Аня 2013 Layout 1



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə68/98
tarix31.08.2018
ölçüsü0,71 Mb.
#65544
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

qərar qəbul etməkdə üstünlük hüququ verir (hər halda, qeyd
olunan müddəada bununla bağlı 15 günlük gözləmə müddəti
təsbit edilmişdir). Qeyd olunan hallarda ərizəçiyə şikayətini
geri götürmək məsləhət görülə və bundan sonra məhkəmə
məsələyə dair özü qərar qəbul edə bilər. Yaxud, məhkəmə
15 günün keçməsini gözləyə və bundan sonra qərar qəbul
edə bilər. Lakin gözləmə hallarında, artıq «faktların yaranması»
mümkündür. 
Müvəqqəti xarakterli müdafiə icraatı çərçivəsində iki
icraat növü mövcuddur ki, onların da şərtləri İPM-in 41-ci,
eləcə də 42-ci və ondan sonrakı maddələrində tənzimlənmişdir.
Hansı icraat növünün seçilməsi iddiaçının müəyyən bir
əlverişsiz inzibati aktın icrasının dayandırılması (bax: İPM-
in 41-ci maddəsi), yaxud onun müəyyən bir əlverişli inzibati
aktın qəbulu və ya inzibati orqan tərəfindən digər hərəkətlərin
edilməsi ilə bağlı müvəqqəti hüquqi müdafiə olunmaq
istəyindən (bax: İPM-in 42-ci və ondan sonrakı maddələri)
asılıdır. Əlverişsiz inzibati aktlara qarşı icraatlarda nəticə
qismində  inzibati aktın icrasının dayandırılması qarşıya
məqsəd qoyulur. Hər hansı bir hərəkətin müvəqqəti edilməsi
isə, müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərar-
dad çərçivəsində baş verir. İPM-də təsbit edilmiş digər
qaydalar (məsələn, iddia icraatı üzrə hüquqi mübahisənin
aradan qalxması barədə) müvəqqəti xarakterli müdafiə icraat-
larına da şamil olunur, bir şərtlə ki, onlar həmin icraatların
spesifikliyini pozmasın. 
Ona görə də ilkin sual qismində əvvəlcə müəyyən etmək
lazımdır ki, ərizəçinin istəyinin predmetini hansı inzibati
fəaliyyət növü təşkil edir. Bununla əlaqədar inzibati orqanların
272


fəaliyyətinin müvafiq qaydada qruplaşdırılması ilə bağlı
inzibati aktların növləri barədə edilmiş qeydlərə bax (İİQ-
nin 2.0.10 və 2.0.11-ci maddələri). Düzgün icraat formasını
müəyyən edə bilmək üçün fərqləndirmənin dəqiq aparılması
vacibdir. 
Misal:
Bir məktəbli tədris ilinin sonunda göstəriciləri mənfi
olan şəhadətnamə alır və buradan onun tətil başa çat-
dıqdan sonra növbəti sinfə keçə bilməyəcəyi irəli gəlir.
Şəhadətnamə və növbəti sinfə keçirilməmə barədə
qərarla inzibati orqan inzibati akt qəbul etmiş sayılır.
Bu inzibati akt uşaq üçün mənfi xarakter daşısa da,
hal-hazırda mövcud olan hüquqi vəziyyətə müdaxilə
etmir. Çünki uşaq hələ növbəti sinfə keçməsi barədə
qərar almayıb. Əslində, yuxarı sinfə keçmədə söhbət
yeni hüquqi statusdan gedir ki, bunu da uşaq hələ əldə
etmək istəyir. Mövcud hüquqi statusun yaxşılaşdırıl-
maması İİQ-nin 2.0.11-ci maddəsində nəzərdə tutulmuş
mənada əlverişsiz (ağırlaşdırıcı) müdaxilə deyil, vətən-
daşın malik olmaq istədiyi müsbət dəyişiklikdən (yalnız)
imtina edilməsidir. Qeyd olunanlara əsasən, göstərilən
kazusda öz qanuni nümayəndələri olan valideynləri ilə
təmsil olunan uşaq müvəqqəti xarakterli müdafiə təd-
birlərinin görülməsi haqqında ərizə ilə müraciət edə
bilər, bir şərtlə ki, iddia icraatının tətil müddətindən
çox davam edəcəyi və tətil başa çatdıqdan sonra ən azı
müvəqqəti müdafiə barədə qərarın lazım olması qabaq-
cadan görülə bilsin.
273


Ərizənin verilməsi zamanı nəzərə alınmalı olan əsas
məsələlərdən biri odur ki, ərizəçi öz ərizəsində müvəqqəti
xarakterli müdafiə icraatının hansı növünü həyata keçirmək
istədiyini aydın şəkildə göstərməyə borclu deyil. Belə ki,
ərizəçilər əksər hallarda hüquqi cəhətdən tam təcrübəsiz
olduqlarına görə onlardan belə xüsusi biliklərə malik olma
tələb edilə bilməz. Bu səbəbdən, ərizəçinin öz müraciətində
müvəqqəti xarakterli müdafiə tədbirləri barədə qərarın
qəbulunu və bununla nə əldə etmək istəməsini bildirməsi
yetərli sayılır. İşin həlli üçün əhəmiyyət kəsb edən izahatların
verilməsinə işarə edilməsi (bax: İPM-in 48.1-ci maddəsi) və
ərizənin müvafiq qaydada təfsir olunması (bax: İPM-in 52-
ci maddəsi) isə, məhkəmənin səlahiyyətinə aid olan məsələdir. 
Müvəqqəti xarakterli müdafiə barədə ərizəyə dair şifahi
məhkəmə baxışının keçirilməsi İPM-in qaydalarına görə
nə məcburi şəkildə nəzərdə tutulub, nə də qadağan edilib.
Hər halda, bu kimi hallarda şifahi məhkəmə baxışının keçir-
ilməsi yəqin ki, müvəqqəti xarakterli müdafiə tədbirlərinə
dair qərarın qəbulunu yalnız ləngidə bilərdi. Cavabdehin
ərizəyə dair mövqeyinin öyrənilməsi ilə onun da hüquqları
qorunmuş olur. Müvəqqəti xarakterli müdafiə tədbirləri
barədə ərizəyə dair şifahi məhkəmə baxışının keçirilməsi
yalnız o zaman faydalı sayılır ki, məhkəmə qısa bir müddət
ərzində tərəflər arasında razılığın əldə edilməsinə nail ola
bilsin. 
MÜHÜM QEYD: Müvəqqəti xarakterli müdafiə üzrə
icraatı aparan hakim iddia icraatı üzrə də qərar qəbul edə
bilər. Yəni eyni məsələ üzrə əvvəlcə müvəqqəti xarakterli
müdafiə barədə ərizəyə baxma heç bir halda hakimin qərəzli
274


olması nəticəsinə gəlinməsinə əsas vermir. Təsadüfi deyil
ki, bu, İPM-in 19-cu maddəsində hakimə etiraz etmək üçün
təsbit edilmiş əsaslar sırasında da nəzərdə tutulmamışdır.
Əksinə, hər iki icraatın eyni hakim tərəfindən aparılması nə
tərəflərin, nə də hakimin ziyanınadır. Belə ki, sözügedən
hallarda hakim artıq bir dəfə işlə məşğul olmuş və müvəqqəti
xarakterli müdafiə barədə ərizəyə dair obyektiv qərar qəbul
etmişdir. Onun sonrakı icraatda işin eyni faktiki hallarını
qiymətləndirilməli olması konsentrasiya prinsipinə xidmət
edir. 
Şəffaflıq prinsipi hər bir müvəqqəti xarakterli müdafiə
barədə ərizəyə dair qərar qəbul etməzdən əvvəl qarşı tərəfin
dinlənilməsini tələb edir ki, o, məsələ ilə bağlı mövqeyini
bildirmək imkanı əldə etsin. Qarşı tərəfin dinlənilməli olması
İPM-in 44.3-cü maddəsindən irəli gəlir. Ərizəyə dair fikir
bildirmə cavabdehin vəzifəsi yox, yalnız hüququdur. Təcili
hallarda dinlənilmə qanunla nəzərdə tutulmuş müddətlər
nəzərə alınmadan da, hətta telefon vasitəsilə həyata keçirilə
bilər. Maraqlı şəxsə bərpa olunmaz ziyanın vurulması təh-
lükəsinin mövcud olduğu hallarda məhkəmə müvəqqəti
xarakterli müdafiə barədə ərizəyə dair qərarın qəbul olun-
masından əvvəl proses iştirakçılarının dinlənilməsindən
imtina edə bilər (bax: İPM-in 44.3-cü maddəsi). Lakin belə
bir təcililik çox nadir hallarda meydana çıxa bilər. Hər halda
məhkəmə dinlənilməni ən azı qərardadın təqdim edilməsi
ilə eyni zamanda həyata keçirməlidir ki, cavabdehin hüquqları
məhdudlaşdırılmasın və ona qərardaddan şikayət vermək
imkanı yaradılsın (əgər bu mümkündürsə, bax: İPM-in 41.5.
maddəsi). 
275


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə