Fuad Mommadov
Kulturolofclya gffckriyJIhaYat vo fəaliyyətə ap_a.ranj.Ql
mədəni inkişaf faktorlan, mədəniyyətin effektivliyi, istehsalın
effektivliyi və idarəetmənin effektivliyi formullarıdır. İstehsalatda və
idarəetmədə effektivliyin idarəedilməsinin həlledici amili
fəaliyyətin
keyfiyyətidir. Beynəlxalq təcrübənin yaradıcı istifadəsi və ictimai
inkişafin kulturoloji texnologiyalarına əsaslanan sosial fəaliyyətin
yüksək keyfiyyəti cəmiyyətin effektiv inkişafını və insanların həyat
keyfiyyətini təmin edir. Fəaliyyətin ketfiyyəti elmin və istifadə olunan
texnologiyaların səviyyəsi ilə; işçilərin intellektual, istehsalat, etik və
idarəetmə mədəniyyəti - onlann peşə bilikləri, şəxsi təcrübə, istedad,
beynəlxalq təcrübənin
innovasiyalı istifadə bacarığı, məsuliyyəti,
ləyaqəti və vətənpərvərliyi; lider tərəfindən fəaliyyətlərin düzgün
stimullaşdınlması ilə şərtlənən, kollektivin hər bir üzvünün yaxşı
işləmək istəyi ilə müəyyən edilir.
Bütöv sosial sistem olan mədəniyyətin elmi anlamı, Azərbaycanın
sosial inkişafının məqsədi, vasitəsi və göstəricisi, mədəniyyəti “ikinci
süni təbiət” kimi görmək, onun sosial institutlarını, eyni zamanda
iqtisadiyyatına qiymət verməyə və ona yeni nəzərlə baxmağa imkan
verir. İqtisadiyyat Lütvi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin
köməyi ilə daha parlaq təsvir edilən ruhi və
maddi mədəniyyətin bütöv
sisteminin ayrılmaz hissəsidir. Məlum olduğu kimi, iqtisadiyyat
anlamı altında insani münasibətlər, paylama münasibətləri, mübadilə,
maddi
nemət və xidmətlərin istehlakından ibarət
istehsal
münasibətlərinin məcmuunu, həmçinin - ruhi və maddi istehsalın
proses, komponent və şəraitini, eləcə də idarəetməni öyrənən elm başa
düşülür. İqtisadiyyat mədəniyyətin strateji sosial institutu kimi
cəmiyyətin keyfiyyətli həyatı vəyüksək rifah səviyyəsinin əldə
edilməsi üçün fundamental əhəmiyyətə malikdir. Mədəniyyət kimi,
iqtisadiyyat da ruhi və maddi komponentlərə malik olsa da, maddi
istehsal və nəticədə alman hazır məhsulun əsasını “ruhi istehsal” təşkil
edir. Deməli, iqtisadiyyat ruhi istehsalın maddi nəticəsi prosesidir və
ya insanın maddi tələblərinin ödənilməsinə istiqamətlənən ruhi
mədəniyyətin maddi təcəssümüdür. Dünya təcrübəsi göstərir ki,
fundamental tədqiqatlara əsaşlanan özəl elmi biliklərin istehsalı
yüksək elmhəcmli texnologiyaların və iqtisadi rəqabətin, qiymətli
səhmlərin mədaxil həcmi və dövlətin real müstəqillik səviyyəsinin
artırılmasına imkan verir. Belə bir gözəl ifadə var: “Rəssam məşhur
382
Fuad МэтппЫо»
Kullurologiva cffeklivli havat va faalivvata aparan yol
əsərlərin üzünü köçürərək yaranır”. Öz iqtisadiyyatımızı yüksək
texnologiyaların lisenziyası əsasında inkişaf etdirə-etdirə, biz, öz
fundamental elmimizi yadfdan çıxarmamalıyıq. Cəmiyyətin strateji
potensialı olan qabaqlayıcı inkişafına artıq bu gün şüurlu şəkildə
investisiya qoyulmalı, bunun üçün vasitələri isə, digər az istegsala
malik xərclərdən ayırmaq lazımdır. Bizim gələcəyimiz, ilk növbədə,
bəşəriyyətin ruhi mədəniyyətinin iki bayraqdanndan - elm və
təhsildən asılıdır, çünki onlar olmadan, nə yüksək rifah, nə də dövlət
və cəmiyyətin keyfiyyət və təhlükəsizliyini əldə etmək mümkün deyil.
Mədəniyyəti bütöv sistem kimi görmək, iqtisadiyyatı mədəniyyətin
əsas komponenti kimi nəzərdən keçirməyə imkan verir. Bunun üçün
iqtisadiyyatın formalaşması prosesinə insan fəaliyyətinin bir sahəsi
kimi diqqət yetirmək kifayətdir. Kulturoloji baxımdan, bu proses,
intellektual kapitalın maddi kapitala, ruhi istehsalın maddiyə
çevrilməsi prosesidir. İqtisadi fəaliyyətin məntiqini aşağıdakı
ardıcıllıqla ifadə etmək olar:
• İdeya
• Ruhi istehsal (elm)
• Texnologiyalar
• Maddi istehsal
• Hazır məhsul (əmtəə və xidmətlər)
• Reallaşdırma (ticarət)
İqtisadi fəaliyyətin ilkin şərtlən aşağıdakılardır:
1. İnsan kapitalı (peşə bilikləri və istehsal vərdişləri)
2. Xammal
3. Material, texnika
və təchizat
4. Eneıji
5. İstehsal sahələri
6. Maliyyə kapitalı (investisiya)
7. Effektiv
menecment
8. İqtisadi fəaliyyətin hüquqi təminatı
Adı çəkilən formulların təhlili yuxanda nəzərdən keçirilən
materialla birlikdə
aşağıdakı qanunauyğunluğu söyləməyə imkan
verir; bilik və etikanın birliyindən ibarət olan yüksək ruhi mədəniyyət
bütün ruhi və maddi fəaliyyət və onun məhsullannın, eyni zamanda
ona xərclənən vəsait və istehsal müddətinin azalması şərti ilə.
383
Fuad Mammadov
Kulturologiva cffcktivli havat vo foalivvata
aparan vol
keyfiyyətinin yüksəlişinə yardım edir. Bundan çıxış edərək,
vətəndaşların
yüksək həyat keyfiyyəti və rifah səviyyəsinin əldə
edilməsi üçün Azərbaycanın sosial-mədəni siyasətində cəmiyyətin
intellektual və mənəvi
inkişafını,
vətəndaş cəmiyyəti və dövlət
quruculuğunun müxtəlif sahələri üçün şəxsiyyət və lüderlərin
formalaşdıdırlması, onların fəaliyyəti üçün əlverişli həyat fəaliyyəti
şəraiti yaradılmasını təmin edən yeni prioritetlər müəyyənləşdirmək
lazımdır. Birinci prioritet -
intellektual mədəniyyətdir. İntellektual
mədəniyyət əlverişli şəraitdə dövlətin strateji prioriteti, istehsal
qüvvələri inkişafının, təbiət və cəmiyyətin dəyişdirilməsinin, insan
üçün zəruri olan həyati nemətlərin yaradılmasının mühüm faktoruna
çevrilir. İkinci prioritet -
etik mədəniyyətdir. Yüksək mənəviyyat,
xeyirxah məram, insanpərvərlik olmadan, intellektual mədəniyyət
nəinki qurucu, əksinə, cəmiyyət üçün təhlükə olan dağıdıcı qüvvəyə
çevrilə bilər.
Etik mədəniyyət insan münasibətlərinin dəyər
tənzimləyicisi olmaqla bərabər, həm də, mövcud qanunların icrasını
təmin edən hüquq mədəıniyyətinin əsasını təşkil edir. Üçüncü prioritet
-
idarəetmə mədəniyyətidir. İdarəetmə mədəniyyəti, xalqın həyat
keyfiyyəti və rifahının, dövlətin davamlı sosial, siyasi və iqtisadi
durumunun onun inkişaf səviyyəsindən asılı olduğu, strateji
prioritetlərdən biridir. Dördüncü prioritet -
hüquqi mədəniyyətdir.
Hüquqi mədəniyyət
insan hüquqlarının müdafiəsini, cəmiyyətin
sosial, iqtisadi və siyasi həyatının təhlükəsizliyini təmin edərək,
ictimai münasibətlərin mühüm tənzimləyici faktorudur.
Azərbaycanın keçid dövründə demokratik cəmiyyət və hüquqi
dövlət quruculuğunun mürəkkəb problemini diqqətə alaraq, təbiət və
texniki elmlərlə bərabər, sosial elmlər, xüsusilə də, yüksək
mənəviyyatlı
şəxsiyyətlərin
formalaşdınlmasını
təmin
edən
kulturolojiya sahəsində fundamental tədqiqatların aparılması dövlətin
xüsusi qayğısı ilə əhatə olunmalıdır.
Bu sosial kapitalın keyfiyyətinə
təsir göstərən faktorlar : irsi faktorlar, ailə tərbiyəsi, təhsil, kollektiv
və cəmiyyətin sosial mühiti, şəxsiyyətin xarakteridir Tolerantlıq
baxımından Xeyir və Şəri necə yaxınlaşdırmaq olar? İki bir-birinə əks
olan insan xarakterini: yalan, məkr, qarayaxa, ləyaqətsiz, zorakı,
nankor olan Şərlə Xeyir necə yaxınlaşdırıb birləşdirmək olar ? Yəqin
ki, eqoizmdən altruizmə keçid üçün dəyər və təsəvvürlərin
384
Вш ШадшиФи
Kulturologiva cffeklitli haval va foalivvola aparan vol
dəyişilməsi, daha geniş mənada - insanların mədəniyyətini dəyişmək
zəruridir. Bu problemin həlli, əhəmiyyətli dərəcədə şəxsiyyətin
yüksək təhsili və mənəvi tərbiyəsinin köməyi ilə həll edilə bilər.
Sosial-mədəni
siyasətə
yeni
prioritetlərin
daxil
edilməsi,
cəmiyyətin demokratik mədəniyyət inkişafının tələblərinə cavab verən
mədəni dəyər sistemlərinin təkmilləşdirilməsini tələb edir. Xalqın
humanizm, böyüklərə hörmət, uşağa sevgi, şərəf və ləyaqət hissi,
dözümlülük, qonaqpərvərliklə bağlı pozitiv dəyərlərini qoruyaraq,
şəxsiyyətə hörmət, məsulittər mədəniyyəti və dürüstlük kimi
prioritetlərin müəyyənləşdirilməsi zəruridir. Bu problemin həllinin
mühümlüyünü
düşünərək,
ölkənin
ziyalılarından
təhsilin
keyfiyyətinin yüksəldilməsi, maarifləndirmə, insanların mənəvi
tərbiyəsinə istiqamətlənən praktik fəaliyyət tələb edir.
'
Azərbaycanda
demokratik mədəniyyətin
mühüm
inkişaf
problemlərindən
biri
demokratiyanın
hüquqi
mədəniyyətinin
inkişafıdır. Cəmiyyət və dövlət həyatının demokratikləşdirilməsinə
yardım edən bir sıra yeni qanunların qəbul edilməsi ilə yanaşı,
demokratik idarəetmə mədəniyyətinin formalaşdırılması məqsədi ilə
2001-2002-ci
illərdə
Azərbaycanda
Ombusman
institutunun
yaradılması mühüm əhəmiyyət daşımışdır. Ombusmanm mühüm
vəzifələrindən biri
dövlətin hökumət orqanları tərəfindən qeyri-
peşəkar idarəetmə nəticəsində insanların pozulan hüquqlarının
bərpasıdır.
Bununla bərabər, Azərbaycanda ölkə həyatında real dəyişiklikləri
əks etdirən müasir qanunlar qəbul edilsə də, cəmiyyətdə onlann zəif
icrası göz qabağıdadır, belə ki, ayn-ayn vətəndaş və məmurların
kifayət qədər yüksək olmayan intellekt, hüquqi, etik və idarəetmə,
eləcə də məsuliyyət mədəniyyətinin aşağı səviyyəsi bu işi əngəlləyən
səbəblərdəndir. Pis idarəetmədən qətiyyətlə imtina etmək lazımdir ki,
cəmiyyət və dövlət bundan zərər çəkməsin. Düzgün idarəetmə
vətəndaşla hökumət arasında, xoş münasibətlərin formalaşmasına
yardım edir ki, bu da ölkənin sosial-siyasi inkişafının təhlükəsizliyi
üçün zəruri olan şərtlərdəndir. İlk növbədə,
Azərbaycanın hər yerində
qanununn aliliyi prinsipinim gözlənilməsinə nail olmaq vacibdir.
385