Aparan yol kimi



Yüklə 382,76 Kb.
Pdf görüntüsü
səhifə24/104
tarix29.09.2017
ölçüsü382,76 Kb.
#2411
1   ...   20   21   22   23   24   25   26   27   ...   104

Fuad  Mammadov
Kullurologiva effcktjvli hovat  vo foalivyato aparan yol
Maslou 
öz 
konsepsiyasını 
mədəniyyətin 
müxtəlif 
sosial 
institutlannı  anlamaq  üçün  açar  olan  universal  həyat  fəlsəfəsi  kimi 
təqdim  etmişdir.  Alim  xolizm  fəlsəfəsini  rəhbər  tutaraq,tələbatın  beş 
səviyyəsini nəzərdən keçirir:
fizioloji tələblər;
sülh, təhlükəsizlik və özünümühafizəyə olan tələbat;
məhəbbət və birliyə olan tələbat;
özünütəsdiq və etirafa  olan tələbat;
özünüaktuallaşdırmaq  və  yaradıcılıq  vasitəsi  ilə  təkmilləşdirmə 
tələbatı.
Maslounun  işlədiyi  “İdeal  cəmiyyət”  modeli  insan  şüurunun  və 
sosial  mədəniyyət  institutlarının  humanistcəsinə  dəyişdirilməsi  ilə 
insanların  özünütəsdiqi,  təhlükəsizliyi,  qabiliyyətlərin  maksimal 
inkişafı  və uyğunluğu  prinsipləri üzərində qurulmuşdur.
L.Y.GERTMANIN
MƏDƏNİYYƏT ANLAYIŞINA  ELMİ YANAŞMALARI
&  Antropoloji yanaşma
cəmiyyətin  həyatı  daxil  olmaqla,  mədəniyyət  anlayışının  geniş 
şərhi  ilə  səciyyələndirilən  və  onun  ictimai  təbiətinin  xüsusi  qeyd 
edilməsi  ilə  fərqləndirilən baxışdan  ibarətdir.  Antropoloji  yanaşmanı 
avropasentrizmə  qarşı  mübarizədə  yaranıb,  mahiyyət  etibarı  ilə 
mədəniyyətin  istənilən  cəmiyyətə  xas  olmasını  özündə  əks  etdirən 
“ekvivalent mədəniyyətlər konsepsiyası” adlandırılır.  Bu baxımdan, o, 
relyativist,  obyrktivist  xarakter  daşıyaraq,  bəşəriyyətin  mədəni 
tərəqqisi,  onun  qiymətləndirmə  meyarları, 
mədəniyyətin  inkişaf 
səviyyəsi  üzrə məsələləri  aradan çıxarır.
&  Sosiaoloji yanaşma
“mədəniyyət”  anlayışına  cəmiyyətin  bütün  həyatını  deyil,  onun 
müəyyən  tərəfini,  bir  elementini,  hissəsini,  başlıca  olaraq,  ruhi 
həyatını  və məişətini aid edir, 
ф  Fəlsəfi yanaşma
-  abstraksiyanm  yüksək  səviyyəsi  olaraq,  “mədəniyyətə”  cəmiyyətin 
sinonimi  kimi  və  ya  ictimai  inkişafin  müəyyən  hissəsi,  tərəfi  kimi
1 0 2
Fuad  Mammadov
Kullurologiva effektiv»  hayat 
у д
 
faaliyvala aparan  yol
deyil,  prosesdən  yalnız  analitik  olaraq  ayrılan  hadisə  kimi  baxır. 
Burada mədəniyyəti  “məzmun” və ya “ cəmiyyətin  ifadəsi” kimi  şərh 
etmək  zəruridir.Mədəniyyət  anlayışına  fəlsəfi  yanaşma 
onu  öz 
ontoloji məzmunundan  məhrum edir və  onu konkret olaraq öyrənilən 
tarixi  fenomen  kimi  deyil,  bütün  ictimai  münasibətlərə  yayılmış 
substansiya kimi izah edilir.
M.B.YEŞİÇ TƏRƏFİNDƏN  MƏDƏNİYYƏT 
KONSEPSİYALARININ SİSTEMLƏŞDİRİLMƏSİ
Ф  Konkret-qiymətləndirici
-  mədəniyyəti  insanlar tərəfindən  yaradılmış  və  yaradılan ruhi  və 
maddi
dəyərlərin  məcmuu kimi nəzərdən keçirir.
Ф  Fəaliyyətyönümlü
-  konsepsiya  əsasında  mədəniyyətin yaranması və inkişafında 
mühüm  faktor olan
insan  fəaliyyəti  durur;  insanın  özünü  də  mədəniyyətin 
öyrənilməsinin konkret 
sahəsinə daxil edir.
Ф  Şəxsiyyət -rəmzi
mədəniyyəti,  ümumilikdə  cəmiyyətin  mədəni  potensialından 
kənarda,  insanın  keyfiyyət  səciyyəsi,  mədəni  dəyərləri,  mədəni 
təşkilat və müəssisələr sistemini nəzərdən keçirir.
Ф  İcyimai-rəmzi
-  mədəniyyəti,  inkişafının  hər  bir mərhələsində  cəmiyyətin 
mədəni  səviyyəsi  və “mədənililiyi”  haqqında  fikir yaradan 
keyfiyyət vəziyyəti kimi başa düşür 
&  İnformativ-işarəvi (semiotik)
mədəniyyəti  işarə  və  işarə  sisteminin  və  qeyri-irsi 
informasiyanın  məcmuu kimi  nəzərdən keçirir.
Ф  “Mədəniyyət” və “ruhi istehsaF’-ı eyniləşdirən  anlayışlar 
-  mədəniyyəti,  əsasən  insanın  istehsal  etdiyi  ideya,  nəzəriyyə, 
özü  və  ətraf  aləm  haqqında  təlim,  eləcə  də  ruhi  dəyərlərin 
paylanması və istehlakı kimi izah edir.
103


F u a d  M a m m a d o »
KulturologiYa effeKtlvli hayat 
va faalİYvata 
a p a r a n  yol
Q.A.A ntipova və A.N .K oçergin tərəfindən
MƏDƏNİYYƏT KONSEPSİYASININ 
SİSTEMLƏŞDİRİLMƏSİ
Ф 
D əyərləndirici (aksioloji)
-  mədəniyyət,  həqiqətin  mənimsənilməsi 
prosesində 
yaradılmış insani
dəyərlərin  məcmuu,  mədəni  sərvətlərin  yaradılması  üzrə 
nailiyyətlərin
keyfiyyət  nəticəsi  kimi  nəzərdən  keçirilir.  Həqiqətlərin  dəyər 
fenomenləri  üzrə 
mənimsənilməsi,  insanı bu və ya  digər 
möhtəşəm  vəzifələri  yerinə  yetirməyə  ruhlandırdığına  və 
ruhi  fəallığa  səbəb  olduğuna  görə  mühüm  əhəmiyyət  daşıyır. 
Başqa  sözlə, 
dəyər  yanaşması 
cəmiyyətin  mədəni 
təkmilləşməsində  səfərbəredici rol oynayır.
Ф  E lm i (təsviredici)
mədəniyyəti,  insanın  təbiətə,  bir-birinə  və  özünə 
münasibətlərinin 
məcmuunda, 
maddi 
və  ruhi 
əmək 
məhsullarında,  sosial  norma  və  qurumlar,  ruhi  dəyərlər 
sistemində  ifadə  olunan  həyat  fəaliyyətinin  spesifik  inkişaf və 
təşkil vasitələrində nəzərdə keçirir.
© 
E lm i  və  dəyərləndirici  yanaşm aların  ziddiyyəti  ondadır ki,  elm i 
idrak 
öyrənilən 
obyektə 
dəyərləndirici  m ünasibəti 
aradan 
qaldırır.  İdrakın  m əqsədi  öyrənilən sistem in  tabe  olduğu  və  bizim  
qiym ətləndirm ədən  asılı  olm adan 
işləyən  qanunların  müəyyən 
edilm əsidir. 
E lm   bu  m əqsədi 
reallaşdırarkən,  həqiqətlərə  yen i 
baxışlar  a şka r edir.
104
Fuad  Mammadov
Kullurologiva  effektivli  havat  ta f3alivv.ua  aparan  vol
V.S.POLİKARPOVUN  MƏDƏNİYYƏT 
ANLAYIŞINA  YANAŞMALARININ 
SİSTEMLƏŞDİRİLMƏSİ

Sistemli yanaşma
- mədəniyyəti  sosial hadisə və cəmiyyətin universal  xüsusiyyəti 
kimi  nəzərdən  keçirir.  Müəllif  ehtimal  edir  ki,  bu  yanaşma 
mədəniyyəti  süni  surətdə  maddi  və  ruhi  mədəniyyətə  ayırmaqla, 
mədəniyyət  fenomeninin  anlanılmasını  məhdudlaşdınr,  çünki, 
yaradıcı proses və mədəniyyətin mürəkkəb daxili quruluşu ilə bağlı 
problemlər kölgədə qalır.
Ф 
Fəaliyyətyönümlü yanaşma
-  mədəniyyəti  ya  yaradıcı  fəaliyyət  prosesi,  ya  da  spesifik
fəaliyyət  üsulu  kimi  nəzərdən  keçirərək,  dəyişgən  ətraf  aləm 
şəraitində  sivilizasiyanın  saxlanması  və  yeniləşməsinə  yardım 
edir.  Tədqiqat  və  lokal  mədəniyyət,  mədəniyyətin  tarixi  tipləri, 
mədəniyyət 
və 
sivilizasiya 
münasibətlərinin 
əsasını
fəaliyyətyönümlü yanaşma  təşkil  edir.
Ф 
Dəyərləndirici (  aksioloji) yanaşma
-  mədəniyyəti,  başda  insanın  özü  olmaqla,  dəyərlər  sistemi 
kimi  nəzərdən  keçirir.  Mədəni  fəaliyyətin 
məqsədi  “Homo 
Sapiens”  saxlanmasıdır.  Aksioloji yanaşma onunla fərqlənir ki,  o, 
cənmiyyətin  bütün  sosial  hadisələrini  mədəniyyətə  aid  etməyərək, 
cəmiyyətin dağıdıcı proseslərini antimədəni adlandırır.
MƏDƏNİYYƏT ANLAYIŞINA YANAŞMALAR
H .H esse
 -   intellektual,  mənəvi  və  estetik  mədəniyyət,  klassik 
mədəni  irs  və  ziyalıların  xüsusi  yaradıcı  rolunun  prioritetlərinə 
əsaslanan,  humanist  mədəniyyətin  səviyyəsi  ilə  müəyyən  edilən 
sosial sərvətdir.
A .Toynbi-
 
yaradıcı  azlığın 
fəaliyyəti  ilə  şərtlənən 
lokal 
sivilizasiyaların  rəngarəngliyində  təzahür  olunan  ,  lakin  insan 
təbiətinə  xas  olan  şüur,  iradə, 
xeyir  və  şəri  fərqləndirmək 
qabiliyyəti  və dindarlığın birliyinə malik sosial fenomendir.
105


Yüklə 382,76 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə