Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə23/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   19   20   21   22   23   24   25   26   ...   104

Kuad  Məmmadov
Kullurologiva  effektivli havat  »э fəalivvata aparan yol
səviyyəsinin  yüksəldilm əsi;

so sia l  və  ekoloji  təhlükəsizlik, 
ə tr a f  aləmin  m ühafizəsi 
səviyyəsinin artırılm ası.
•  
Mədəni siyasət
SOSİAL-MƏDƏNİ SİYASƏTİN  MÜHÜM PROBLEMLƏRİ
a» 
Pozitiv həyat tərzinə istiqamətlənən  əsas prinsip və kulturoloji 
inkişaf konsepsiyasının  işlənib hazırlanması.

Sosial-kulturoloji 
inkişafın 
prioritetlərinin 
və  əsas 
istiqamətlərinin  müəyyənləşdirilməsi.

Sosial-mədəni  fəaliyyətin  proqram  və  layihələrinin  işlənib 
hazırlanması.

Zəruri  resursların 
müəyyənləşdirilməsi  (insan,  təhsil,  elm, 
maliyyə,  iqtisadi, təşkilati hüquqi).

Geniş profilli  yüksək  ixtisaslı  mütəxəssislərin  hazırlanması  və 
onların 
həyat 
fəaliyyəti 
üçün 
maddi-texniki 
şəraitin 
yaradılması.

Hərtərəfli  və  xüsusi  kulturoloji  təhsil,  tədqiqat  və  maarifin 
təşkili.

Mütəxəssislərdən  məqsədyönlü  istifadə, 
onların  yaradıcı 
fəaliyyət nəticələrinin praktik tətbiqi.
*- 
Sosial  mədəniyyətin  müxtəlif  statuslu  subyektlərinin  birgə 
fəaliyyəti 
və 
onlann 
əməkdaşlığına, 
fəaliyyətlərinin 
koordinasiyasına yardım.
j* 
Ruhi mədəniyyət  sisteminin  modernləşdirilməsi.

Mədəniyyət  təşkilatlan  şəbəkəsi  və  onlann  fəaliyyətinin 
effektivliyinin monitorinqi.
98
Fuad  Mammadov
Kulturologiva effektivli həyat va faalivvata aparan vol
• 
Mədəniyyət anlayışına elmi yanaşmalar
L.A.UAYTIN MƏDƏNİYYƏT KONSEPSİYASI
Kulturologiyanın  müstəqil  elm  kimi  formalaşması  XX  əsrin 
ortalannda  başlamışdır.  Ondan  əvvəl,  insan  və  insan  dünyasını 
tədqiq  edən və kulturologiyanın  ilkin nailiyyəti  olan -  antropologiya, 
XIX  əsrin  axırlannda  isə  sosiumun  öyrənilməsi  nəticəsində, 
sosiologiya  mövcud  olmuşdur.  Buna,  məkan  və  zaman  daxilində 
özünəməxsus  inkişaf  və  fəaliyyət  qanunauyğunluqları  olan,  insan 
mədəniyyətinin  bütöv  sistemi  haqqındakı 
təsəvvürlər  də  yardım 
etmişdir.
Bir  elm  kimi,  kulturologiyanın  banisi  haqlı  olaraq,  amerika 
antropoloqu  Lesli  Alvin  Uayt  hesab  edilir.  Onun  1949-cu  ildə  nəşr 
olunmuş  “Mədəniyyət  haqqında  elm”  kitabı  mədəniyyət  və  onun 
qeyri-adi  inqilabi  dəyişdirici  imkanları  haqqında  keyfiyyətcə  yeni, 
daha  yüksək  səviyyəli  təsəvvürlərin 
yaranmasına  səbəb  oldu.  O, 
humanitar  biliklər  sahəsində  yeni  ənənələrin  formalaşmasına  təsir 
edərək, ictimai elmlərin inkişafına öz zəngin  töhfələrini vermişdir.
Uayt 
mədəniyyətin,
 
özünəməxsus 
prinsip 

qanunauyğunluqlarının  təsvir  olunduğu  fenomenlər  ardıcıllığından 
ibarət olması  haqqında, 
energetik  konsepsiyasını
  yaratdı. O, mədəni 
elementlərin  qarşılıqlı  təsirini  və  ya  bütövlükdə  mədəniyyət 
sistemlərini 
təhlil  edərək,  insan  mədəniyyətini 
müxtəlif  mədəni 
ənənələrin  məcmuu  kimi  şərh  edir.  Bu  isə, 
insan  mədəniyyəti 
inkişafının 
tarixi 
qanunauyğunluqlarının 
diqqətlə 
nəzərdən 
keçirilməsinə imkan verir.
Mədəniyyəti  bütöv,  mütəşəkkil  və  inteqrativ  sistem  kimi  nəzərdən 
keçirən  Uayt, bir-birinə qeyri-bərabər təsir gücü  ilə  əlaqədar olan üç 
altsistem ayırır: texnoloji, sosial və ideoloji.
•  
Texnoloji  (ilkin,əsas,baza)  insanın  ətraf  aləmə  uyğunlaşması
ilə  şərtlənir.  Bura  əmək  alətləri,  yaşayış  vasitəsi,  tikililəri  üçün
materiallar, mühafizə və hücum vasitələri  və s. daxildir.
•  
İdeolojiyə - ideya, bilik və etiqadlar daxildir.
•  
Sosiala -  kollektiv davranış tipləri  daxildir.
99


Fuad  Mammodov
Kulturologiya cffektivli hayat »э faalivvata a p a r a n  vol
Mədəniyyətin  artması  və  inkişafi  üçün  açar  olan  texnoloji 
subsistemlərin  fəaliyyəti 
dinamik  və  eneıji  xərcləri  ilə  əlaqədar 
olaraq,  mədəniyyətin  materiya və  eneıji baxımından  izah edilməsinə 
imkan  yaradır.  Uayta  görə,  həyati  tələbatlann  ödənilməsindən  ibarət 
olan,  mədəniyyət  funksiyası  -  texnoloji  yolla  kifayət  qədər  eneıji 
əldə edib,  insanın maraqlarına uyğun istifadə etməkdir.
Uayt 
mədəniyyətin  inkişafının  əhalinin  il  ərzində  adam  başına 
işlətdiyi  eneıjinin  miqdarı  ilə  və  ya  eneıjinin  istifadəsinə  yardımçı 
olan  əmək  alətlərinin  (texnologiyalann-F.M.)  effektliyinin  inkişafı 
ilə 
düz  mütənasiblik  qanunauyğunluğunu  meydana  çıxarır.  Uayt 
mədəniyyətin  inkişafını  səciyyələndirən  üç  universal  faktor müəyyən 
edir:  əhalinin  adam  başına  istifadə  etdiyi  enerjinin  miqdarı;  insan 
inkişafı  üçün  eneıji  istifadəsinə  yardımçı  olan  texnoloji  vasitələrin 
effektivliyi;  insanın  tələbatlarının  ödənilməsi  üçün  yaradılmış  xidmət 
və əşyaların həcmi.
Bu  faktorların  təhlili  nəticəsində,  o  ,  mədəniyyətin  rolunu  rifahın 
inkişafının  texnoloji  faktoru  kimi  aşkar  edir,  mədəniyyətin  təkamül 
qanununu  və  ya  “Uayt  qanununu”  formula  edir.  Bu  qanuna  görə, 
tələbatını  ödəmək  üçün,  adam  başına  düşən  məhsul  və  xidmətlərin 
miqdarı  ilə  ölçülən  -  mədəniyyətin  inkişaf  səviyyəsi  ,  əhalinin 
adambaşına istehsal edilmiş eneıji  və  enerjinin istifadəsinə sərf edilən 
texnoloji vasitələrin effektivliyi ilə müəyyən edilir.
Uayt 
mədəniyyəti 
ekstrosomatik  (insanın  bioloji  təbiətindən 
yüksəkdə duran)  “yeni  dünya”  kimi  kəşf etməklə,  elmdə  yeni  addım 
atdı.  Uaytın  tədqiqatlarının  fundamental  nəticələrindən  biri  o  idi  ki,
insanın  mədəniyyəti  dəyişdikcə,  davranışı  da  dəyişir  (B  =  f   (C))  . 
Müəllif  əmin  idi  ki,  bu,  nə  zamansa,  elm  tarixində  Kopemikin 
heliosentrik  nəzəriyyəsi  və  ya 
hüceyrənin  kəşfi  kimi  yüksək 
dəyərləndiriləcəkdir.
Uayt  mədəniyyətin  tədqiqi  üçün,  antik  müəlliflərin,  eləcə  də 
Taylor, Morqan, İbh Həldun, Kant, Herder, Kont və s.  alimlərin  sosial 
təkamül  nəzəriyyəsinə  aid 
yanaşmalarına  istinad  edib, 
özünün, 
ardıcıl  pilləli  inkişaf  prinsipinə  əsaslanan,  yeni  metodologiyasını 
yaratdı.  O,  təkamül,  məntiqi  və  tarixi 
təhlil  prinsiplərini  rəhbər 
tutaraq, bütöv sistem olan  mədəniyyətin tədqiqində  üç  prosesi ayırır:
1 0 0
Fuad Mammadpy
Kulturologiya effektivli havat  va faalivvala aparan  vol
•  
Hadisələrin  nadir xüsusiyyətlərinin  xronoloji  ardıcıllığını  əks 
etdirən  zamanla bağlı proses.
•  
Hadisələrin  funksional,  struktur  və  zamandan  xaric  aspektdə 
təqdim edildiyi  formal proses.
•  
Hadisələrin  ümumi  xüsusiyyət  ,  universallıqlarını  aşkarlamağa 
imkan  verən,  proqressiv  dəyişən  formalarının  zaman  ardıcıllığı 
şəklində təqdim edildiyi formal-zamani proses.
Buna uyğun  olaraq,  o,  mədəniyyəti  üç üsulla  izah  etməyi  təklif 
edir: tarixi, funksional, təkamül.
Həyat  Uaytın  kəşfinin  düzgünlüyünü  və  onun  yaratdığı  ənənəvi 
humanitar və  sosial  elmlərin  imkanlarından  kənara çıxıb,  mürəkkəb 
elmi  və  praktik  problemlərin  keyfiyyətcə  yeni  səviyyədə  həll  edil­
məsinə imkan verən kulturologiya  elminin yüksək dəyərini sübut etdi.
Uayt  etnologiya,  antropologiya,  psixologiya  və  sosiologiya  üzrə 
materialların  məntiqi analiz və sintezi əsasında, lokal mədəniyyətlərin 
komparativ 
təhlilindən 
bəşəri 
mədəniyyətin 
inkişaf
qanunauyğunluqlarının  aşkar  edilməsinə  doğru  yol  açdı.  Amerika 
aliminin 
xidməti  ondan  ibarətdir  ki,  o,  kulturologiyanın  predmet 
sahəsini  müəyyənləşdirmiş, 
mədəniyyət  haqqında  elm  olan 
“kulturologiya”  termininin  istifadə edilməsini əsaslandırmış, təkamül 
prosesini  yenidən  qiymətləndirmiş,  elmi  tədavülə  mədəniyyətin  yeni 
anlamını  gətirmiş  və  bəşəri  mədəniyyətin  bütöv  sistem  kimi  tədqiq 
edilməsinə imkan verən,  sistemli yanaşma təklif etmişdir.
A.MASLOUNUN
İNSAN VƏ MƏDƏNİYYƏT KONSEPSİYASI
“Mədəniyyət və insan”  haqda humanist konsepsiyanın  müəllifi, 
mədəniyyəti 
öyrənməyin 
yeni 
metodu 
olan 
transpersonal 
psixologiyanın  banisi  amerika psixoanalitik alimi  Avraham  Maslou 
(1908 -  1970) mədəniyyəti  insan tələbatı prizmasından  təhlil edir.
Lesli  Uaytın 
əsas  ideyalarını 
tamamlayıb  inkişaf  etdirən 
A.Maslou,  mədəniyyətin kamillik meyarı  kimi, onun insan  tələbatını 
ödəməsi  və  insan  potensialının  təsdiqi  üçün  əlverişli  şərait  yaratması 
qabiliyyətini müəyyən edir.
101


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə