardadla ərizəni rədd edir. Bu qərardad şikayət
vasitəsilə mübahisələndirilə bilər. 
C. İnzibati aktların icrasının dayandırılması 
(İPM-in 41-ci maddəsi)
I. Ümumi məsələlər
Yuxarıda artıq qeyd olunduğu kimi, İPM-in 41.1-ci
maddəsi inzibati aktın mübahisələndirilməsi haqqında iddianın
həmin aktın icrasına münasibətdə təxirəsalıcı qüvvəyə malik
olmamasını nəzərdə tutur. Beləliklə, bu normadan aydın
olur ki, maraqlı şəxsin hüquqi müdafiə vasitələrindən istifadə
edib-etməməsindən asılı olmayaraq, inzibati orqan inzibati
aktı qəbul etdikdən sonra İİQ-nin 81-ci və ondan sonrakı
maddələrinə müvafiq olaraq onu icra edə bilər. Sonradan,
yəni iddia icraatında prosesi udmaqla iddiaçı çox vaxt heç
əldə etmir, çünki inzibati aktın hüquqi nəticələri artıq
yaranmış olur (məsələn, evin sökülməsi haqqında qərarla
əlaqədar ev artıq sökülmüş olduqda). Ona görə də iddia üzrə
yekun qərar çıxarılana qədər inzibati orqan tərəfindən inzibati
aktın icrasının qarşısını almaq üçün iddiaçının fəallığına
zərurət var.
İcranın həyata keçirilməməsi üçün nəzəri cəhətdən
müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbuluna
dair ərizə vermək haqqında düşünmək olar. Lakin inzibati
aktın istənilən zaman icra edilə bilməsi (bax: İPM-in 41.1-ci
maddəsi) səbəbindən belə bir ərizənin uğur qazanma şansları
yəqin ki, çox az olardı. Odur ki, birbaşa icra sənədinin
özündən qorunmaq daha səmərəli hesab olunur. Ərizəçi
277


buna inzibati aktın icrasının dayandırılması vasitəsilə nail
ola bilər. 
İnzibati aktın icrasının dayandırılmasını arzu edən ərizəçi
inzibati şikayət vasitəsilə də inzibati akt və həmin aktla
bağlı olan, yaxud inzibati aktın gözlənilən icrasına qarşı
tədbir görə bilər (bax: İİQ-nin 76.2-ci maddəsi). Qeyd olunan
müddəaya müvafiq olaraq, inzibati şikayət verildiyi hallarda
inzibati orqan maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti
vəzifəsinə görə dərhal inzibati aktın icrasının dayandırılması
ilə bağlı məsələyə baxmalıdır. Əgər inzibati orqan bu
vəzifəni yerinə yetirməzsə, ərizəçi yalnız şikayətin daxil ol-
masından 15 gün sonra İPM-in 41-ci maddəsinə uyğun
olaraq məhkəməyə müraciət edə bilər. Ərizəçi bu müddəti
çox uzun hesab edərsə, ümumi prosessual imkanlara əsasən,
inzibati orqana verdiyi şikayəti geri götürüb birbaşa
məhkəməyə ərizə verə bilər. Bu halda İPM-in 40.4-cü mad-
dəsində təsbit olunmuş müddət əhəmiyyətini itirir, çünki
inzibati orqanda artıq inzibati şikayət icraatı olmur.
II. Ərizənin verilməsi anı
İPM-in 40.2-ci maddəsinə əsasən, inzibati aktın icrasının
dayandırılması haqqında ərizə iddia qaldırılanadək, yaxud
iddia ilə bir vaxtda və ya məhkəmə icraatının gedişi zamanı
verilə bilər. Vaxt baxımından nəzərdə tutulmuş bu müstəqillik
onunla bağlıdır ki, ərizəçi yalnız inzibati aktın icrası gö-
zlənildikdə ərizə verə bilər. İcranın gözlənilib-gözlənilməməsini
məhkəmə ən yaxşı və ən tez şəkildə inzibati orqana telefon
zəngi etməklə və onun yaxın zamanda inzibati aktı icra
etmək istəyib-istəmədiyini soruşmaqla müəyyənləşdirə bilər.
278


Edilmiş bu sorğunun nəticəsi barədə iş materiallarında qeyd
aparılması tövsiyə olunur. İPM-in 41.2-ci maddəsində iddiaçı
sözündən istifadə olunması dil baxımından qeyri-dəqiqdir,
əslində burada söhbət inzibati akt vasitəsilə vəziyyəti ağır-
laşıdırılan ərizəçidən gedir. 
Məhkəmə yalnız maraqlı şəxsin ərizəsi əsasında işə
başlayır (bax: İPM-in 41.2-ci maddəsi). Ərizə müəyyən bir
inzibati aktın icrasının dayandırılmasına yönəlir.
III. İcranın dayandırılması haqqında ərizə
Müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərardadın
qəbuluna dair ərizədən fərqli olaraq, inzibati aktın icrasının
dayandırılması barədə ərizənin xüsusi şəkildə əsaslandırmasına
ehtiyac yoxdur. Yəni məhkəmə bu kimi hallarda ərizəçidən
ətraflı izahatlar gözləməməlidir (hüquqi izahatları isə, ümu-
miyyətlə gözləyə bilməz). Başqa sözlə, ərizəçinin ona qarşı
əlverişsiz inzibati akt qəbul olunduğunu və onun həmin
aktın icrasından qorunmaq istədiyini bildirməsi yetərli sayılır.
Əksər hallarda ərizəçi bunu iddia ərizəsində göstərir. Bundan
sonra məhkəmə müvəqqəti xarakterli müdafiə icraatı üzrə
ayrıca iş nömrəsi və qovluq açmalıdır (bununla əlaqədar
yuxarıda edilmiş qeydlərə bax).
IV. Yoxlamanın həcmi (proqnoz)
Müvəqqəti xarakterli müdafiəyə dair ərizəyə baxarkən
inzibati aktın qanunsuz olub-olmadığını və iddiaçının
hüquqlarını pozub-pozmadığını məhkəmənin – mübahisə -
lən dirmə haqqında iddia üzrə icraatda olduğu kimi – əsaslı
279


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə